“Təsdiq edirəm” Azərbaycan Respublikasının Səhiyyə Naziri O. Şirəliyev



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix01.01.2017
ölçüsü0,63 Mb.
#4014
1   2   3   4   5   6   7

P

P

P

S

S

S

İ

İ

İ

X

X

X

İ

İ

İ

 

 

 

S

S

S

A

A

A

Ğ

Ğ

Ğ

L

L

L

A

A

A

M

M

M

L

L

L

I

I

I

Q

Q

Q

Ü

 

 

 

Ü

Ü

Z

Z

Z

R

R

R

Ə

Ə

Ə

 

 

 

M

M

M

İ

İ

İ

L

L

L

L

L

L

İ

İ

İ

 

 

 

S

S

S

T

T

T

R

R

R

A

A

A

T

T

T

E

E

E

G

G

G

İ

İ

İ

Y

Y

Y

A

A

A

N

N

N

I

I

I

N

N

N

 

 

 

İ

İ

İ

Q

Q

Q

T

T

T

İ

İ

İ

S

S

S

A

A

A

D

D

D

İ

İ

İ

 

 

 

Ə

Ə

Ə

S

S

S

A

A

A

S

S

S

L

L

L

A

A

A

N

N

N

D

D

D

I

I

I

R

R

R

I

I

I

L

L

L

M

M

M

A

A

A

S

S

S

I

I

I

                                                



 

 

 

Psixi pozuntular geniş yayılmışdır və həyatlarının müəyyən dövrlərində bütün insanların 

25%-indən çoxu bu pozuntulardan əziyyət çəkir. Həmçinin xəstəliklərin vurduğu ümumi 

zərərin tərkibində psixi pozuntuların  əhəmiyyətli payı vardır və onlar dünya üzrə  əlillik 

əmələ gətirən 10 aparıcı səbəbin 5-ini təşkil edirlər

9

.  



İqtisadçıların hesablamalarına görə 2000-ci ildə psixi pozuntular həyatın  əlilliyə görə 

korreksiya olunmuş illəri üzrə ümumi göstəricinin (DALY) 12,1%-ini təşkil etmişdir, 2020-

ci il üçün isə bu pozuntuların cəmiyyət üçün yaratdığı yük 15%-ə qədər artacaqdır

10

.  



Son epidemioloji tədqiqatlar psixi xəstəliklərin cəmiyyət üçün yaratdığı ağır yükü aydın 

şəkildə nümayiş etdirmişdir (sağlam ömrün itirilmiş illərinin 10%-dən çoxu və xəstəliklə 

yaşanmış bütün illərin 30%-dən artığı)

11

. Bu yük daim artmaqda davam etməkdədir.  



Dövlət Statistika Komitəsinin məlumatlarına görə Azərbaycanda hər il 2-3 minə yaxın 

insan psixi xəstəliklərlə bağlı ilk dəfə  əlillik  şəhadətnaməsi alır və bu bütün əlillik 

hallarının 10%-ini təşkil edir. Digər xəstəliklərdən fərqli olaraq, psixi xəstəliklərə görə 

əlillərin çox hissəsi (53%) həyatın  ən məhsuldar dövründə (18-35 yaş arası) olan 

şəxslərdən ibarətdir.    

Psixonevroloji dispanserlərdə qeydiyyata alınmış  şəxslərin ümumi sayı 126 824 

nəfərdir

12

. Psixi pozuntulardan əziyyət çəkən insanların real miqdarı bundan bir neçə 



dəfə artıqdır, çünki daha az ağır psixi pozuntuları olan şəxslərin böyük əksəriyyəti nadir 

hallarda rəsmi psixiatriya müəssisələrinə müraciət edir və digər ixtisaslardan olan, 

yaxud xüsusi praktika ilə  məşğul olan həkimlərdən yardım almağa üstünlük verirlər. 

Maliyyələşdirmənin kifayət qədər olmaması  səbəbindən psixi sağlamlıq sahəsində 

xərclərin  ən böyük hissəsini istehlakçıların xidmət göstərənlərə nağd yolla birbaşa 

ödəmələri təşkil edir

13

. Belə bir maliyyələşdirmə sistemi psixi pozuntuları olan şəxslərin 



ailələrinin maddi rifahı üçün böyük təhlükə yaradır. 

 

9



 World Health Organization European Observatory on Health Systems and Policies, Geneva 2005. 

10

 World Health Organization Mental Health: The New Understanding, The New Hope, World Health 



Report, Geneva 2001. 

11

 World Health Organization, Dollars, DALYs and Decisions: Economic Aspects of the Mental Health 



System. Geneva 2006.  

12

 Azərbaycan Dövlət Statistika Komitəsi. Bakı, 2007. 



13

 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatı: Azərbaycan 

Respublikasında psixi sağlamlıq sistemi - Bakı 2007. 

 

 



19

2008-ci ildə ölkədə psixi sağlamlıq sisteminin genişmiqyaslı islahatı ilə bağlı hazırlıq 

işlərinə başlanmışdır. Gözlənilir ki, islahat gedişində  əhalinin psixi sağlamlığının 

yaxşılaşdırılması, psixi pozuntularla bağlı  xəstələnmə  və ölüm səviyyələrinin 

azaldılması, pasiyentlərin və onların ailələrinin həyat keyfiyyətinin və göstərilən 

yardımdan razılıq dərəcəsinin yüksəldilməsinə nail olunacaqdır. 

Çox mühüm sosial nəticələrlə bərabər, qarşıdan gələn islahat xəstəliklərlə bağlı ümumi 

xərclərin azaldılması, əlillik səviyyəsinin aşağı düşməsi, psixi pozuntuları olan şəxslərin 

ailələrində birbaşa və gizli xərclərin azalması, göstərilən xidmətlərin effektivlik və 

səmərəlilik səviyyəsinin yüksəlməsi kimi iqtisadi göstəricilərin yaxşılaşmasına təsir 

edəcəkdir. 

Hal-hazırda Azərbaycanda psixi sağlamlıq sisteminin maliyyələşdirilməsi problemin 

miqyasına uyğun gəlmir. Psixi sağlamlıq sahəsində xidmətlərin göstərilməsi ilə bağlı 

xərclər səhiyyənin ümumi məsrəflərinin təqribən 3%-ini təşkil edir, halbuki Avropa 

regionu ölkələrinin  əksəriyyətində  səhiyyə büdcəsinin 6-8%-i psixi sağlamlıq sahəsinə 

ayrılır [ÜST, Bakı, 2007].  

Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanda ambulator və stasionar psixiatriya 

yardımı arasında maliyyə  vəsaitlərinin bölüşdürülməsində  də müəyyən disbalans 

mövcuddur, bu isə sistemin ən bahalı hissəsi olan stasionar psixiatriya yardımının 

üstünlük təşkil etməsinə  və  həddən artıq təşkilati yanaşmaya  şərait yaradır.  Əgər 

bütövlükdə dövlətin psixiatriya yardımı ilə bağlı  xərcləri 2007-ci ildə 2 464 015 manat 

təşkil etmişdirsə, bunun 2 

094 


412 manatı 9061 pasiyentə stasionar yardımı 

göstərilməsinə  sərf olunmuşdur. Bu zaman ambulator yardımla bağlı  xərclər cəmi 369 

min manat olmuşdur, halbuki ambulator yardım üçün 92 093 nəfər müraciət etmişdir, bu 

isə stasionar yardımına ehtiyacı olan şəxslərin sayından 10 dəfə çoxdur. Beləliklə, 

dövlət vəsaitlərin 85%-ini 9 min adamın müalicə olunmasına və  cəmi 15%-ini 92 min 

nəfərə yardım göstərilməsinə sərf edilmişdir [ÜST-PSSQV, 2007]. 

Hazırkı strategiya və ona əsaslanmış  fəaliyyət planı  çərçivəsində psixiatriya 

stasionarlarında çarpayı fondunun ixtisar edilməsi nəzərdə tutulur. Eyni zamanda 

ümumi profilli xəstəxanalarda kiçik psixiatriya şöbələrinin (10-20 çarpayılıq) açılması 

gözlənilir. 

Ölkənin bölgələrindəki ümumi profilli xəstəxanalarda psixiatriya şöbələrinin açılması 

coğrafi baxımdan həmin çarpayılardan istifadə imkanını artıracaq, həmçinin yaşadıqları 

 

20


yerin yaxınlığında stasionar müalicəsi ala biləcək xəstələrin nəqliyyatla daşınması ilə 

bağlı xərcləri azaltmağa imkan verəcəkdir. Bununla bərabər, yanaşı somatik xəstəlikləri 

olan  şəxslər üçün bütün klinik müayinələrin və mütəxəssis konsultasiyalarının yerinə 

yetirilməsinə imkan yaranacaqdır. Bu, konsultasiyalar üçün mütəxəssislərin çağırılması, 

somatik xəstəliklərlə  əlaqədar pasiyentlərin digər tibb müəssisələrinə  nəqliyyatla 

daşınması və hospitalizasiyası ilə bağlı xərcləri azaldacaqdır. 

Ölkədəki gündüz stasionarlarında aktiv müalicənin orta müddəti 26,4 gün təşkil edir. Bu 

ən qənaətli yardım növüdür, çünki xəstənin bütün sutka ərzində stasionarda qalması, üç 

dəfə qidalanma, gecə növbəsi və s. tələb olunmur. Ona görə də, belə müəssisədə bir 

günlük müalicəyə  çəkilən xərc 2 manatdan az təşkil edir. Ekspertlərin rəyinə görə, 

hospitalizasiya olunmuş pasiyentlərin 50%-ə yaxını gündüz stasionarlarında müalicə ala 

bilər. 


Beləliklə, psixonevroloji dispanserlərdə çarpayıların ixtisarı çox böyük resurslara qənaət 

etməyə imkan yaradacaqdır. Həmin resurslar PND-lərdə daha az xərc tələb edən və 

daha effektiv olan alternativ yardım formalarının – gündüz mərkəzləri, erkən müdaxilə 

xidmətləri, yardımçı və dəstəkverici xidmətlər – təşkil olunmasına yönəldiləcəkdir. 

Sübutlu təbabət prinsiplərinə əsaslanmış praktikaya uyğun olaraq, psixi sağlamlıq üzrə 

milli strategiya ilkin tibbi yardım səviyyəsində göstərilən psixiatriya xidmətlərinin 

yaxşılaşdırılması  və  təkmilləşdirilməsini nəzərdə tutur ki, bu da stasionarda qalma 

müddətinin və onunla bağlı xərclərin azaldılmasına imkan verəcəkdir. Azərbaycan Tibb 

Universitetinin psixiatriya və tibbi psixologiya kafedrasının apardığı tədqiqat nəticəsində 

müəyyən olunmuşdur ki, ən çox yayılmış psixi pozuntu olan depressiyadan əziyyət 

çəkən xəstələrin 1/3-dən az hissəsi birbaşa psixiatriya müəssisələrinə müraciət edir

14



Lakin bu halda da, psixi pozuntunun ilk əlamətlərinin meydana çıxması anından 

mütəxəssislə birinci kontakta qədər azı 8 həftə vaxt keçir. 

Beləliklə, erkən aşkar etmə, müalicə və mütəxəssislərə göndərişdə ilkin yardım həlledici 

rol oynayır. Psixi sağlamlıq sahəsində xidmətlər göstərilməsi ilə bağlı ümumu praktika 

həkimlərinə  təlim keçilməsi böyük xərc tələb etmir, psixi pozuntuların ilkin səhiyyə 

səviyyəsində erkən aşkar edilməsi və müalicəsi isə pozuntuların gecikmiş 

mərhələlərində bahalı ixtisaslaşdırılmış yardımla müqayisədə  vəsaitlərə  əhəmiyyətli 

                                                 

14

 İsmayılov F.N. Müxtəlif mənşəli depressiyalar: klinik-diaqnostik, sosial və mədəni aspektlər, Bakı, 2011 



(dissertasiya çapa verilmişdir) 

 

21



dərəcədə  qənaət edilməsinə  və  əlilliklə bağlı  xərclərin azaldılmasına gətirib 

çıxaracaqdır. 

Beləliklə, psixi sağlamlıq strategiyasının tətbiqi psixi pozuntuların erkən aşkar edilməsi 

və vaxtında müalicə olunması vasitəsilə  həmin pozuntuların müalicəsində daha böyük 

effektivliyə nail olmağa, bununla da, həm xəstəliyin ağırlığı və davam etmə müddəti ilə 

bağlı olan birbaşa xərcləri, həm də əmək qabiliyyətinin müvəqqəti və daimi itirilməsinin 

qarşısının alınması  və ya müddətinin qısaldılması vasitəsilə birbaşa olmayan xərcləri 

azaltmağa imkan verəcəkdir. 

Qeyd etmək lazımdır ki, strategiyanın həyata keçirilməsi çərçivəsində mövcud 

psixiatriya müəssisələrinin yenidən təchiz edilməsi, psixi sağlamlıq üzrə  təlim 

materiallarının və vasitələrinin hazırlanması, kadrların, o cümlədən klinik psixoloqlar, 

sosial işçilər, psixiatriya tibb bacıları, məktəb və universitet psixoloqların hazırlanması 

nəzərdə tutulur.. Bu mütəxəssislər tərəfindən göstərilən yeni yardım formalarının inkişaf 

etdirilməsi psixi pozuntularla bağlı olan xəstələnmə və ölüm göstəricilərini, o cümlədən 

cəmiyyətə çox böyük iqtisadi və sosial itkilər verən  əmək qabiliyyətli yaşda intihar 

hallarını əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verəcəkdir. 

Uşaq və yeniyetmələrin psixi sağlamlığının qorunmasına Milli strategiyada xüsusi 

əhəmiyyət verilir, çünki məlum olduğu kimi uşaq və yeniyetmələrdə meydana çıxan psixi 

pozuntular zaman keçdikcə yaşlı əhali arasında əlilliyə gətirib çıxara bilər. 

Əlilliyin yaranması  nəticəsində dövlətin üzərinə düşən yük nəinki bu xəstələrin 

müalicəsi, həmçinin  əlillik üzrə müavinətlərin verilməsi, erkən təqaüdə  çıxma ilə bağlı 

xərclərdən və əlbəttə ki, itirilmiş gəlirlərdən, yəni bu insanların əlil olmayacağı təqdirdə 

yarada biləcəyi maddi nemətlərin miqdarından ibarətdir. 

Ölkədə, psixi pozuntuları olan şəxslərin cəmiyyətdə optimal fəaliyyət səviyyəsinə nail 

olmaq üçün zəruri vərdişləri  əldə etməsi və ya onları  bərpa etməsinə yönəlmiş 

psixososial reabilitasiya sistemi yaradılmalıdır. 

Milli strategiya çərçivəsində psixiatriya müəssisələrində reabilitasiya şöbələrinin 

açılması nəzərdə tutulur. Belə bir şöbə il ərzində ağır psixi pozuntusu olan 60-70 nəfərin 

reabilitasiyasını həyata keçirə bilər. Reabilitasiyanı uğurla başa çatdırmış şəxslər əmək 

qabiliyyətlərini bərpa edirlər, bu isə onların gəlirlərinin artmasına və maliyyə  cəhətdən 

qorunmalarına gətirib çıxarır. Eyni zamanda, psixi pozuntuları olan şəxslərin effektiv 

 

22



 

23

reabilitasiya sistemi onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına, həmçinin psixi 



pozuntularla bağlı ailənin xərclərinin azaldılmasına imkan yaradır. 

S

S

S

T

T

T

R

R

R

A

A

A

T

T

T

E

E

E

J

J

J

İ

İ

İ

 

 

 

P

P

P

L

L

L

A

A

A

N

N

N

 

 

I. Tənzimləmə və sektorlararası qarşılıqlı əlaqənin yaxşılaşdırılması 

1.1. Azərbaycan Respublikası qanunvericiliyinin yerinə yetirilməsinin və insan 

hüquqlarının qorunmasının təmini 

1.1.1. Mövcud normativ sənədlərin "Psixiatriya yardımı haqqında" Azərbaycan 

Respublikası Qanununun müddəalarına uyğun gəlməsinə təminat vermək. 

1.1.2. PS sistemində qadın və uşaq hüquqları daxil olmaqla, insan hüquqlarına 

əməl edilməsinin və Azərbaycan Respublikası qanunvericiliyinin, həmçinin insan 

və uşaq hüquqlarının qorunması üzrə müvafiq beynəlxalq hüquqi razılaşmaların 

yerinə yetirilməsinin müntəzəm monitorinq sistemini tətbiq etmək. 

1.1.3. Psixi pozuntuları olan şəxslərin və onların ailə üzvlərinin hüquqi müdafiəsi 

sahəsində dövlət müəssisələrinin qarşılıqlı əlaqələrinə və beynəlxalq, peşəkar və 

qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqlarına dəstək vermək. 



1.1. Vəzifəsinin yerinə yetirilməsi indikatorları 

 



 "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 

tətbiqi üzrə normativ aktların (təlimatların) mövcudluğu 

 Öz xoşu olmadan hospitalizasiya ilə bağlı  məsələlərə  məhkəmə 



qaydasında baxılması prosedurasının tətbiqi 

 Ayrı-ayrı peşə  və ya iş növlərində  fəaliyyət göstərilməsinə psixiatrik 



əks-göstərişlərin təfərrüatlı siyahısının mövcudluğu 

 Psixiatriya 



stasionarında xəstələr üçün fiziki məhdudiyyətlər qoyulması 

və onların təcrid edilməsi haqqında təlimatın olması  və bütün belə 

halların qeydiyyatının aparılması 

 Psixiatriya yardımı göstərən bütün müəssisələrdə müalicəyə könüllü 



razılıq formasının tətbiq edilməsi. 

 Ombudsman 



təsisatı tərəfindən qadın və uşaqlar da daxil olmaqla psixi 

pozuntuları olan şəxslərinin hüquqlarının qorunması üzrə mütəmadi 

monitorinqinin aparılması. 

 Psixi 



pozuntuları olan şəxslərin hüquqlarının qorunmasının müntəzəm 

ictimai monitorinqinin həyata keçirilməsi 

 

24


 Psixi pozuntuları olan şəxslərin hüquqlarının qorunması sahəsində 

əməkdaşlıq haqqında Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, beynəlxalq və 

milli təşkilatlar tərəfindən idarələrarası memorandumun imzalanması 

 PS sahəsində qanunvericilik haqqında psixiatrlar, hüquqşünaslar və 



məhkəmə sistemi nümayəndələrinin məlumatlandırılması üzrə 

treninqlərin keçirilməsi 

  İşgəncələrə  və qeyri-humanist münasibətə qarşı Avropa Komitəsinin 



tövsiyələrinin yerinə yetirilməsi 

1.2. PSS-nin effektiv təşkilati strukturunun yaradılması 

1.2.1. Ölkədə, PSS siyasətinin yerinə yetirilməsində iştirak edən müxtəlif dövlət və 

ictimai təşkilatların nümayəndələrini birləşdirən və qarşısında psixi sağlamlıq 

sisteminin sonrakı  təkmilləşdirilməsi üzrə  təkliflərin hazırlanması, idarələrarası 

qarşılıqlı əlaqələrin koordinasiyası vəzifələri duran Məsləhət Şurası yaratmaq. 

1.2.2. Psixi sağlamlıq sistemində effektiv idarəetməni, strateji planlaşdırmanın həyata 

keçirilməsini  və son elmi nailiyyətlərin praktikada tətbiq olunmasını təmin etmək. 

1.2.3. PSS mütəxəssisinin Etik Məsələlər üzrə Müşahidə  Şurasının (Institutional 

Review Board) işində iştirakını təmin etmək. 

1.2. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 Psixi 

Sağlamlıq üzrə  Məsləhət/Koordinasiya  Şurasının yaradılması  və 

3 ayda 1 dəfədən gec olmayaraq iclasların keçirilməsi  

 Müxtəlif dövlət təşkilatları nümayəndələrinin Psixi Sağlamlıq üzrə 



Məsləhət/Koordinasiya Şurasının işində daim iştirak etməsi 

 Ölkədə psixi sağlamlıq üzrə Təşkilati-metodik Mərkəzin yaradılması və 



onun funksiyalarına məlumatların toplanması  və  təhlili, PSS-də 

standart və proqramların tərtib olunması  və xidmətlərin keyfiyyətinin 

qiymətləndirilməsi ilə bağlı vəzifələrin daxil edilməsi 

 PSS mütəxəssisinin Etik Məsələlər üzrə Müşahidə  Şurasının işində 



iştirakı  

1.3. Keyfiyyətin monitorinqi, son nəticələrin qiymətləndirilməsi və hesabatların 

verilməsi 

1.3.1. SN tərəfindən PSS-də xidmətlərin keyfiyyətinin müntəzəm monitorinqini 

təmin etmək.  

 

25



1.3.2. Başlanğıc və aralıq məlumatlar nəzərə alınmaqla, son nəticələr  əsasında 

psixiatriya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi indikatorları  və üsullarını 

tərtib etmək. 

1.3.3. PSS-də  vəziyyət haqqında yuxarı dövlət orqanları  və  cəmiyyət qarşısında 

müntəzəm hesabat verilməsini təmin etmək. 

1.3.4. Psixi sağlamlıq sisteminin elmi cəhətdən təşkilinə kömək edən və psixi 

pozuntuları olan şəxslərə göstərilən xidmətlərin yaxşılaşdırılması ilə bağlı praktik 

məsələlərə cavab verən elmi tədqiqatlar aparmaq. 



1.3. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 SN 

tərəfindən PSS-də xidmətlərin rəsmi monitorinqinin aparılması 

  Vətəndaş  cəmiyyəti nümayəndələri tərəfindən PSS-də xidmətlərin 



monitorinqinin aparılması 

  İntiharlar nəticəsində ölüm, psixi pozuntularla xəstələnmə  səviyyəsi, 



psixi xəstəliklərə görə  əlillik, hospitalizasiyaların sayı, stasionarda 

qalma müddəti, gender nisbəti və residivləri üzrə göstəricilərin daxil 

edildiyi PS sistemi fəaliyyətinin keyfiyyət indikatorlarının mövcudluğu 

 PS 



müəssisələrinin fəaliyyəti haqqında rüblük hesabatların verilməsi 

  İllik hesabatın açıq mətbuatda nəşr edilməsi və SN-in veb-saytında 



yerləşdirilməsi 

1.4. İdarələrarası qarşılıqlı əlaqənin və koordinasiyanın yaxşılaşdırılması 

1.4.1.  Əhalinin psixi sağlamlığının qorunması sahəsində SN ilə digər nazirlik və 

idarələr arasında birgə razılaşmaların qəbul edilməsinə dəstək vermək. 

1.4.2. Psixi sağlamlıq sisteminin müxtəlif səviyyələrində müxtəlif sektorlar arasında 

göndərişlər, koordinasiya və informasiya mübadiləsi sistemi (referral network) 

yaratmaq. 



1.4. vəzifəsinin yerinə yetirilməsi indikatorları  

 



 SN 

ilə  Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, 

DİN, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Ailə, 

Qadın və  Uşaq məsələləri üzrə Dövlət Komitəsi, Qaçqınlarla iş üzrə 

Dövlət Komitəsi, digər nazirlik və idarələr arasında idarələrarası birgə 

razılaşmaların imzalanması 

 

26


 Ölkədə tibb müəssisələri (reproduktiv sağlamlıq sistemi, narkoloji 

xidmət, İİV/QİÇS xidmətləri, uşaq tibb müəssisələri) ilə sosial qurumlar, 

məşğulluq xidməti, təhsil müəssisələri, hüquq-mühafizə  və  məhkəmə 

orqanları, islahetmə müəssisələri və digərləri arasında göndərişlər 

sisteminin (referral protocols) mövcudluğu 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin