TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə113/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   109   110   111   112   113   114   115   116   ...   141
DƏRSLİK

Uşaqlığın xarici massajı 
qarının ön divarından aparılır: əl uşaqlığın dibinə qoyulur və yüngül dairəvi hərəkətlərlə massaj edilir (kobud 
h
ərəkətlərlə məqsədə çatmaq olmaz). Massajın təsirində uşaqlıq yığılır və konsistensiyası bərkiyir. Uşaqlıqdan qan laxtaları xaric olur. 
Uşaqlıq yığılana qədər xarici massaj davam etdirilir: uşaq doğulduqdan sonrakı ilk saatda hər 15 dəq-dən bir; 2-ci saatda 30 dəq-dən bir; 
ilk sutka 
ərzində hər 4 saatdan bir.
Erk
ən zahılıq qanaxmalarının müalicəsi 5 mərhələdə aparılır.
I m
ərhələ – ilk yardım 
zamanı bir venaya infuzion terapiya: 500 ml kristalloid məhlul +20 v oksitosin damcı üsusu ilə 60 dam/dəq sürəti 
il
ə vurulur; digər venadan qan qrupi, Rh, Hb, Ht və Li-Uayt üsulu ilə laxtalanma müddətini təyin etmək üçün qan götürülür. Sidik kisəsi 
kateter il
ə bo-şaldılır və qadın isidilir (adyalla örtülür
)
.
II m
ərhələ – 
etiotrop müalic
ə 4“T” etioloji səbəblər nəzərə alınmaqla aparılır. Uşaqlıq atoniyasının müalicəsində uterotoniklərdən 
Oksitosin, Metilerqimetrin
v
ə s. istifadə edilir. 
“4” etioloji faktora görə erkən zahılıq qanaxmalarının müalicəsi.
 
 
 
 
 
 


Cədvəl 16.1 
 
“Tonus” 
“Travma” 
“Toxuma” 
“Trombin” 
Uşaqlığın xarici-daxili 
massajı.
Uterotoniklərin vururl-
ması.
Uşaqlığın bimanual 
kompressiyası.
Güzgülərlə baxış, do-
ğuş zamanı aşkar 
olunan cırıqların 
tikilməsi.
3 sm-dən böyük 
hemato-maların drenajı.
Çevrilmiş uşaqlığın 
yeri-nə salınması.
Uşaqlığın cırılması za-
manı lapotatomiya.
Uşaqlıq boşluğunun əllə 
yoxlanması.
Ləngimiş cift və ya 
onun qalıqlarının əllə 
çı-xarılması.
Küretaj (istisna 
hallarda).
Qanın laxtalanma 
faktor-larının 
köçürülməsi.
Təzə donor plazması.
Trombosotlərin transfu-
ziyası.
VIIa rekombinat faktor-
ları eptocoq-alfa (novo-
seven) protrombin 
komp-leksin, 
konsentratı laxta-lanma 
faktorları II, VII, IX, X 
protein CvəS (ok-
topleks)
Planlı Kesar əməliyyatları zamanı oksitosi-nin fasiləsiz transfuziyası əvəzinə 100 mq Carbto-sin bir dəqiqə ərzində bolyus (şırınqa) üsulu ilə 
yeritdikdə uterotoniklərə ehtiyac qalmır. Kesar əməliyyatlarından sonra atonik qanaxmaların qar-şısını almaq üçün Bakri balonu ilə tamponadadan 
istifadə olunur. Uşaqlıqda aparılmış kəsikdən uşaqlıq boşluğuna xüsusi balon salınır. Balonun borusu uşaqlıq yolundan xaricə çıxarılır. Bundan sonra 
histeroektopik kəsik tikilir. Boru vasitəsi ilə balon, uşaqlıq divarına toxunana qədər maye ilə doldurulur. Sonra qarın divarı tikilir. Balon uşaq-lıq 
boşluğunda 2-3 saat saxlanılır, sonra boşaldılır və yenə 2-3 saat uşaqlıqda saxlanılır. Bu, atonik qanaxmaların, hematometranın, zahılıq endomet-
ritinin, peritonitin, sepsisin qarşısını alır.
III mərhələ 
– intensiv terapiya: qadının vəziyyəti qiymətləndirilir. A/T-i, nəbzi, tənəffüs tezliyi, diurezi, huşu daimi monitorinq olunur; daimi 3:1 
nisbətində kristalloidlərin transfuziyası aparılır; maska vasitəsi ilə oksigen verilir; qan və qan əvəzedicilər vurulur. Qan və qan əvəzedicilər vurmaq 
üçün qadının qan itkisini hasablamaq lazımdır. Bu məqsədlə aşağıdakı düsturdan istifadə olunur.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin