Təsdiq edilmişdir 1 nömrəli əlavə Mədəni bitkilərin genetik ehtiyatlarının milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydalari


Dövlət nəzarətinin aparılması qaydaları



Yüklə 275,86 Kb.
səhifə4/14
tarix07.01.2017
ölçüsü275,86 Kb.
#4941
1   2   3   4   5   6   7   8   9   ...   14

3. Dövlət nəzarətinin aparılması qaydaları
3.1. Dövlət nəzarətinin təşkili və keçirilmə formaları “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun həyata keçirilir.

3.2. Kolleksiyaların elmi rəhbərləri kolleksiyada aparılan elmi tədqiqat işləri, nümunələrin hərəkəti və mövcud vəziyyəti, məlumat bazasında toplanmış informasiya və digər məsələlər üzrə yarımillik və illik elmi-texniki hesabatları hazırlayaraq Milli Əlaqələndirici İnstituta təqdim etməlidirlər.

3.3. Milli Əlaqələndirici İnstitut kolleksiyaların saxlanma vəziyyətinə, MBGE-nin toplanması, paylanması və MBGE üzrə digər fəaliyyətlərin həyata keçirilməsinə tam nəzarət etmək üçün monitorinqlər keçirir.

3.4. Müvafiq nəzarət və monitorinq funksiyalarını icra etmək üçün Milli Əlaqələndirici İnstitut tərəfindən səlahiyyətli şəxs təyin edilir.

3.5. Səlahiyyətli şəxs aşağıdakı hüquqlara malikdir:

3.5.1. Milli Genbank istisna olmaqla, MBGE üzrə fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin, genbankların və kolleksiyaların (bundan sonra – MBGE subyektləri) rəhbərliyini və ya sahiblərini 3 (üç) iş günü əvvəl məlumatlandırmaqla, monitorinq aparmaq üçün onların ərazilərinə sərbəst daxil olmaq;

3.5.2. onlardan nəzarət üçün tələb edilən məlumatları və sənədləri almaq, məlumat bazalarını araşdırmaq;

3.5.3. mühafizə edilən nümunələrdən monitorinq məqsədi ilə seçib götürmək.

3.6. MBGE subyektlərinin rəhbərləri dövlət nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaratmalıdırlar.

3.7. Dövlət nəzarətinin nəticələri aktla (arayışla və ya inzibati protokolla) rəsmiləşdirilir. Aktda nəzarətçinin soyadı, adı, atasının adı və vəzifəsi göstərilir. Aktın bir nüsxəsi MBGE subyektinin rəhbərinə təqdim edilir. Aktda aşağıdakı məlumatlar göstərilir:

3.7.1. hüquqi və ya fiziki şəxslər haqqında (müəssisənin ünvanı, müəssisə rəhbərinin soyadı, adı və atasının adı) və nəzarəti aparan səlahiyyətli şəxslər barədə məlumatlar (vəzifəsi, soyadı, adı, atasının adı);

3.7.2. nəzarətin aparılmasının səbəbləri və müddəti;

3.7.3. araşdırma haqqında məlumatlar, sınaq üçün götürülən nümunələr və sınaq protokolu;

3.7.4. araşdırmanın nəticələri.

3.8. Dövlət nəzarətinin nəticələri barədə akt, arayış və protokol inzibati qərarların qəbul edilməsi üçün əsas olan hüquqi sənədlərdir.

3.9. Yoxlamaların nəticələri Elmi-Texniki Şurada müzakirə edilir və yuxarı orqanlar qarşısında vəsatət qaldırılır.


4. MBGE üzrə fəaliyyət formalarının dayandırılması
4.1. Dövlət nəzarətini həyata keçirən səlahiyyətli şəxs aşkar olunmuş pozuntular barədə MBGE subyektinin rəhbərinə xəbərdarlıq edir.

4.2. Azərbaycan Respublikasında MBGE üzrə fəaliyyət formalarının biri və ya bir neçəsi aşağıdakı hallarda dayandırılır:

4.2.1. MBGE nümunələrinin toplanması qanunvericilikdə nəzərdə tutulmuş və ya Elmi-Texniki Şura tərəfindən təsdiq edilmiş tələblərə uyğun aparılmadıqda;

4.2.2. kolleksiyaların saxlanma şəraiti lazımi normativlərə uyğun olmadıqda;

4.2.3. MBGE nümunələrinin sənədsiz, qüvvədə olma müddəti bitmiş normativ sənədlə və ya müəyyən olunmuş qaydada tanınmamış sənədlə idxal və ya ixracına cəhd göstərildikdə;

4.2.4. MBGE üzrə fəaliyyətin (kolleksiyaların inventarlaşdırılması, nümunələrin hər hansı hərəkətinin qeydiyyatı və s.) sənədləşdirilməsi tələblərə uyğun aparılmadıqda;

4.2.5. ölkədən çıxarılması və ya ölkəyə gətirilməsi qadağan edilmiş bitki nümunələrinin ixracına və idxalına cəhd göstərildikdə;

4.2.6. MBGE kolleksiyaları və onlarda olan nümunələr haqqında Milli Əlaqələndirici İnstituta və ya Elmi-Texniki Şuraya tələb olunan informasiyaları verməkdən imtina edildikdə;

4.2.7. Milli Genbankın əsasnaməsinə və MBGE-nin milli kolleksiyalarının formalaşdırılması, mühafizəsi və istifadəsi qaydalarına əməl olunmadıqda.

4.3. MBGE-nin etibarlı mühafizəsinin və səmərəli istifadəsinin pozulmasında təqsirkar olan şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.


__________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 13 noyabr



tarixli 259 nömrəli qərarı ilə

təsdiq edilmişdir
3 nömrəli əlavə
Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərinin və onların areallarının
SİYAHISI
1. Dənli taxıl və paxlalı bitkilər üzrə


Sıra №-si

Bitkinin və sortun adı

Arealı

1.1.

Arpa




1.1.1.

Naxçıvan dəni

Naxçıvan MR

1.1.2.

Ağ arpa

Cəlilabad

1.2.

Noxud




1.2.1.

Yerli Astarxanbazar

Cəlilabad

Yüklə 275,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin