TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə101/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   97   98   99   100   101   102   103   104   ...   141
DƏRSLİK

Diaqnoz. 
Hamil
əliyin sonu və doğuşun birinci dövründə olan bütün qanaxmalar cift gəlişinə şübhə yaradır. Ağrısız və qəflətən başlayan 
qanaxma ad
ətən bu patologiyadan xəbər verir. Normal çanaqlarda döl başının yüksəkdə durması da cift gəlişlərinin əlamətidir. Diaqnoz 
anamnez
ə, klinik əlamətlərə, yardımçı müayinələrin nəticələrinə əsasən qoyulur. Mamalıq təcrübəsində USM-nin geniş tətbiqi cift 
g
əlişlərinin diaqnostikasını daha da asanlaşdırır (98-99%). Bundan başqa doppleroqrafiya (xüs, rəngli doppleroqrafiya), vezoqrafiya 
(sidik kis
əsinə rəngli maddə yeridilir və rentgenoqrafiya aparılır) və s, müayinə metodlarından istifadə olunur. Uşaqlıq yolu müayinəsi ilə 
diaqnoz t
əsdiqlənir (həkim tərəfindən stasionarda aparılır). Müayinə çox ehtiyyatla və aseptika qaydalarına ciddi riayət etməklə 
aparılmalıdir: uşaqlıq boynu dəliyinin kənarlarına toxunmaq olmaz. Bu zaman ciftin ayrılması və qanaxma daha da güclənir.
Uşaqlıq yolu müayinəsində (uşaqlıq boynu dəliyi 4-6 sm açıq olduqda) döl qişaları və ciftin dar hissəsi əllənirsə, bu kənar, bütün sahə cift 
toxumsı az yerdə döl qişaları əllənərsə yan, ancaq cift toxuması əllənərsə mərkəzi cift gəlişidir.
Proqnoz
. Hamil
əliyn müddətinə, cift gəlişinin növünə və kilnik əlamətlərə görə proqnoz müəyyənləşdirilir. Qanaxma nə qədər erkən 
başlasa və tez-tez təkrarlansa mərkəzi cift gəlişi ehtimalı bir o qədər böyükdür. 35-40% hallarda hamiləliyin erkən pozulması baş verir. Cift 
g
əlişlərində çox vaxt cərrahi müdaxiləyə əl atılır.
Ciftin boyunda v
ə ya boyunönündə yerləşməsi daha təhlükəlidir: adətən hamiləlik erkən vaxtlarda pozulur və güclü qanaxma ilə müşayət 
olunur. Bel
ə hallarda bütün diqqət ananın həyatını xilas etməyə yönəlməlidir. Cift gəlişləri infeksion xəstəliklərin inkişafına səbəb olur. 
Cift ayrılan yerdə qırılmış qan damarları uşaqlıq yolundan qalxan mikrobların inkişafı üçün yaxşı qidalı mühitdir. Qanitirmə nəticəsində 
orqanizmin müdafi
ə qabiliyyəti də zəiflədiyi üçün infeksiyanın inkişafı üçün əlverişli şərait yaranır.
Dölün qanitirm
əsi zamanı döl həyatı üçün təhlükə yaranır. Ciftin kənarında yerləşən və döl qişalarından keçən göbək damarlarının 
qırılması, movcud əlavə cift paycığının damarlarının qırılması döl həyatı üçün daha böyük təhlükədir.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin