TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə111/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   107   108   109   110   111   112   113   114   ...   141
DƏRSLİK

3. ,,T”-3 – Trombin faktoru
—qanın laxtalanma sistenminin pozulması (anadangəlmə və qa-zanılma).
4. ,,T”-4 – Travma faktoru 
– uşaqlığın və yumşaq doğum yollarının cırıqları. 
Son hiss
əsinin uşaqlıqda qalması
, erk
ən zahılıq dövründə ən çox rast gələn ağırlaşmadır.
Uşaqlıqda ləngimiş ən kiçik cift hissəsi belə uşaqlı-ğın normal yığılmasına mane olur. Nəticədə cift tikəsi bir-ləşmiş meydançanın 
ətrafındakı damarlardan qanaxma başlayır. Uşaqlıqda cift tikəsi, döl qişası hissələri və ya tam əlavə paycıq ləngiyə bilər. Son 
hiss
ələrinin uşaqlıqda ləngiməsinin səbəblərindən biri son dövrünün düzgün ida-rə olunmamasıdır. Uşaqlığın massaji, ciftin ayrılma 
əlamətlərini yoxlarkən uşaqlığın qıcıqlanması və s. faktorlar uşaqlığın normal yığılmasını pozur. Bundan başqa nəhəng döl, uşaqlıq 
şişləri, mamalıq maşaları və s. uşaqlığın yığılma qabiliyyətinin pozulmasına səbəb olur. Son hissəsinin uşaqlıqda qalıb-qalmadığını 
yoxlamaq üçün doğulmuş cift və döl qişaları ciddi müayinə olunur. Ciftdə və ya qişalar-da hər hansı defektin aşkarlanması, ciftin 
tamlığına hər hansı bir şübhənin olması belə uşaqlıq boşluğunun əllə müayinəsinə göstərişdir. Bu zaman ciftin əl ilə ayrlmasında olduğu 
kimi bütün qaydalara 
əməl olunmalıdır. Uşaqlığa salınmış əl ilə uşaqlıq dibi, boru bucaqları ciddi yoxla-nılmalıdır. Uşaqlıqda qalmış cift 
hiss
əsi xaric edilməlidir. Qanaxma güclü olmadıqda və uşaqlığın tonusu yaxşı olduqda, təcrübəli həkim uşaqlıq boşluğunu böyük küretlə 
(istisna hallarda) t
əmizləyir.
Qanaxmadan başqa infeksiya da qadın həyatı üçün təhlükə yaradır. Ona görə cift tikəsi əllə xaric edildikdən sonra antibakterial müalicə 
t
əyin edilməlidir.
Döl qişalarının uşaqlıqda ləngiməsi ciddi fəsad yaratmır. O, loxiya ilə özü xaric olur.
Uşaqlığın yığılma qabiliyyətinin pozulması nəticəsində yaranan uşaqlıq qanaxmaları. 
Bu patologiya daha çox rast g
əlir (10-15 %), 
iki növü var:
– hipotoniya–uşaqlığın yığılmasının kifayət qədər olmaması;
– atoniya–uşaqlığın tonusu və yığılma qabiliyyətinin tam itməsi.
Uşaqlığın atoniyası nadir hallarda müşahidə edilir. Adətən doğuşdan dərhal sonra uşaqlığın hipotoniyası rast gəlir. Uşaqlığın yığılma 
qabiliyy
ətini zəiflədən bütün səbəblər və faktorlar (infantilizm, çoxdöllü hamiləlik, güclü doğum fəaliyyəti nəticəsində yorulma, iltihabi 
x
əstəliklər nəticəsində uşaqlıq divarında yaranmış dəyişikliklər və s.) zahılıq dövründə uşaqlığın hipotoniyasını törədir. Törənməsinə 
gör
ə bu faktorlar aşağıdakı qruplara bölünür: hamiləliyə qədər; hamiləlik zamanı; doğuş zamanı. Bu təsnifat zahılıq qanaxmalarının 
vaxtında proqnozlaşdırımasına və rasional profilaktikasına imkan verir.
Hipotoniya zamanı uşaqlıq pis yığılır, qıcıqlara (soyuq, massaj) zəif reaksiya verir. Uşaqlıq kifayət qədər yığılmadığı üçün plasentar 
meydançanın damarları açıq qalır və qanaxma baş verir.
Uşaqlığın hipotoniyası və atonoiyası nəticəsində baş verən zahılıq qanaxmaları dalğavarı gedişi ilə xarakterikdir. Qan toplanır, uşaqlığın 
süst divarını kisə kimi gərir. Massajdan sonra böyük miqdarda qan, laxtalarla birlikdə xaric olur. Sonra yenə sürətlə qan toplanmağa 
başlayır. Qan müxtəlif intensivlikdə (az və massiv) ifraz olunur və sürətlə hemorragik şok əmələ gətirir. Uşaqlıq boynu bağlı olduqda və 
ya qan laxtaları ilə tutulduqda qanın xaricə ifrazı azalır və ya olmur. Hemokoaqulyasiya sistemində pozğunluqlar patologiyanı 
d
ərinləşdirir və müalicəni çətinləşdirilir. Müalicəvi tədbirlər ya ardıcıllıqla aparılır, ya da təcili uşaqlıq çıxarılır.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin