61
Son dövrünün qanaxmaları
Açılma və qovulma dövrünə nisbətən son dövründə ağırlaşmalar daha çox rast gəlir. Son dövrünün ən çox rast gələn ağırlaşması
qanaxmalardır. Son dövrü həmişə qanaxma ilə müşayət olunur. Ciftin fizioloji ayrılması və qovulması zamanı zahı 250 ml-ə qədər qan
itirir. Cift uşaqlıq divarından ayrılandan sonra uşaqlıq yığılır, nəticədə:
a) ayrılmış cift uşaqlıqdan qovulur;
b) qırılmış damarların mənfəzi sıxılır və qanaxma dayanır.
Uşaqlığın yığılma qabilliyyəti pozulduqda ciftin ayrılması da pozulur. Cift tam ayrılmadıqda, uşaqlıq yığılmır, cift ayrılan hissədə qırılmış
damarların açıq qalmış mənzəfindən qan axır.
Cift ayrılıb uşaqlıq boşluğunda ləngiyirsə, yenə qanaxma davam edir. Bu zaman uşaqlıq əzələləri yaxşı yığılmır, uşaqlıq damarları
kifay
ət qədər sıxılmır və qanaxma davam edir. Son dövründə uşaqlıq boynunun, uşaqlıq yolunun, aralığın travmaları da qanaxmaya
s
əbəb olur.
İtirilən qanın miqdarına görə son dövrünün qanaxmaları aşağıdakı qruplara bölünür:
– fizioloji qanaxma – itirilən qanın miqdarı 250 ml-ə qədərdir;
– yol verilən qanaxma – itirilən qan bədən çəkisinin 0,5%-ə qədərini təşkil edir (400-500 ml). Kompensasiya olunur. Hematoloji və
hemodinamik d
əyişikliklər norma daxilindədir;
– patoloji qanaxma – itirilən qanın həcmi bədən çəkisinin 0,5%-dən çoxdur.
Son dövrünün qanaxmalarının səbəbləri: ciftin ayrılma mexanizminin pozulması (həqiqi cift bitişməsi, ciftin möhkəm birləşməsi); ciftin
qovulmasının pozulması (uşaqlığın yığılma qabiliyyətinin kifayət qədər olmaması və ya onun spazmı); uşaqlığın və doğum yollarının
yumşaq toxumalarının cırılması (uşaqlıq boynu, uşaqlıq yolu, aralıq).
Ciftin ayrılma və qovulma mexanizmi aşağıdakı səbəblərdən pozulur.
1.Uşaqlığın yığılma qabiliyyətinin azalması–uşaqlığın hipotoniyası.
Uşaqlığın hipotoniyası aşağıdakı səbəblərdən yaranır:
– sidik kisəsi və düz bağırsağın dolu olaması;
– uşaqlığın inkişafdan qalması (infantilizm), adətən uşaqlıq əzələlərinin tonusunun azlması ilə müşayət edilir;
– çoxdöllülük, çoxmayelilik, nəhəng döl zamanı uşaqlığın həddən artıq gərilməsi;
– uşaqlıq divarındakı dəyişikliklər (fibromioma, iltihabi xəstəliklər) uşaqlığın yığılma qabiliyyətini azaldır;
– güclü doğum fəaliyyəti – doğanın yorulmasına və uşaqlıq tonusunun azalmasına səbəb olur.
Dostları ilə paylaş: