3. Döş qəfəsinin kompressiyası fasiləsiz rejimdə sərt və tez-tez, dəqiqədə 100–120 arası tezliklə olmalıdır
. 4.
Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbir dərinliyinə qədər sıxılmalı (böyüklərdə 5 sm-dən
artıq, 6 sm-dən çox olmamaq şərti ilə) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən
genişlənməsinə (tam yerinə qayıtmasına) imkan verilməlidir.
5.
Hər 30 kompressiya etdikdən sonra zərərçəkənin tənəffüs yollarını açıb 2 ardıcıl uğurlu (döş qəfəsini qaldı- ran) süni
tənəffüs verin. Hər nəfəsvermə 1 saniyədən artıq olmalıdır.
6.
Böyüklərə yardım göstərənlər tək, iki nəfər və daha çox olduqda da ÜAR 30:2 nisbətində aparılır.
7.
30 kompressiyanı təxminən 18 saniyə və ondan az müddətdə etmək lazımdır. Kompressiyaları ucadan sayın. Döş
qəfəsinin kompressiyasını edən xilasedici döş qəfəsinə etdiyi təzyiqləri ucadan saymalıdır ki, digər xilasedici süni
tənəffüsün başlama vaxtını bilsin.
-
Döş qəfəsinin sıxılma ritmi “ƏSGƏR” sözünün dəfələrlə təkrarına uyğundur. Üç dəfə döş qəfəsini sıxaraq “ƏSGƏR”
sözünü təkrarlayıb ritmi tutun və sayla 4, 5, 6 ... davam edin. 30 kompressiyadan sonra 2 ardıcıl uğurlu süni tənəffüs
verin.
8.
Döş qəfəsi kompressiyalarını edərkən kompressiyaların arasındakı hər hansı bir fasilə 10 saniyədən artıq olmamalıdır və
tənəffüs vermək üçün fasiləyə ehtiyac yoxdur.
9.
Kompressiyanın tənəffüsə 30:2 və 15:2 nisbəti bir dövr hesab edilir.
10.
Hər 5 dövrdən (2 dəqiqədən) bir nəbzi yoxlayın. Nəbz aydın təyin edildikdə, təcili tibbi yardım briqadası gələnə qədər,
tənəffüs yollarını açıb yalnız hər 5–6 saniyədən bir 1 uğurlu (döş qəfəsini qaldıran) nəfəs verin (dəqiqədə 10–12 nəfəs).
11.
Hər bir elektroşokdan (cərəyandan) qabaq və dərhal sonra, döş qəfəsinin kompressiyası əsas olmaq şərti ilə, ÜAR-ı təcili
yenidən başlamaq lazımdır. Nəbzi və ritmi yoxlamağa vaxt sərf etməyin.
12.
Hər 5 dövrdən (2 dəqiqədən) bir, yardım göstərənlər iki nəfər və çox olduqda yerlərini dəyişmədən, uzağı 5 saniyə
ərzində funksiyalarını dəyişməlidir. Bunu defibrilyator analiz etdiyi müddətdə etmək olar.