16
reanimasiya aparan tibb işçisi işlədiyi xəstəxana və ya tibb müəssisəsində olan bu məqsədlər üçün nəzərdə tutulmuş
uyğun avadanlığın istifadəsinə (o cümlədən, müxtəlif növ maskalar) dair müvafiq bacarıqlara malik olmalıdır.
Ventilyasiyaya başlamazdan əvvəl reanimasiya aparan tibb işçisi maskanın işlək vəziyyətdə olduğuna, o cümlədən kisənin
sıxılmasında havanın maska ilə hərəkət etdiyinə, oksigenin bütün sistem boyu axmasına və oksigenin axın sürətinin
dəqiqədə 5 L qoyulduğuna əmin olmalıdır. Anesteziya üçün istifadə edilən kisələr həmin konsentrasiyanı avtomatik təmin
edir, lakin özüdolan oksigen kisələrinə bu məqsədlə rezervuar əlavə edilməlidir. Bütün növ kisələrin və ya oksigen ötürən
sistemlərin təhlükəsizlik xüsusiyyəti ondan ibarət olmalıdır ki, ventilyasiya zamanı yaranan təzyiqin həcmini nəzarət etmək
mümkün olsun. Anesteziya kisələri normada xüsusi manometrlə (təzyiq ölçən cihazla) təchiz olunub. Özüdolan kisələr isə
təzyiq 30-40 sm H2O çatdıqda avtomatik açılan klapanlarla təchiz edilib.
Körpənin ventilyasiyasını apararkən əksər həkimlər qeyri-dominant əldən maskanı körpənin üzündə kip saxlamaq üçün
istifadə edir. Dominant əl isə kisənin sıxılması (kompressiyası) üçün istifadə olunur. Adətən, reanimasiya aparan tibb işçisi
körpənin başı üstündə dayanır, lakin körpənin döş qəfəsinin ekskursiyasının (hərəkət etməsinin) aydın göründüyü istənilən
yer bu məqsəd üçün seçilə bilər. Körpənin üzündə maskanı saxlayan əllə tibb işçisi həm maskanın hermetikliyini, həm də
körpənin başına nəzarət etməklə tənəffüs yollarının keçiriciyilini tənzimləyə bilər. Oksigen kisəsi tibb işçisinin bütöv əli ilə
yox, barmaq ucları ilə sıxılmalıdır. Vaxtında doğulmuş körpənin ağciyərlərinin tənəffüs həcmi cəmi 20-30 ml-dir. Buna görə
də körpənin ağciyərlərinin effektiv ventilyasiyasını oksigen kisəsinin minimal sıxılması ilə əldə etmək mümkündür. Hazırda
qüvvədə olan tövsiyələrə əsasən ilk süni tənəffüs 20 sm H2O təzyiqi ilə verilməlidir. Ventilyasiya zamanı körpənin ürək
döyüntülərinin sayının artması, oksigen saturasiyasının yüksəlməsi və ikitərəfli tənəffüs küylərinin auskultasiyası
ventilyasiyanın düzgün aparıldığını göstərir. Lakin ventilyasiya zamanı təzyiqin bəzən 30-40 sm H2O səviyyəsinədək
qaldırılması tələb oluna bilər.
Ventilyasiya dəqiqədə 40-60 tənəffüsün verilməsini təmin etməlidir. Hər 30 saniyədən bir reanimasiya komandasının digər
üzvü körpənin ilkin olaraq ürək döyüntülərinin sayı və sonra tənəffüs küylərini yoxlayır və bu barədə məlumat verir. Ürək
döyüntülərinin sayının artması effektiv ventilyasiyanın başlıca göstəricisidir. Digər göstəricilərə dəri örtüklərinin rənginin
yaxşılaşması, spontan tənəffüs və əzələ tonusunun yaxşılaşması daxil edilir. Spontan tənəffüs qeydə alındıqda və ürək
döyüntülərinin sayı dəqiqədə 100-dən çox olduqda, müsbət təzyiqli ventilyasiya tədricən azaldılır və dayandırılır. Uzun
müddət davam edən PTV zamanı və ya ondan sonra təzyiq altında verilən havanın mədəyə də daxil olması səbəbindən
mədənin gərilməsini azaltmaq üçün mədəyə oro- və ya nazoqastrik zondun (8F diametri olan mədə zondu) yerləşdirilməsi
tələb oluna bilər.
QEYD
:
Bir çox tibb cəmiyyətləri tərəfindən əlavə oksigen alan köprələrdə SpO2-nin pulsoksimetrlə monitorinqi ilə yanaşı,
hər 8-12 saatdan bir arterial qan qazlarının əldə edilməsi və arteriya qanının oksigenlə saturasiyasının təyin edilməsini
tövsiyə edir. Ümumiyyətlə, vaxtında doğulmuş körpələrdə pulsoksiemtrlə SpO2-nin hədəf səviyyəsi 89-95% götürülür.
Yenidoğulmuşda SpO2 89%-dən aşağı düşərsə və ya 95%-dən yuxarı qalxarsa, pulsoksimetr həyəcan siqnalı çalır.
Dostları ilə paylaş: