Şəkil:9-2. Preeklampsiya zamanı trofoblastların anormal invaziyası
Ward, Lindheimer, Nilsson apardıqları araşdırmalarda hestasion hipertenziya və preeklamp-siyanın genetik olduğu nəticəsinə gəlmişlər.
Hamiləlik zamanı hipertenziv vəziyyətlərin yaranmasında aşağıdakı risk faktorlarının rolu var: ilk hamiləlik; anemnezdə preeklampsiya və
eklampsiyanın olması; doğuşlar arasında 2 ildən az, 10 ildən çox intervalın olması; hamilənin yaşının 18-dən az, 30-dan çox olması; ailədə (ana, bacı)
eklampsiyanın olması; diastolik təzyiqin 80 mm C st-dan çox olması; proteinuriyanın 1 q/l-dən çox olması; çoxdöllü hamiləlik; ekstragenital
xəstəliklər (hipertoniya, böyrək xəstəlikləri, ürək-damar xəstəlikləri, şəkərli diabet və s.)
Hestasion hipertenziya zamanı hamiləliyin 20-ci həftəsindən sonra arterial təzyiq birdən ar-tır. Sistolik təzyiq 140 mm C st-nu, diastolik təzyiq 90
mm C st-nu keçirsə bu hipertenziya kimi qiymətləndirilir. Sistolik təzyiq 30 mm C st, diastolik təzyiq 15 mm C st. artıqda hamilə qadın nəza-rətə
götürülməlidir. Hestasion hipertenziya zamanı proteinuriya müşahidə olunmur. Əgər hamiləli-yin 12-ci həftəsindən sonra arterial təzyiqin səviyyəsi
normallaşarsa bu tranzitor hipertenziya hesab olunur. Çox vaxt hestasion hipertenziya fonunda preeklampsiya inkişaf edir.
Preeklampsiya özündən əvvəl gələn, əvəllər hestozlar adlandırılan bütün vəziyyətləri özündə birləşdirir. Bu sindrom zamanı hipertenziv sindroma
proteinuriya da qoşulur.
Preeklamsiyanin 3 dərəcəsi ayırd edilir:
I dərəcə-yüngül forma zamanı A/T – 150/90 mm C st, proteinuriya 1 q/l, qanda trombositlə-rin səviyyəsi 180 x 109/ l, kreatinin 100 mkmol/ l-ə
qədər olur. Ödem ancaq aşağı ətraflarda müşahi-də edilir. Yüngül preeklampsiya simptomsuz da keçə bilər.
II dərəcə-orta ağır formada A/T-170/110 mm C st, sidikdə zülal 5 q/l, trobositlərin sayı 150-180 x 109/ l, kreatinin 100-300 mkmol/l olur. Ödem
ətraflarda və qarında müşahidə edilir.