TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə42/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   38   39   40   41   42   43   44   45   ...   141
DƏRSLİK

C.
 
DÖŞ QƏFƏSİNİN KOMPRESSİYASININ APARILMA TEXNİKASI 
Huşunu itirirmiş (qıcıqlara cavab verməyən) və nəbzi 5–10 saniyə ərzində aydın təyin edilməyən zərərçəkənə lazımsız 
edilən döş qəfəsinin kompressiyası nisbətən az ziyanlıdır, nəinki gecikdirilmiş kompressiya. 
Döş qəfəsinin kompressiyasını apararkən ürək döş sümüyü ilə onurğa arasında sıxılıb 
qanı damarlara qovur və ürək (döş qəfəsi) nasosu işə düşür. 
Ürək (döş qəfəsi) nasosu qanı venalardan sorub yenidən ürəyə daxil olmasına imkan verir 
və kompressiyalar zamanı qan dövranı bərpa olunur. Hər kompressiya- dan sonra döş 
qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verin. 
Döş qəfəsi tam yerinə qayıtmasa ürək nasosunun sorma qabiliyyəti azalır və qan dövranı zəif 
bərpa olunur. 
Döş qəfəsinin kompressiya və dekompressiya vaxtları təqribən bərabər olmalıdır. 
Döş qəfəsinə göstərilən təzyiqin dərinliyi: 
körpələrdə 
təqribən 4 sm; 
uşaqlarda azı 
5 sm; 
böyüklərdə 
isə 5 sm-dən artıq, 6 sm-dən çox olmamaq şərti ilə. 
A.
 
Böyüklərdə döş qəfəsinin kompressiyasının aparılma texnikası 
Böyüklərdə döş qəfəsinin kompressiyası iki əllə aparılır. Əllər döşün mərkəzinə döş sümüyünün aşağı hissə- sinə 
qoyulur. Bu yerin tez müəyyən edilməsinə çalışın. Bu mümkün olmadıqda, aşağı ətrafa yaxın əlin iki barmağı- nı xəncərəbənzər 
çıxıntının üzərinə, digər ovcun proksimal (biləyə yaxın) hissəsini isə şəkildə göstərilən qaydada döş sümüyünün aşağı hissəsinə 
qoyun. 
1.
Əllərin döş sümüyünün üzərinə qoyulmasının 2 üsulu: 
» 
I üsul: 
bir əl digər əlin üzərinə qoyularaq barmaqlar qıfıl şəklində bir-birinə keçirilir və döş sümüyünün aşağı hissəsinə 
qoyulur. Aşağıdakı əlin barmaqları yuxarıya, “cənnətə” baxmalıdır; 
» 
II üsul: 
bir əl digər əlin biləyindən yapışaraq döş sümüyünün aşağı hissəsinə qoyulur. 
Aşağıdakı əlin barmaqları yuxarıya, “cənnətə” baxmalıdır. 
2.
Qollar dirsək oynağından tam açılmalıdır (dirsək oynağı bükülməməlidir). 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin