TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə120/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   116   117   118   119   120   121   122   123   ...   141
DƏRSLİK

ağ ciyər ödeminə 
səbəb olur.
Qlomerulyar damarların endoteliozu nəticəsində qlomerulyar ödem və fibrin çökməsi baş ve-rir. Bu da 
böyrək 
tərəfindən ağırlaşmalara səbəb olur. 
Oliqouriya, kəskin tubulyar nekroz baş verir.
Periportal qara ciyər nekrozu, subkapsulyar hemorragiya və qara ciyər sinuslarında fibrin yı-ğılması 
qara ciyər disfunksiyasına 
səbəb ola bilər. 
Bəzən qara ciyərin cırılması baş verir.
Qara ciyərin disfunksiyası 
HELLP sindromunun 
təzahürü ola bilər. HELLP sindromu za-manı trombositipeniya, qara ciyər disfunksiyası, hemoliz 
müşahidə edilir. Bu sindromun ağırlıq də-rəcəsi trombositopeniyanın dərinliyi ilə müəyyən edilir. Trombisitlərin sayı 50 x 109/l olduqda HELLP 
sindromu ağır, 50-100 x 109/l orta ağır, 100-150 x 109/l yüngüldür. HELLP sindromu za-manı qaraciyərin fermentativ funkiyası kəskin pozulur. 
Eritrositlər hemolizə və fermentasiyaya uğ-rayır. HELLP sindromu həyat üçün çox təhlükəlidir. Bu sindrom inkişaf etdikdə hamiləlik təcili 
sonlandırılmalıdır.
YDL sindromu dölün bətndaxili ölümünə, BDİL-ə, perinatal ölümə səbəb olur.
Müalicə. 
Müasir dövrdə preeklampsiya və eklampsiya zamanı doğuşayardım taktikası dəyi-şib. Belə vəziyyətlərdə intensiv müalicə aparılır, xəstə 
təcili doğuşa, xüsusi cərrahi müdaxiləyə ha-zırlanır. Əvvəllər diuretiklərlə aparılan müalicə, hazırda məqsədəuyğun sayılmır. Çünki, uşaqlıq–cift qan 
dövranını, böyrəklərin, qaraciyərin və digər orqanların qan təchizatını pisləşdirir.
Müalicə aşağıdakıları əsas tutaraq aparılır.
– hipertenziv vəziyyətin medikamentoz idarə olunması;
– mamalıq vəziyyətinin idarə olunması.
Medikamentoz müalicənin məqsədi: A/T–i 140(150)/90(100) mm C st səviyyəsində saxla-maq; ağırlaşmaların qarşısını almaq. Müalicə əsasən iki 
istiqmətdə aparılır: qıcolmalarla və hiperen-ziv vəziyyətlə mübarizə.
Mamalıq taktikası isə doğuş vaxtının və aparılma üsulunun seçilməsinə əsaslanır.
Müalicə stasionarda, intensiv–terapiya şöbəsində anestezioloq–reanimatoloqun iştirakı ilə aparılır. Hamiləliyin müddətindən asılı olmayaraq, intensiv 
terapiya aparmaq və doğuşu tezləşdir-mək lazımdır. Poliorqan pozğunluqların korreksiyası üçün orqan və sistemlərin funksional vəziyyə-tinə manitor 
nəzarəti aparılmalıdır (ifrazat orqanları, ürək–damar, tənəffüs sistemi və s.)
Qıcolma zamanı ilk yardım mama tərəfindən göstərilir: qadın tutulur, yıxılmadan və əzilmə-dən qorunur, ağzı açılır, ağızgenəldicilər salınır (dil 
dişlənməsin və qatlanmasın), tənəffüs yolları selikdən təmizlənir, maksimal təcili infuzion terapiya başlanılır (yaxşı olar ki, iki venada), həkim 
çağırılır. Vena daxilinə 20 ml 25%-li MgSO

, 200–300 ml reopoliqlukin, 0,25%-li droperidol 3–4 ml, 0,005%-li 1ml fentanil məhlulu, 0,02 qr 
diazepam, 1%-li 200–300 mq heksenal məhlulu, seda-tiv və hipotenziv maddələr yeridilir. Hemodinamik göstəricilərin nəzarəti altında ( A/T, nəbz və 
s ) xəstə süni tənəffüs aparatına qoşulmağa hazırlanılır və s.
Xəstənin nəql edilməsi əks göstərişdir.
Hipotenziv (Hidrolazin, Labetalol, Nifedipin), spazmolitik, infuzion terapiya aparılır. Qanqli-oblakatorlar (pentamin, qiqronüm, benzoheksonium) 
yaxşı hipotenziv effekt verir.
Hamilə qadının tənəffüs funksiyası, (ağciyərlərin köməkçi ventilyasiyası, süni ventilyasiya-sı) və temperaturu normallaşdırılır.
Prosesin ağırlıq dərəcəsini qiymətləndirmək üçün tam klinik müayinə: qanın ümumi və bio-kimyəvi analizi, koaquloqramma, 3 gündən bir sidiyin 
ümumi analizi, sidiyin Neçiperinko və Zim-nitski sınaqları ilə analizi, sidiyin bakterioloji əkilməsi, göz dibini yoxlamaqla oftolmoloqun, nevro-
potoloqun, terapevtin müayinəsi aparılmalıdır.
Differensial diaqnostika üçün huşun pozulması zamanı lumbal punksiya aparılır (subaraxnoi- dal qansızmanı aşkarlamaq üçün).
Əsas terapevtik metod çox vaxt doğuş olur. Ağır preeklamsiya və eklampsiyanın bütün ağır-laşmalarında doğuşu tezləşdirmək göstərişdir. Eləcə 


preeklamsiyanın yüngül və orta ağır formala-rında 10–15 gün müddətində aparılan terapiya effekt vermədikdə, dölün hipoksiyası və hipotrofiyası 
artırsa doğuşu tezləşdirmək vacibdir. Bütün bu hallarda hamiləliyin müddəti nəzərə alınmır.
Doğum yolları doğuşa hazır olduqda, erkən amniotomiyaya imkan olduqda, doğuşun doğum yollarından təbii yolla başa çatdırılması 
məqsədəuyğundur.
Doğum yolları doğuşa hazır olmadıqda, uşaqlıq boynu ͈,,yetişməmiş" olduqda qıcıqlandır-maq məqsədi ilə prostoqlandirlərdən, okitosindən istifadə 
olunur. Oksitosinlə qıcıqlandırmanı ehtiy-yatla aparmaq lazımdır. Əvvəl hipovolemiya və damar spazmını aradan qaldıran intensiv terapiya aparmaq 
lazımdır: bundan 30 dəqiqə əvvəl dölyanı maye emboliyasının qarşısını almaq üçün əzələ daxilinə 1 ml 1–2%-li promedol və ya diprazin vurulur. 
Doğuş zamanı, adətən hipertenziv vəziyyət-lərin gedişi dərinləşir, ağır fəsadlar mümkündür. Ona görə müalicənin bütün prinsiplərinə əməl et-mək və 
maksimal ağrısızlaşdırma aparmaq vacibdir.
Qalan hallarda doğuş Kesar kəsiyi ilə başa çatdırılır.
Doğuş hipertenziv vəziyyətin simptomlarının tam itməsinin qarantı deyil. Doğuşdan sonra za-hılıq eklampsiyası da rast gəlir ki, onun yaranmasına 
şəraiti, doğuşa qədər və ya doğuş zamanı diaq-nozun qoyulmaması, müalicə tədbirlərinin lazımı həcmdə olmaması yaradır. Doğuşdan sonra ağır-
laşmaların profilaktikası məqsədi ilə, patogenetik müalicəni klinik simptomlar tam itənə və laboro-tor göstəricilər, normallaşana qədər davam 
etdirmək lazımdır
Qadının stasionardan evə yazılma kriteriyaları: qanın və sidiyin bütün analizlərinin normal-laşması; A/T–in 130–80 mm C st, nəbzin 90 vur/dəq və 
daha aşağı səviyyədə stabilləşməsi; polior-qan dəyişikliklərin korreksiyası. Qadın evə hipertenziv vəziyyət diaqnozu ilə yazılır və o, məsləhət-
xanasında risk qrupunda müşahidəyə götürülür.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin