ADNSU-2021-ci il
“Ekologiyanın əsasları” fənni üzrə sillabusun strukturu
Fənnin təsviri
Fənnin hədəf və məqsədi
Fənnin qısa məzmunu
Fənnin tədrisinin növləri və müddəti
Tələbələrin təqdimatı üçün tapşırıqlar və onların yerinə yetirilmə müddəti, məsləhət saatları
Müəllim haqqında məlumat
Müəllimin tələbləri
Cari biliyin qiymətləndirmə meyarları, aralıq qiymətləndirmə cədvəli
İstifadə olunan ədəbiyyat
I. Fənnin təsviri
“Ekologiyanın əsasları” haqqında məlumatlar, ekologiyanın tədqiqat obyektləri və inkişaf tarixini; orqanizmlərin ekoloji təsnifatının prinsiplərini, populyasiyanın ekologiyasını, ekosistemlər haqqında əsas məlumatları;- əsas ekoloji amillər və onların təsir prinsiplərini;- biosfer və təbii ekosistemlərdə maddələrin dövr etməsini; İnsanların ekosistemlərə təsiri və təbiətin mühafizəsinin ekoloji prinsiplərini, antropogen fəaliyyətin təzahür formalarını mənimsəmək üçün “Ekologiyanin əsasları” fənninin rolu böyükdür.
Ekologiya sahəsində əldə olunan nəzəri və təcrübi tədqiqat üsullarının səmərəli tətbiqi, təcrübi fəaliyyətlərində ekologiyanın əsas qanunlarından istifadə etmək, təbii və süni ekosistemlərdə ekoloji tədqiqat üsullarından istifadə etmək, təbiətdən istifadənin ekoloji optimallaşdırılması məqsədilə təcrübi xarakterli qərarlar bu fənnin bir elm kimi inkişaf etməsinə təkan verir.
II Fənnin hədəfi və məqsəd
Fənnin əsas hədəfi və məqsədi ekologiyanın əsas qanunlarının öyrədilməsi,biosfer və təbii ekosistemlərdə maddələrin və enerjinin daşınması sxeminin öyrədilməsi, antropogen fəaliyyətin təzahür formalarının öyrədilməsi, ekoloji amillərin təsir prinsiplərinin öyrədilməsi, insanların ekosistemlərə təsiri və təbiətin mühafizəsinin ekoloji prinsiplərinin öyrədilməsidir.
III. Fənnin qısa məzmunu
Fənn aşağıdakı mövzularda tədris olunur:
Dostları ilə paylaş: |