TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə100/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   96   97   98   99   100   101   102   103   ...   141
DƏRSLİK




Klinika. 
Cift g
əlişlərinin əsas əlaməti cinsiyyət yollarından qanaxmadır. Bu ciftin uşaqlıq divarından ayrılması nəticəsində baş verir. 
Qanaxmaya q
ədər bir çox əlamətlər müşahidə edilir. Bun-lara dölün gəliş hissəsinin kiçik çanaq girəcəyindən yuxarıda yerləşməsi, başın 
açılış gəlişləri dölün vəziyyət anomaliyaları (köndələn, çəp, dəyişkən), dölün inkişafdan qalması və s. aiddir.
Qanaxma n
ə qədər tez başlasa, cift gəlişi bir o qədər ağırdır. Mərkəzi cift gəlişində qanaxma hamiləliyin son 2-3 ayında, yan cift 
g
əlişində hamiləliyin sonunda və ya doğuşun əvvəlində, kənar cift gəlişində doğuşun I dövründə başlayır. Ciftin aşağıda yerləşməsi 
zamanı da qanaxma açılma dövründə başalyır, amma çox olmur. Hamiləliyin sonuncu aylarında qanaxma səbəbsiz, ağrısız, çox vaxt 
gec
ələr başlayır. Qanaxma bir dəfə və ya təkrari ola bilər. İntensivliyi müxtəlif olur. Boyun ha-miləliyində qanaxma uzunmüddətli və 
intensiv olur.
M
ərkəzi cift gəlişlərində doğum fəaliyyəti başlayanda qanaxma güclənir; qan duru, al qırmızı (bəzən laxtalarla), böyük porsiyalarla və 
fasil
əsiz olur. Az müddət ərzində 1 l-ə qədər qan itirilə bilər. Vaxtında yardım göstərilməzsə, qadın qanazlığından tələf olur.
Yan cift g
əlişlərində hamiləlik zamanı qanaxma olubsa, doğuş zamanı daha da güclənir və təhlükəli xarakter alır. Döl qovuğu yırtıldıqdan 
sonra baş enir, cifti uşaqlığın aşağı seqmentinə sixir və adətən qanaxma dayanır. Qanaxma ilə yanaşı döldə respirator disstres sindromu 
müşahidə olunur.
Qanazlığı cift gəlişlərinin mühüm simptomudur. Qanazlığının dərəcəsi itirilən qanın miqdarından asılıdır. Qan azlığı zamanı dəri və selikli 
qişalar avazıyır, nəbz tezləşir, A/T enir, baş gicəllənmə, qulaqlarda küy, gözlərə qaranlıq çökmə müşahidə edilir. Yardım gecikərsə qadın 
t
ələf olar.
Önd
ə gələn cift, döl başının uşaqlığın aşağı seqmentinə enməsinə mane olur. Ona görə hamiləliyin sonuna qədər baş çanaq girəcəyi 
üz
ərində, yüksəkdə durur və ya yanlara meyl edir. Cift gəlişlərində çox vaxt köndələn və çəp vəziyyətlər, çanaq gəlişləri rast gəlir. Çox 
vaxt vaxtından əvvəl doğum və ya doğum gücü zəifliyi müşahidə edilir.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin