YENİDOĞULMUŞUN İLKİN STABİLLƏŞDİRİLMƏSİ VƏ MÜAYİNƏSİ Reanimasiya həmişə yenidoğulmuşun ümumi sürətli müayinəsindən başlayır. Müayinə zamanı yenidoğulmuşun vaxtında
doğulub-doğulmadığı, tənəffüsü və ya ağlaması və normal əzələ tonusuna malik olub-olmadığı qısa zamanda təyin edilir.
Reanimasiyanın aparılmasına ehtiyacın müəyyən edilməsində Apqar şkalası istifadə edilmir. Tənəffüs çatışmazlığı olan
yenidoğulmuşun reanimasiyası 30 saniyə ərzində başlanmalıdır. Apqar şkalası üzrə yenidoğulmuşun vəziyyəti isə
doğuşdan 1 dəqiqə sonra qiymətləndirilir. Beləliklə, Apqar şkalası reanimasiyaya olan ehtiyacı dəyərləndirmək üçün
faydasızdır, çünki reanimasiya üçün ilkin müayinə doğuşdan dərhal sonra aparılır.
Yenidoğulmuşun sürətli müayinəsi Yenidoğulmuşun kritik vəziyyətinə cavab olaraq spesifik və müvafiq ardıcıllıqla sürətlə aparılan tədbirlər kompleksi
reanimasiya adlanır. Bütün yenidoğulmuş körpələr qurulanmalı və isidilməlidirlər, habelə obstruksiya olunmuş tənəffüs
yollarının açılması məqsədilə aspirasiya (tənəffüs yollarının sovurması) tətbiq edilməlidir (Şəkil 1). Tələb olunduqda taktil
stimulyasiya da aparılmalıdır. Vaxtında doğulmuş və sərbəst nəfəs alan və ya ağlayan, habelə yaxşı əzələ tonusuna malik
körpələr yuxarıdakı tədbirlər aparılarkən anasının qucağında qala bilərlər. Mekoniuma bulaşmış, lakin aktiv olan körpə də
həmin tədbirlərin tətbiqi zamanı anasının qucağında ola bilər. Lakin mekoniuma bulaşmış və ağır və ya kritik vəziyyətdə
olan körpəyə qayğı fərqlidir və növbəti bölmələrdə detallı təsvir edilib.
Vaxtından əvvəl doğulmuş körpələrdə göbək ciyəsinin (lat. Funniculus umbilicalis) daha gec sıxılmasının (doğuşdan 1-3
dəqiqə sonra ciftin səviyyəsində və ya ondan aşağıda aparılır) faydası klinik tədqiqatlarla təsdiqlənib. Göbək ciyəsinin gec
sıxılması körpələrdə baş beyinin mədəcikdaxili (interventricular) qanaxmasının və anemiyanın əhəmiyyətli dərəcədə
azaldılmasına (intraventricular) xidmət edir. Lakin vaxtında doğulmuş körpələrdə göbək ciyəsinin daha gec sıxılmasının
14
(doğuşdan 1-3 dəqiqə sonra) faydası təsdiqini tapmayıb və bu sahədə tədqiqatlar davam etdirilir. Buna baxmayaraq,
vaxtında doğulmuş körpələrdə də göbək ciyəsi gec sıxıla bilər.