“Pedaqoji kadr və etik davranışlar” kursu tələbələrin pedaqoji təcrübəyə nəzəri cəhətdən hazırlığını təmin edir və onlarda ilk pedaqoji bacarıq və vərdişlər formalaşdırır. Pedaqoji ustalığa malik olan müəllim peşəsini və ixtisasını dərindən bilən, onu sevən və yüksək məharətlə gənc nəslə öyrədən müəllimdir. Belə müəllimlər əsl müəllim kimi yaşayır, yaradır və yetirmə- ləri tərəfindən yüksək qiymətləndirilir. Lakin pedaqoji ustalıq birdən-birə yaranmır. Buna nail olmaq müəllimdən pedaqoji talant, yaradıcı düşüncə, peşəsindən zövq almaq, onu sevmək, səbr və dözüm tələb edir. Müəllim və tərbiyəçinin pedaqoji ustalığı onu həm bir şəxsiyyət, həm də əsl müəllim kimi xarakterizə edən başlıca keyfiyyətlərdəndir. “Tərbiyəçi -müəllimin pedaqoji ustalığı” kursu tələbələrin pedaqoji təcrübəyə nəzəri cəhətdən hazırlığını təmin edir və onlarda ilk pedaqoji bacarıq və vərdişlər formalaşdırır.
Tədris və öyrənmə metodları
Mühazirə: Mövzular üzrə müvaffiq materiallar hazırlanaraq müzakirə xarakterli auditoiyada tətbiq olunur. Metod bir başa müəllimin nəzarəti altında həyata keçirilir
Mövzü üzrə tapşırıqlar: Bu metod üzrə tələbələrə mövzular üzrə uyğun tapşırıqlar hazırlanır. Tapşırıq ümumilikdə 30 dəqiqə olmaqla dərs əsnasında müzakirə olunur. Bu metod tələbələrdə kritik düşünmə bacarıqlarını formalaşdırır.
Qrup işləri metodu: Bu metod tələbələrin qrup formasında göstəricilərinin ölçülməsi üçün nəzərdə tutulub. Qrup işləri vasitəsi ilə tələbələrdə komanda ruhu formalaşır və dərsin effektivliyini artırmış olur.
Təqdimatlar: Tələbələr öncədən müəyyən olumuş mühazirə mövzularına uyğun olaraq təqdimatlar hazırlayır. Bu təqdimatlar tələbələrdə təqdimat bacarıqlarının inkişafı üçün önəmli metodlardan biridir. Bu metod həmçinin tələbələrdə fərdi bacarıqların formalaşmasında kömək edir.
Debatlar: Bu metod vasitəsi ilə tələbələrda komanda ruhu formalaşır, məsələlərə daha kritik yanaşmanı inkişaf etdirir, əks arqumentlər vasitəsi ilə bütün mövzular arasında əlaqə qurulur
Müsahibə metodu: Bu metod vasitəsi ilə iki və daha artıq tələbənin iştirakı ilə işə qəbul, müsahibə prosesləri real olaraq canlandırılır. Bu yolla tələbələrə real praktikada qarşılaşa biləcəkləri çətinlikləri, vəziyyətləri düzgün dəyərləndirib, həlli yolunu tapmaları istiqamətində məsləhətlər verilir.