TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə117/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   113   114   115   116   117   118   119   120   ...   141
DƏRSLİK

III dərəcə-ağır formada 
A/T-170/110 mm C st-dan çox, proteinuriya 5 q/l-dən çox, kreati-nin 300 mkmol/l və çox olur. Bu simptomlara beyin 
əlamətləri (baş ağrıları xüs. ənsə nahiyyəsində, görmə pozğunluqları) epiqastral və sağ qabırğaltı nahiyyədə ağrı (qara ciyər ödemi), ürək bulanma və 
ya qusma, qəflətən meydana çıxan ödemlər (xüs. üz və omada), hiperrefleksiya, proqressivləşən proteinuriya və hipoproteinemiya, diurezin azalması, 
sidiyin rənginin tündləşməsi, hemoliz, sarılıq, ağ ciyər ödemi, trombositopeniya (100 x 109/l), dölün bətndaxili inkişafdan qalması və s. qoşulur.
Preeklampsiyada, bir çox poliorqan dəyişikliklər də rast gəlir, xüsusilə aşağıdakı əlamətlər kəskin olur: hipovolemiya və onunla əlaqədar olaraq 
hemodinamik dəyişikliklər (A/T–in, ürək yı-ğılmalarının artması, mərkəzi venoz təzyiqin azalması ), mikrosirkulyasiya və qanın reoloji xüsusiy-
yətlərindəki dəyişikliklər (hemoqlobulin və hematokritin konsentrasiyanın artması, trombositlərin və eritrositlərin aqreqasiyasının güclənməsi, damar 
divarlarının keçiriciliyinin artması, disproteine-miya, xroniki damardaxili laxtalanma sindromu), böyrək və qara ciyərin funksiyasının pozulması 
(oliqouriya, proteinuriya, kreatinin, qalıq azotun, sidik cövhərinin artması, AST–nin, qələvi fosfota-zanın artması), dölün hipoksiyası və hipotrofiyası. 
Bütün bu əlamətlər eklamp-siyanın inkişaf edə biləcəyini göstərir.
Xroniki hipertenziya 
hamiləliyin 20-ci həftəsinə qədər mövcud olur və doğuşdan 6 həftə sonra saxlanılır. Xroniki hipertenziya fonunda 
preeklampsiya inkişaf edə bilir.
Eklampsiya 
adətən, preeklampsiya fonunda inkişaf edir, serebral pozğunluqlarla əlaqəli ol-mayan qıcolma və koma ilə təzahür edir. Eklampsiya 
poliorqan çatışmazlıqları ilə xarakterikdir. O, mürəkkəb proses olub, əsas xüsusiyyəti kortikovisseral münasibətin pozulmasından ibarətdir. Bu-nun 
nəticəsində damar–kapillyar dəyişikliklər, endokrin vəzilərin funksiyasının pozulması, madələr mübadiləsinin pozğunluqları (xüs. su–duz mübadiləsi 
və oksidləşmə prosesləri pozulur) meydana çıxır.
Eklampsiyanın patogenezində tənəffüs çatışmazlığı əsas yer tutur. Tənəffüs əzələlərinin spaz-mı nəticəsində (apnoe, dilin qatlanması, tənəffüs 
yollarının obstruksiyası) hipoksiya və hiperkapni-ya inkişaf edir. Vəzilərin sekretor funksiyası artır. Bu da mədə-bağırsaq möhtəviyyatının, tüpürcə-
yin, bronxial sekretin artmasına səbəb olur. Böyük və kiçik qan dövranında qan təzyiqi yüksəlir. Ürəyin yükü artdığı üçün, ürək boşluğu böyüyür, ritm 


67 
pozulur, taxikardiya baş verir. Periferik və mərkəzi sirkulyar çatışmazlıq inkişaf edir.
Eklampsiya əsasən hamiləliyin III trimestrində və doğuşdan sonra 48 saat ərzində inkişaf edir, lakin eklampsiyanın hamiləliyin 20 həftəsindən və ya 
doğuşdan 23 gün sonra da meydana çıxması faktları var.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin