TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


Şok: növü, klinikası və diaqnostikası



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə123/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   119   120   121   122   123   124   125   126   ...   141
DƏRSLİK

Şok: növü, klinikası və diaqnostikası 
 
GİRİŞ

Sistem toxuma perfuziyasının əhəmiyyətli dərəcədə azalması nəticəsində toxumalara oksigenin çatdırılmasının 
azalması ilə xarakterizə olunan fizioloji vəziyyət ŞOK kimi qiymətləndirilir. Bu vəziyyəti oksigenin toxumalar tərəfindən 
istifadəsi ilə oksigenin çatdırılması arasında balansın pozulmasına səbəb olur. Oksigenin uzun müddət ərzində adekvat 
həcmdə çatışmaması hüceyrələrin hipoksiyasına və hüceyrə səviyyəsində mühüm biokimyəvi proseslərin pozulmasına 
gətirib çıxarır ki, bu da öz növbəsində sistem səviyyəsinədək yayıla bilər:

Şokun hüceyrə səviyyəsində təsiri - hüceyrə membranın ion nasosu funksiyasının pozulması, hüceyrədaxili ödem, 
hüceyrənin tərkibinin hüceyrədən kənar sahəyə sızması və hüceyrədaxili pH-ın tənzimlənməsinin pozulması.

Sistem səviyyəsində təsir - qanın pH-ın pozulması, endotelial disfunksiya, iltihabi və iltihab əleyhinə proseslərin 
stimulyasiyası.
İlkin olaraq, oksigen çatışmazlığının efektləri geriyə dönəndir, lakin çox qısa müddət ərzində bu efektlər geriyə dönməz 
olur. Nəticə isə ardıcıl olaraq hüceyrə ölümü, hədəf orqanların zədələnməsi, çoxsaylı orqan sistemlərin çatışmazlığı və 
ölümdür. Buna görə də şok vəziyyətinin erkən müəyyən edilməsi və geriyə döndərilməsi xüsusi əhəmiyyət kəsb edir.
FİZİOLOGİYA.
Sistem toxuma perfuziyası ürəyin hasilatı (CO-cardiac output) və sistem damar müqaviməti ilə təyin edilir:

CO və ya ürək hasilatı ürəyin atımı ilə ürəyin vurma tezliyinin nəticəsidir, yəni CO=ürəyin atımı x ürəyin vurma 
tezliyi.

Sistem damar müqaviməti isə damarın uzunluğu, qanın sıxlığı və damarın diametrindən asılıdır.
Sistem toxuma perfuziyasının azalması bir başa olaraq Ürəyin Hasilatı, Sistem Damar Müqavimətinin (SDM) və ya 
bunların hər ikisinin azalmasının nəticəsidir. Bəzi şok vəziyyətlərdə ya ürəyin hasilatı, ya da SDM bir birinə nisbətdə artmış 
ola bilər. Məsələn, hiperdinamik şokda Ürəyin hasilatı xeyli artmış olduqda, SDM aşağı düşmüş olur. Bundan əlavə qeyd 
etmək lazımdır ki, humoral və mikrosirkulyator proseslər arasında mürəkkəb münasibətlər regional qan axının pozulmasına 
və toxumaların effektiv perfuziyasının azalmasına səbəb olur. Bu isə hüceyrə səviyyəsində metabolik proseslərin 
pozulmasına gətirib çıxarır.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin