20
polietilen plastik (qida məhsullarının bükülməsinə yararlı) materialla bükülməlidir. Plastik materiala bükülmüş körpənin
bədən temperaturu
tez-tez ölçülməlidir ki, həddən artıq isitmə baş verməsin. Bədən temperaturu ideal olaraq 36.5C
olmalıdır.
Hestasiya yaşı 36 həftədən çox olan hipoksik-işemik ensefalopatiyası olan körpələrdə doğuşdan sonra 6 saat ərzində təyin
edilmiş terapevtik hipotermiya ölüm və sağ qalmış körpələr arasında əlillik riskini azaltmış olur.
Körpənin daşınması zamanı qəbul edən tibb müəssisəsi ilə əvvəlcədən əlaqənin yaradılması və ilkin məlumatın ötürülməsi
qayğının sürətli və effektiv təmin olunmasına xidmət edir.
QEYD
:
Dəri örtüklərinin maserasiyası steril mühitdə (ana bətnində) və autolitik fermentlərin təsiri altında baş verir. Dəri
örtüklərinin maserasiyası dərəcəsi dölün doğuşadək baş vermiş ölüm vaxtından asılıdır.
XÜLASƏ
Az sayda körpənin reanimasiya tədbirlərinə ehtiyac duyacağına baxmayaraq, tibb işçilərinin daim hazırlıq
vəziyyətində
olması və müntəzəm olaraq praktik məşğələlərdə iştirak etməsi vacibdir. Reanimasiyaya ehtiyacı olan körpələrin çoxunu
doğuşdan əvvəl təyin etmək mümkün olmur, çünki onlarda hər hansı risk faktorları müəyyən edilmir.
Müsbət təzyiqli
ventilyasiya əksər körpələrin reanimasiyası üçün yetərlidir. Oksimetriya (əlçatandırsa) reanimasiya zamanı oksigenin
verilməsini tənzimləməyə və artıq oksigenin verilməsilə bağlı toksikliyin qarşısını almağa yardım göstərə bilər. Döş
qəfəsinin kompressiyaları və dərmanların istifadəsi çox az sayda körpənin reanimasiyasında tələb olunur.
Adrenalin
venadaxili yeridildikdə daha effektivdir. Nalokson isə yalnız müsbət təzyiqli ventilyasiya müsbət nəticə vermədikdə,
respirator çatışmazlığı olan və yaxınlarda narkotik preparatların təsirinə məruz qalmış körpələrə verilə bilər. Lakin narkotik
preparatların xronik təsirinə (uzun müddətli) məruz qalan körpələrə naloksonun verilməsi məqsədəuyğun deyildir. Tənəffüs
yollarının mekoniumdan təmizlənməsi məqsədilə intubasiya yalnız doğuşdan sonra qeyri-aktiv
olan körpələrdə tətbiq
edilir.
Dostları ilə paylaş: