TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə109/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   105   106   107   108   109   110   111   112   ...   141
DƏRSLİK

2. Son dövrünün düzgün idar
ə olunmaması 
– son dövrü gözləmə mövqeyindən idarə olunmalıdır. Cifti ayırmaq üçün edilən hər hansı 
bir c
əhd (göbək ciyəsinin dartılması, uşaqlığın qıcıqlandırılması və s.) uşaqlıq yığılmalarının ritmini pozur və ciftin fizioloji ayrılması 
pozulur. N
əticədə ya hissəvi cift ayrılması, ya da uşaqlıq boynu spazmı üzündən ayrılmış ciftin boğulması baş verir. 
Son dövrünün qanaxmaları 
(şəkil:16-8)
 
 
 
Normal uşaqlıq Atonik uşaqlıq Cift bitişməsi 

Xarici üsullarla ciftin ayrılması 
 
Abuladze üsulu Henter üsulu


Krede-Lazereviç üsulu
Qişaların ayrılması
Ciftin 
əllə ayrılması 
3. Ciftin aşağı seqmentdə 
v
ə ya uşaqlıq borusu bucağında yerləşməsi çox vaxt son dövründə qanaxma ilə müşayət olunur. Uşaqlığın 
bu nahiyy
ələri pis yığıldığı üçün ciftin ayrılması pozulur və qanaxma baş verir.
4. Ciftin möhk
əm birləşməsi–
bu zaman cift uşaqlıq divarına daha möhkəm qaynaq olur. Nəticədə uşaqlığın desidual qişasının bazal 
qatı kəskin nazikləşir. Xovlar bu qişada məhdudlaşır, uşaqlığın başqa qatlarına keçmir. Bu patologiya uşaqlığın hamiləlikdən əvvəl 
keçirdiyi iltihabi x
əstəliklər, küretajlar və doğuşlarda aldığı travmalar nəticəsində əmələ gəlir. Belə halda doğuşun son dövründə 
uşaqlığın yığılması ciftin ayrılması üçün kifayət etmir, ciftin ayrılma əlamətləri olmadığı halda qanaxma müşahidə edilir.
5. H
əqiqi cift bitişməsi. 
Nadir hallarda rast g
əlir, amma çox təhlükəli ağırlaşmadır. Desidual qatın inkişaf etməməsi nəticəsində cift 
bazal qata birl
əşir, xorionun xovları əzələ, hətta seroz qata sirayət edir. Nəticədə həqiqi cift bitişməsi əmələ gəlir. Cift bitişməsinin 
aşağıdakı variantları var: bazal qatın maksimal nazikləşməsi və xorion xovlarının əzələ qişasına səthi keçməsi; xorion xovla-rının dərinə 
keçm
əsi; xorion xovlarının əzələ qişasına, seroz qişaya qədər keçməsi. Həqiqi cift bitiş-məsi zamanı ola bilər ki, son dövründə qanaxma 
müşahidə edilməsin. Bu patologiya zamanı cifti əl ilə ayırmaq mümkün olmur.
Hiss
əvi həqiqi cift bitişməsi zamanı uşaqlıq yığılmaları başlayan kimi intensiv qanaxmalar başlayır (şəkil:16-8).
Ayrılmış ciftin qovulmasının pozulması, uşaqlığın yığılma qabiliyyətinin pozulması ilə əlaqədardır. Uşaqlığın qeyri-bərabər yığılmaları 
zamanı cift boru bucağında, aşağı seqmentdə boğula bilər. Çox vaxt bu patologiyanın səbəbi yatrogen faktorlar (göbək ciyəsinin 
vaxtından tez dartılma-sı, cift ayrılmamış onun sıxılması) olur.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin