TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi


Damardaxili həcmin bərpası üçün məhlullar



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə33/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   29   30   31   32   33   34   35   36   ...   141
DƏRSLİK

 
Damardaxili həcmin bərpası üçün məhlullar 
Damardaxili maye həcminin bərpası əsasən qan itkisi baş verdikdə və ya yenidoğulmuş klinik baxımdan hipovolemik 
olduqda istifadə edilir. Hipovolemiya olmadıqda maye infuziyasının aparılması körpənin artıq maye ilə yüklənməsinə səbəb 
ola bilər. Yenidoğulmuşlarda üstünlük izotonik kristalloid məhlullara, məsələn normal fizioloji məhlul (0.9%-lı NaCl) və ya 
Ringer laktata verilir. Dölün ağır anemiyası hallarında anemiyanın korreksiyası üçün I(0) Rh- qanın köçürülməsi tələb oluna 
bilər.
Damardaxili həcmin bərpası 10 ml/kq dozada venadaxili infuziya aparılır. Həmin həcm 5-10 dəqiqə ərzində çox yavaş 
yeridilir. Maye infuziyasının sürətlə aparılması yenidoğulmuşlarda intraventrikulyar qanaxmaya səbəb ola bilər.
Nalokson 
Respirator çatışmazlığı olan yenidoğulmuşların reanimasiyasında ilk addım kimi naloksonun (Narkan) verilməsi daha 
tövsiyə edilmir. Respirator çatışmazlığın ilkin müalicəsi müsbət təzyiqli ventilyasiyadır. Hətta doğuşdan ən azı 4 saat əvvəl 
narkotik preparatlar almış anadan doğulmuş və respirator çatışmazlığı olan körpələrdə tənəffüsün bərpası üçün ilk addım 
kimi müsbət təzyiqli ventilyasiya istifadə edilir. Əgər müsbət təzyiqli ventilyasiyaya baxmayaraq respirator çatışmazlıq 
davam edirsə, o zaman naloksonun verilməsi nəzərdən keçirilə bilər.
Narkotik preparatlardan asıllığı olan analardan doğulmuş körpələrə nalokson verilməməlidir. Belə ki, bu körpələrdə 
naloksonun verilməsi qıcolmalara səbəb ola bilər. 
 
REANİMASİYANIN DAYANDIRILMASI VƏ YA BAŞLANMAMASI 
Ağır anadangəlmə qüsurları olan və ya həddən çox vaxtından əvvəl doğulmuş körpələrdə reanimasiyanın 
başlanmamasına qərar vermək etik baxımdan mürəkkəb məsələdir və həkimlərin qərar verməsini çətinləşdirir.
Aşağıdakı hallarda reanimasiya tədbirlərinə başlanılmır:

hestasiya yaşı 23 həftədən aşağı və ya doğularkən çəkisi 400 qramdan az olan körpələrdə,

anensefaliya ilə doğulan uşaqlarda,

13 və 18-ci cüt xromosomların trisomiyası (Patau və Edvards sindromu) prenatal aşkar olunubsa,

həyatla bir araya sığmayan çoxsaylı inkişaf qüsurları müəyyən olunan körpələrdə,

həyat əlamətləri yoxdur və dəri örtüklərinin maserasiyası varsa. 
Əgər uşaq doğularkən həyat əlamətləri yoxdur, lakin hələ doğuşun ikinci dövründə döldə ürək döyüntüləri eşidilibsə, ola 
bilər ki, ölüm doğulmadan əvvəl baş verib. Ona görə də belə yenidoğulmuşda tam həcmdə reanimasiya tədbirlərinə 
başlamaq vacibdir. Yenidoğulmuşun sağ qalma ehtimalı sual altında və ümumi proqnozu qeyri- müəyyəndirsə, körpənin 
çəkəcəyi əzab-əziyyətin ağır olacağı gözlənilirsə, reanimasiya tədbirlərinin başlanıb-başlanmamasına dair valideynlərin 
istəyi nəzərə alınmalıdır. Bu cür yanaşma, həmçinin, hestasiyanın 23-24-cü həftələrində doğulmuş və sağ qalma 
mümkünlüyü aşağı olan körpələrə da şamil edilə bilər. 
10 dəqiqə ərzində tam həcmli və adekvat reanimasiyanın 
aparılmasına baxmayaraq körpədə ürək döyüntüləri və tənəffüs qeyd edilmirsə, o zaman reanimasiya tədbirlərinə xitam 
verilə bilər. Belə ki, 10 dədiqə davam edən asistoliyadan sonra körpənin sağ qalması ehtimalı çox aşağı olur və ya ağır 
dərəcəli əlilliklə müşayiət olunur. Ümumiyyətlə, reanimasiya tədbirlərinin başlanması, aparılması və ya onların 
dayandırılması məsələləri körpənin doğulmasından əvvəl valideynlərlə müzakirə edilməlidir. Lakin vurğulanmalıdır ki, 
körpənin qayğısına dair qərarlar doğuşdan sonra dəyişə bilər.

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin