TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə115/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   111   112   113   114   115   116   117   118   ...   141
DƏRSLİK

Gecikmiş zahılıq qanaxmaları
Doğuşdan bir sutka sonrkı 6 həftə müddətində baş verən qanaxmalar 
gecikmiş zahılıq qanaxmaları 
adlanır. Belə qanaxmalar ən çox 5-15-ci günlərdə 
rast gəlir.
Gecikmiş zahılıq qanaxmalarının əsas səbəbləri uşaqlığın subinvolyusiyası, uşaqlıq boşlu-ğunda cift və döl qişası hissələrinin qalması, zahılıq 
endometriti, doğum yolu travmaları ilə en-dometriumun funksiya pozğunluqları və s.–dir.
Hər 1000 doğan qadının 5-də küretaj aparılır. Bunların təxminən yarısında küretaj, uşaqlıqda cift hissəsi qalması nəticəsində yaranan plasentar poliplər 
səbəbindəndir.
Bəzən zahılıq dövrünün sonuna yaxın şıddətli qanaxma müşahidə edilir. Bunun səbəbi ovul-yasıyanın olmaması və estragenlərin çoxluğudur. Bu 
qanaxmalar disfunksional (anovulyator) uşaq-lıq qanaxmaları adlanır.
Qanaxma uşaqlıqda cift tikəsi qalması hesabına baş verirsə, təcrübəli həkim tərəfindən uşaq-lıq küretaj olunmalıdır.
İnfeksiya olduğu halda əsas diqqət zahılıq infeksiyalarının müalicəsinə yönəlir. Əsas xəstə-liyin sağalması qanaxmanın dayanmasına səbəb 
olacaq. 

 


Hamiləlik zamanı hipertenziv vəziyyətlər
Hamilə qadınların təxminən 5-10% də hipertenziv vəziyyətlər müşahidə edilir. Hipertenziv vəziyyətlər hamiləliyin gedişini ağırlaşdırır, ana ölümünə 
səbəb olur. UST təşkilatının araşdır-mala-rına görə hər il hamilə qadınların 16%-i bu patologiyadan dünyasını dəyişir.
Təsnifat. 
Hamiləlik zamanı yaranan hipertenziv vəziyyətlərə – hestasion hipertenziya, preek-lampsiya, eklampsiya, xroniki hipertenziya (essensial və 
ya ikincili-böyrək, endokrin və ya digər etiologiyalı) aiddir.
Etiologiya. 
Hamiləlik zamanı hipertenziv vəziyyətlərin yaranma səbəbi tam aydınlaşdırılma-yıb. Ancaq bir çox fərziyyələr var. Bu fərziyyələrə görə 
bu patologiyanın yaranmasında aşağı-dakı faktorlar rol oynayır.
1.Trofoblastların anormal invaziyası.
2.Ana, cift və döl toxumaları arasında immunoloji uyğunsuzluq.
3.Hamiləlik zamanı qadın orqanizmində baş verən kardiovaskulyar və başqa dəyişikliklərə qarşı ana orqanizmində baş verən dəyişikliklər.
4.Genetik faktorlar.
Son zamanıar belə güman olunur ki, normal implantasiya zamanı dölün trofoblast heceyrələ-rinin bir hissəsi uşaqlığın spiral arteriyalarını əhatə edir, 
bir hissəsi damarların divarına keçir. Preek-lampsiya zamanı trofoblastların anormal invaziyası nəticəsində spiral arteriyalar daralır (damar di-
varlarının eksudasiyası, miometral heceyrələrin proliferasiyaya uğraması və medial nekroz), plasen-tar qan axını azalır (şəkil: 9-2).
İmmunoloji faktorlar-ciftdə və döldə olan antigenlərə qarşı anada immun reaksiya yaranır. Ana qanında leykositlərin aktivləşməsi endotelial 
hüceyrələrin funksiyasının pozulmasına səbəb olur. Bir çox sitokinlər (TN Fα, İL) reaktiv oksigen və oksigen radikallarının əmələ gəlməsinə, bu da 
lipid perioksidlərinin çoxalmasına gətirib çıxarır. Bu endotel hüceyrələrinin zədələnməsinə, pros-toqlandinlərin tarazlığının pozulmasına, azot 
birləşmələrinin dəyişikliyə uğramasına səbəb olur. Nə-ticədə, trombositopeniya, mikrosirkulyar koaqulyasiyanın aktivləşməsi, ödem, proteinuriya 
meyda-na çıxır. Bundan başqa aparılan müşahidələr göstərmişdir ki, antioksidant təsirə malik olan meyvə və tərəvəzdən az istifadə edən hamilələrdə 
preeklampsiya iki dəfə artıq olur. 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin