TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


DQH (dövr edən qanın həcmi) = bədən çəkisi x 70



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə114/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   110   111   112   113   114   115   116   117   ...   141
DƏRSLİK

DQH (dövr edən qanın həcmi) = bədən çəkisi x 70. 
Bu düsturla qadının bədənində dövr edən qanın həcmi tapılır. Alınan rəqəmdən itirilən qanın miqdarı çıxılır. Hamilə qadının bədənində 30% artıq qan 
olmalıdır. O, da nəzərə alındıqdan sonra qadına vurulacaq qanın həcmi hesablanır.
IV mərhələ 
– əməliyyat önü tədbirlər. Bu tədbirlərə qarın aortasının sıxılması, uşaqlığın bimanual kompressiya, uşaqlığın tomponadası aiddir.
Qarın aortasının sıxılması. 
Erkən zahılıq dövründə qarın aortasının pulsasiyasını təyin et-mək olur. Bu göbəyin bilavasitə üstündə, nisbətən sol 
tərəfdə olur. Bu nöqtədən qarın aortası aşağı doğru sıxılır. Digər əllə bud arteriyası palpasiya olunur. Əgər pulsasiya yoxdursa əməliyyat düzgün 
aparılır (və əksinə) Qanaxma dayanana qədər sıxılma davam etdirilməlidir (şəkil:16-10).
Uşaqlığın bimanual kompressiyası. 
Steril əlcək geyilmiş əl uşaqlıq yolunun ön tağında yer-ləşdirilir və uşaqlığın ön divarını sıxır. Digər (xaricdəki) 
əl uşaqlığın arxa divarında yerləşdirilir. İki əl arasında uşaqlıq sıxılır. Bu qanaxma dayanana qədər davam etdirilir (şəkil:16-11)
Uşaqlığın tamponadası
. Bu xüsusi Jukovski balonları vasitəsi ilə edilir. Konus şəklində bü-külmüş balon əl ilə uşaqlıq boşluğuna salınır. 
Xaricdə yüksəkdən asılmış rezervuardan balona fi-zioloji məhlul vurulur (300-500 ml). Balonun divarları uşaqlığın divarlarına söykənərək qan da-
marlarının mənfəzini sıxır, qanaxmanın dayanmasına və uşaqlığın yığılmasına səbəb olur. Uşaqlıq yığıldıqca balondakı maye geri qayıtmağa başlayır. 
Balon uşaqlıq boşluğunda 12-24 saat saxlanılır (şəkil:16-12).


65 
Şəkil:16-12. 
Jukovski balonları ilə tamponada: vaginal doğuşda (yuxarıda);
Kesar əməliyyatından sonra (aşağıda) 
V mərhələ 
– cərrahi hemostaz.
1. Uşaqlıq arteriyalarının bilateral bağlanması: uşaqlıq arteriyalarının qalxan şaxələri və yu-murtalıq arteriyaları bağlanır.
2. Bi-Linc üsulu ilə uşaqlığa cərrahi kompression tikişlərin qoyulması.
3. Daxili qalça arteriyasının bağlanması
4. Total və ya subtotal histeroektomiya. Uşaqlıq boynu zədələndikdə uşaqlığın amputasiyası aparılır. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin