TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


Hamiləlik hipertenziyasının profilaktikası



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə121/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   117   118   119   120   121   122   123   124   ...   141
DƏRSLİK

Hamiləlik hipertenziyasının profilaktikası. 
Profilaktik tədbirlərə aşağıdakılar aiddir: qa-dınlarda ekstragenital xəstəliklərin aşkarlanması; hamiləliyə 
əks göstəriş olan ekstragenital xəstə-liklərə görə risk qrupunun formalaşdırılması; hamiləlik zamanı risk qrupunun formalaşdırılması; op-timal 
dispanserizasiya.
Reablitasiya 
3 mərhələdə aparılır:
1.Zahının müayinəsi və zahılıq şöbəsində ağırlaşmaların müalicəsi. Müalicə 10 gün müddətində effekt vermirsə, xəstə ixtisaslaşdırılmış xəstəxanalara 
köçürülür. (kardioloji, uroloji, nevroloji və s.)
2.Xəstə 1 il müddətində mama–ginekoloq və terapevt tərəfindən müştərək müşahidə edilir (ürək–damar sistemi, qaraciyər və böyrəklərin funksiyası, 
EKQ, göz dibi).
3.Mama–ginekoloq və terapevt qadını növbəti hamiləliyə müştərək hazırlayırlar.
Kəskin və xroniki hipoksiya, bətndaxili inkişafın ləngiməsi, dölün ölməsi hipertenziv vəziy-yət zamanı baş verən poliorqan pozğunluqlar və 
uşaqlıq–cift qan dövranının pozulması nəticəsində baş verir. Ona görə də erkən diaqnostika, qadının adekvat müalicəsi gələcəkdə, doğuş zamanı döldə 
və yenidoğulmuşlarda baş verəcək ağırlaşmaların profilaktikasıdır. 
Hipertenziyası olan anadan doğulmuş uşaqlar doğum evində neonotoloq tərəfindən ciddi müa-yinə olunmalı, sonra sahə pediatrı və ixtisaslı 
mütəxəssislər tərəfindən dispanser müşahidəsinə götürülməlidir. 
HAMİLƏ QADINLARDA KƏSKİN RESPİRATOR ENFEKSİYALARIN AĞIRLAŞMALARI 
ZAMANI REANİMASİYA TƏDBİRLƏRİ. 
KRİ dünyada ən çox yayılan xəstəlikdir. Respirator infeksiya 95% hallarda virus mənşəli olur. Hamilə qadınların KRVİ 
yoluxma riski yuxarı olur və çox vaxt xəstəlik fəsadlı keçir. Belə ki,törədici hamiləliyin pozulmasına və doğuş zamanı çoxlu 
miqdarda qan itkisinə səbəb olur. Virus remissiya vəziyyətində olan digər infeksiyaları aktivləşdirərək daxili cinsiyyət 
orqanlarının iltihab xəstəliklərinə səbəb olur. Bütün bunlar dölün bətin daxili inkişafında problem yaradır. Aparılan 
araşdırmalara ğörə yoluxma 30% hallarda hamiləliyin birinci üç ayında baş verir və nəticədə ağır fəsadlar: embriogenez 
pozulur və DBİQ (dölün bətindaxili inkişaf qüsuru ) yaranır. 50% hallarda yoluxma hamlıəliyin 13-27 həftəsində olur. Bu 
həftələr aktiv plasentasiya dövrü olduğu üçün plasentar çatmamazlığa səbəb ola bilər. 
Eyni hamiləlik müddətində qadın bir neçə dəfə KRVİ keçirə bilər. Bu da hamilə qadının hava-damcı infeksiyasına nə 
dərəcədə həssas olduğunun göstəricisidir.Səbəb hamiləlik zamanı qadının immun rezistentliyinin azalması,ağciyərlərin 
hiperventilyasiyası,xroniki infeksiya ocaqlarının olmasıdır. KRVİ keçirən qadınlarda 53% hallarda yuxarı tənəffüs yollarının 
xroniki xəstəliklərinin kəskinləşməsi müşaqhidə edilir. Nəticədə, çox vaxt erkən və gecikmiş həftələrdə hamiləlik ya 
pozulur, ya bətindaxili inkişafdan qalma,ya da, hamiləliklə bağlı ödemli hipertenziv vəziyyət yaranır. 
İnfeksiya amnioitik qişaların iltihabına səbəb olur ki,nəticədə azsululuq və ya çoxsululuq inkişaf edir.
KRVİ keçirən qadınlarda hamiləlik 96% hallarda doğuşla nəticələnir. 5% hallarda vaxtından əvvəl doğuş,0.75% hallarda 
vaxtı keçmiş, 4% hallarda özbaşına düşük baş verir və donmuş hamiləlik qeyd edilir.
KRVİ keçirmiş hamilə qadınlarda dölyanı mayenin vaxtından əvvəl axması, doğuş gücü zəifliyi kimi patologiyalarda qeyd 
edilir. 
KRVİ keçirən qadınlarda doğuş Keysəriyyə əməliyyatı ilə də sonlandırıla bilər.Az hallarda mamalıq maşaları qoyulmaqla 
da sonlandırılır. Sonluğun xaric edlməsi 5% hallarda əl yardımı ilə icra edilir. 
Perinatal nəticənin qeydlərinə nəzər salsaq yenidoğulmuşun vəziyyəti 86% hallarda Apqar şkalası ilə 7-8 balla 
qiymətləndirilir.Perinatal ölüm 4%,antenatal ölüm faizi isə daha yüksəkdir.
Doğuş tarixinin retrospektiv analizi bizə plasentanın histoloyi müayinəsini aparmaq imkanı verir. Müayinə nəticəsində, ciftin 
baryer funksiyası öyrənilib və kompensator və dekompensator forma xroniki cift çatmamazlığının yaranması aşkar edilib. 
Xronik cift çatmamazlığı involyutiv-distrofik proseslər və sirkulyator pozğunluqlarla xarakterizə edilir. Sonluqda olan iltihab 
dəyişikliyi 13% hallarda irinli plasentit,11% hallarda irinli-seroz bazal desiduit,7% hallarda xorioamnionit kimi keçir. Qeyd 
edilən dəyişiklik pnevmoniya və sepsis nəticəsində perinatal ölümlə sonlana bilər. 
Qeyd edilənlərdən bu nəticəyə gəlirik ki, hamilələrin ağciyər patologiyası ilə DBİQ (bətndaxili inkişafdan qalma 
),hipoksiya,asfiksiya,bətndaxili 
infeksiyalaşma 
kimi 
perinatal 
xəstəliklər 
arasında 
bir 
əlaqə 
var.
Kəskin respirator virus infeksiyaları əsasən tənəffüs yollarına təsir edən virusların yaratdığı yoluxucu xəstəliklər 
qrupudur.Buna görə də onlara tənəffüs yollarının viral infeksiyaları da deyilir.Kəskin respirator infeksiyalar üçün risk 
faktorları: soyuqlama, immun çatışmazlığı,hormonal dəyişiklik, adekvat qidalanmanın olmaması, vitamin və 


69 
mikroelementlərin çatışmazlığı,psixoloji stress, ağır fiziki iş.Kəskin respirator infeksiyaların törədicisi ən çox qrip virusları, 
paraqrip, adenoviruslar, rinoviruslar, respirator sinsitial viruslar olur.Bilinən patogenlərin müxtəlifliyinə baxmayaraq, KRİ-ın 
simptomları bütün hallarda təxminən eynidir və gündəlik həyatda qrip ümumi adı tez tez istifadə olunur.Tənəffüs yollarının 
virus infeksiyaları xəstə insandan sağlam insana hava damcıları ilə ötürülür.Onlar həmçinin əl sıxma və paylaşılan əşyalar 
vasit
əsilə 
də 
ötürülə 
bilir. 
Çox vaxt kəskin respirator virus infeksiyaları rinit, farinqit,bronxit və bəzən pnevmoniya ilə özünü göstərir.Qrip- kəskin 
infeksion xəstəlikdir. İnkubasiya dövrü 1 neçə saatdan 7 günə qədər davam edə bilər.Xəstəlik kəskin başlayıb, 
temperaturun 38°Cvə daha artıq olması(üşütmə, baş ağrısı, oynaqlarda əzələlərdə, gözlərdə ağrı),daha sonra isə kataral-
respirator simptomların qoşulması ilə müşayət olunur.Qripin kliniki şəkli virusun serotipindən , qadının yaşından, immun 
sistemin vəziyyətindən , yanaşı xəstəliklərdən asılıdır.Əksər hallarda xəstəlik 2-5 gün davam edir və nəticə əlverişli 
olur.Lakin hamiləliyin 2ci və 3 cü trimestrində viral infeksiya təhlükəli vəziyyət ala bilər və həm ananın, həm də dölün həyatı 
üçün təhlükə yarada bilər.Hamilə qadınlarda qrip və onun ağır formalarının inkişafı riski yüksəkdi.Belə xəstələrdə xəstəlik 
daha ağır keçir və pnevmoniya , tənəffüs çatışmazlığı sindromu , spontan abortlar, plasentar çatışmazlıq, dölün antenatal 
ölümü və s kimi ağırlaşmaların yüksək tezliyi ilə müşayiət olunur.Hamiləlik inkişaf etdikcə alloantigenik dölün qorunmasına 
yönəlmiş immunosupressiya artır, ağciyərlərin ümumi həcmi , tənəffüs ekskursiyaları azalır , tənəffüs hərəkətlərinin tezliyi 
10% 
artır 

bu 
da 
hamilə 
qadınları 
respirator 
infeksiyalara 
daha 
həssas 
edir. 
,Hamiləliyin 1ci trimestrinin sonu qadın orqanizmində kompensator olaraq respirator alkaloz inkişaf edir.Hamiləliyin 3cü 
trimestrində diafraqmanın yüksək dayanması səbəbindən hamilə qadınların 50% -də nəfəs darlığl yaranır.Bu dəyişikliklər 
pnevmoniya 
halında 
hamilə 
qadınların 
20%-nin 
tənəffüs 
dəstəyinə 
ehtiyac 
duymasına 
səbəb 
olur. 
Doğuşdan sonrakı və ya abortdan sonrakı 2 həftə ərzində immun sistemin vəziyyətinin tənəffüs və ürək qan - damar 
sisteminin funksiyalarının bərpası prosesi baş verir.Buna görə də bu kateqoriyalı xəstələr qripin ağırlaşmaları riski yüksək 
olan 
şəxslər 
hesab 
edilməlidir.Hamilə 
qadında 
yayılmış 
iltihabi 
proses,yayılmış 
damar 
daxili 
laxtalanma sindromu ciftin bütün funksiyalarının pozulmasına ,dölün hipoksiyasına, bətndaxili infeksiyasına , hamiləliyin 
pozulmasına 

hamiləlik 
və 
doğuş 
zamanı 
qanaxmalara 
səbəb 
olur. 
KLİNİKASI: 
Virusa yoluxduqdan sonra yaranan ilk simptomlar : qızdırma, öskürək, rinoreya, baş ağrısı, səthi tənəffüs, əzələ ağrısı, 
ürəkbulanma, ishal, konyuktivit.Virusa yoluxmuş xəstələrdə qızdırma olmadan , yalnız respirator simptomlar ola bilər.Bəzi 
hallarda 
qızdırma 
yalnız 
ağırlaşmaların 
inkişafı 
ilə 
baş 
verir. 
Qripin mürəkkəb formaları qripə yoluxma hallarının epidemik prosesinin müxtəlif mərhələlərində o cümlədən xəstəliyin 
mövsümi artımı zamanı, habelə qripin ağır formaları olan xəstələrin sayının əhəmiyyətli dərəcədə artdığı epidemiyalar və 
pandemiyalar 
zamanı 
qeydə 
alınır. 
Xəstəliyin ağırlıq dərəcəsinin göstəriciləri ümumi intoksikasiya sindromunun şiddəti, şüurun pozulması, hemodinamikanın 
pozulması , kəskin tənəffüs çatışmazlığı , 1cili və 2 ci li pnevmoniyalardır.Xəstəliyin ilk günlərində xəstələr intensiv baş 
ağrısı və retrobulbar ağrıdan , həmçinin fotofobiyadan şikayətlənirlər. Ən təhlükəli ağırlaşma pevmoniyadır.Ağır 
pnevmoniyanın göstəriciləri : ağır öskürək ilə müşayiət olunan nəfəs darlığı, köməkçi əzələlərin tənəffüs aktında 
iştirakı(burun qanadları,döş körpücük məməyəbənzər əzələ,qabırğa zələləri ) , sianoz , şüurun pozulması, hipotenziya, 
leykositoz 25×10^9 , kəskin böyrək çatışmazlığı.Pnevmoniya 3 formada ola bilər.1-cili viral pnevmoniya, 2-cili 
Viral 
bakterial 
pnevmoniya, 
3-cü 
lü 
bakterial 
pnevmoniya. 
Xəstəliyin 1-3cü günü pnevmoniya inkişaf edərsə bu ilkin viral pnevmoniyadır.Pnevmoniya 1-ci həftənin sonunda inkişaf 
edərsə viral -bakterial pnevmoniyadır.( 2- cili pnevmoniya) .Əgər 2həftə sonra inkişaf edərsə , bu bakterial pnevmoniyadır.( 
3-cülü 
pnevmoniya). 
Digər ağırlaşmalar arasında infeksion -allergik miokardit, perikarditə rast gəlinir.Qripin ağırlıq dərəcəsi intoksikasiyanın 
səviyyəsindən , şüurun vəziyyətindən , hemodinamik göstəricilərdən , kəskin tənəffüs çatışmazlığından , 1ci və 2 ci li 
pnevmoniyanın 
inkişafından 
asılıdır. 
Hamilə qadınların müayinəsi qrip və pnevmoniya xəstələrinin müayinəsi standartlarına uyğun olaraq ümumi qəbul edilmiş 
sxemlər üzrə aparılır.Ağciyərlərin 2 proyeksiyada rentgenpqrafiyası hamiləlik zamanı aşağıdakı göstəricilər üçün istifadə 
olunur:xəstəliyin ağır gedişi, tənəffüs çatışmazlığının artması, müalicənin səmərəsizliyi.Köməkçi diaqnostik üsul kimi döş 
qəfəsinin , qarın boşluğunun USM-si, exokardioqrafiya( endokartit, miokardit,eksudativ plevrit, sepsis şübhəsi ilə) tövsiyə 
olunur.Mama ginekoloq tərəfindən gündəlik dinamik monitorinq aparılır.Müalicənin bütün müddəti ərzində fetoplasentar 
kompleksin vəziyyətini izləmək lazımdır.28 həftəlik hamiləlikdən sonra gündəlik fetal monitorinq, vizual qiymətləndirmə ilə 
tokoqrafiya aparılır.Ultrasəs fetometriyası 5 gündə 1 dəfə aparılır.Qarın çevrəsinin, uşaqlıq dibinin hündürlüyünün 3 gündə 
1 dəfə ölçülməsi, ananın və dölün vəziyyəti pisləşdikdə , çoxsululuqda, azsululuqda USM dopleroqrafia tətbiq olunur. (Feto 
plasentar qan dövranı yoxlanılır.)Göstəricilər dinamikada pisləşərsə, hamiliyin davam etdirilməsinin və ya doğuşun başa 
çatdırılmasının məqsədəuyğunluğu , doguşun müddətini və usulunu müəyyən etmək üçün təcili məsləhətləşmə göstərişdir. 
MÜALİCƏ 
Xəstəliyin yüngül formalarında hamilə qadınların müalicəsi evdə terapevt və mama ginekoloqun nəzarəti altında aprılır və 
aşağıdakıları 
əhatə 
edir: 
Bol 
maye 
qəbulu 

ödem 
olmadıqda) 
Qızdırma və ağrı olduqda parasetamol , burun boşluğunun dəniz suyu ilə yuyulması, vitamin C qəbulu.Qidalanmanın 
düzgün təşkil olunması ; ət bulyonunda bişmiş şorba, müxtəlif sıyıqlar , tərəzlərlə zəngin qidalara üstünlük verilməlidir. 
Orta və ağır formalı virus infeksiyasına yoluxduqda -ağır intoksikasiya əlamətləri olan hamiləmqadınlat xəstəxanaya 
yerləşdirilməlidir.Yüksək hərarət döl üçün təhlükəli hesab edildiyindən hamilə qadın daim nəzarət altında olmalıdır. 
Par
asetamol hamiləlik dövründə qızdırma üçün ən yaxşı dərman vasitəsi hesab olunur.Parasetamolun 1 dəfəlik dozası 
0,5-
1q , sutkalıq dozası 4 q olmalıdır.Həyat üçün təhlükəli əlamətlər və ağır pnevmoniyası olan hamilələr reanimasiya 
şöbəsinə yerləşdirilməlidir.Belə hamilə qadınların müalicəsi terapevt , reanimatoloq və mama ginekoloq tərəfindən birgə 
həyata keçirilir.Antiviral dərmanlara göstəriş olduqda bütün qripə yoluxmuş hamilə və zahı qadınlara təyin olunur.Antiviral 
müalicənin müddəti 5 gündür.Süd verən qadınlarda antiviral dərmanları təyin etdikdə ananın vəziyyətinin ağırlığı nəzərə 
alınmqla ,ana südü ilə qidalanmanın davam etdirilməsi məsələsi fərdi olaraq həll edilir.Müalicə mümkün qədər erkən 


başlanmalıdır.Xəstəliyin başlanğıcından 48 saat ərzində antiviral müalicənin təyini böyük dərəcədə sağalmanı təmin 
edir.Müalicə zamanı virusun laborator təsdiqini gözləmək olmaz , çünki bu terapiyanın başlanmasını gecikdirəcək 
Xəstəliyin 
ağır 
və 
proqressivləşən 
formasında 
hamilələrə 
xəstəliyin 
hətta 
gecikmiş 
formasında da antiviral müalicə təyin olunur.Müalicə üçün əsasən 2 prepardan 1 dən istifadə olunur: oseltamivir və ya 
zanamivir.Oselttamivir, zanamivir olmadıqda və ya onların tətbiqi hər hansı səbəbdən mümkün olmadıqda digər 
preparatlar təyin oluna bilər : məsələn panavir.Qripdən şübhələnən və ya təsdiqlənmiş hamilə və süd verən qadınların 
antiviral terapiyaya mümkün qədər tez başlaması lazım olduğundan , onların istifadəsinin mümkün faydaları döl və ya 
körpə üçün potensial riskdən üstündür.Qripin mürəkkəb forması olan xəstələrdə pnevmoniyanın müalicəsində mühüm yer 
antibiotik müalicəsinin seçilməsidir.Pnevmoniya diaqnozu qoyulduqda , mövcud beynəlxalq tövsiyələrə əsasən növbəti 4 
saat 
ərzində 
antibiotik 
terapiyası 
təyin 
edilməlidir. 
Ağır xəstələrdə antibiotiklərin tətbiqi yolu venadaxili olur.2-cili viral- bakterial pnevmoniyada ən çox ehtimal edilən 
törədicilər Streptococcus pneumonia , stafilococcus aureus və haemophilus influenzadır.İstifadə olunan antibakterial 
preparatlar; amoksasilin, azitromisin, seftriakson, sefataksim və s.Müalicənin potensial faydası dölə mənfi təsir riskini 
üstələdikdə hamilə qadınlarda istifadəsi mümkündür.Pnevmoniyalı bütün hamilə qadınlarda oksigen saturasiyası 
ölçülməlidir.Qrip fonunda pnevmoniyanın inkişafı zamanı adekvat respirator dəstəyə zərurət yaranır.Respirator dəstək 3 
üsulla həyata keçirilir: təmiz tibbi nəmləndirilmiş oksigenlə inhalyasiya, qeyri invaziv ağciyərlırin ventilyasiyası və 
ağciyərlərin süni ventilyasiyası.Davam edən tənəffüs dəstəyinin səmərəsizliyi bir üsuldan digərinə keçid üçün 
əsasdır.Tənəffüs dəstəyinin dayandırılması üçün göstəricilər: əsas xəstəlikdə müsbət dinamikanın olması , spontan 
tənəffüsün 
fəaliyyəti, 
əzələ 
tonusunun 
kifayət 
qədər 
olması. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin