Hamil əliyn idarə olunması. Cift g
əlişi diaqnozunun qoyulması və ya bu patologiyaya şübhənin olması qadının hospitalizasiyası üçün
göst
ərişdir. Bu zaman qanaxmanın şiddəti və ya artıq dayanması nəzərə alınmır. Qadın xəstəxanaya xərəkdə və mamanın müşayəti ilə
aparılmalıdır. Çünki istənilən vaxt qanaxma şiddətlənib, təhlükəli xarakter ala bilər. Qanaxma az olduqda ciddi manitor müayinə və
müşahidə altında hamiləliyi qorumaq olar. Bu zaman təkrari USM-i, hemodinamik göstəricilərin qiymətləndirilməsi, qanın müayinəsi və
s.aparılır. Kardiomanitor müayinə, dopplerometriya, hərəki aktivliyə əsasən dölün vəziyyəti qiymətləndirilir. Vaxtından əvvəl doğuş
ehtimalı olduqda surfaktant sisteminin yetişməsini sürətləndirmək üçün müalicə aparılmalıdır. Ciddi yataq rejimi, vitaminlərlə zəngin qida
t
əyin edilməlidir. Hamiləlik müddətini uzatmaq üçün qadına tokoli-tiklər və spazmolitiklər (Ginipral, No-şpa, Papaverin), dəmir
preparataları (Sorbufer, Durules, Fer-rum-Lek, Totema və s.) və s. təyin edilir. Qadın bu dərmanları bütün hamiləlik boyu qəbul etməlidir.
H
əmçinin bütün hamiləlik müddətində kürslarla dölün hipoksiyası əleyhinə müalicə aparılmalıdır. Bu məqsədlə Trental, Kurantil, vit C, B,
Kokarboksillaza, Fol turşusu, Aktovigen, vena daxilinə qlükoza məhlulu təyin edilir.
Hamil
əliyin idarə olunmasında qanaxmanın ağırıq dərəcəsi ilə yanaşı cift gəlişinin variantı da nəzərə alınmalıdır. Nəzərə almaq lazımdır
ki, m
ərkəzi cift gəlişində başlanan qanaxma doğuşa qədər dayanmayacaq. Bu zaman ana və döl həyatı üçün təhlükə ola biləcək massiv
qanaxma ehtimalı böyükdür. Belə hallarda yataq rejimi vacibdir. Başlanmış qanaxmanın ağırlıq dərəcəsindən asılı ol-mayaraq, hamiləliyi
uzatmaq m
əqsədəuyğun deyil. Kənar cift gəlişlərində və ciftin aşağıda yerləşməsi zamanı hamiləliyin saxlanması qanitirmənin
d
ərəcəsindən asılıdır. Ürək-damar xəstəlikləri, hamiləlik anemiyası və başqa patologiyalar zamanı cift gəlişlərinin variantlarından asılı
olmayaraq, hamil
əliyi uzatmaq əks göstərişdir.