B. Bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlarda döş qəfəsinin kompressiyasının aparılma texnikası Uşaqların, o cümlədən yenidoğulmuşların ürəyinin və beyninin lazımi miqdarda oksigenlə təmin edilməsi üçün döş
qəfəsinin fasiləsiz rejimdə kompressiyası (sıxılması) mütləq ağciyərlərin süni ventilyasiyası ilə sinxron şəkildə (eyni zamanda)
aparılmalı və ikinci şəxs tərəfindən həyata keçirilməlidir.
Çox kiçik uşaqlarda döş qəfəsinin kompressiyası bir ovcun proksimal (biləyə yaxın) hissəsi ilə, bir az böyük uşaqlarda
iki əllə aparılır. Əlin biləyə yaxın hissəsi döş sümüyünün aşağı yarısı üzərinə qoyulur.
1. Döş qəfəsinin kompressiyası fasiləsiz rejimdə, sərt və tez-tez, dəqiqədə 100–120 arası tezliklə aparılmalıdır
. 2.
Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (uşaqlarda azı 5 sm.)
və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənmə- sinə (tam yerinə qayıtmasına)
imkan
verilməlidir.
3. Xilasedici tək olduqda ÜAR bütün yaşlarda, yenidoğulmuşlar istisna olmaqla, 30:2
nisbətində aparmalıdır (30 kompressiya və 2 uğurlu döş qəfəsini qaldıran nəfəs).
-
Xilasedicilər iki nəfər və çox olduqda ÜAR uşaqlarda 15:2 nisbətində aparılır (15
kompressiya və 2 uğurlu döş qəfəsini qaldıran nəfəs). Hətta intubasiya edildikdən
sonra ÜAR 15:2 nisbətində davam etdirilməlidir.
4.
Döş qəfəsinin 15 kompressiyasını təxminən 9 saniyə və ondan az müddətdə etmək lazımdır.
Üç dəfə döş qəfəsini sıxaraq “ƏSGƏR” sözünü təkrarlayıb, ritmi tutun və sayla 4, 5, 6 ... davam edin. 15
kompressiyadan sonra 2 ardıcıl uğurlu süni tənəffüs verin.
5.
Kompressiyanın tənəffüsə nisbəti (30:2 və 15:2) bir dövr hesab edilir.
C. Körpələrdə döş qəfəsinin kompressiyasının aparılma texnikası Tədbirlər bir yaşla cinsi yetkinlik yaşı arasında olan uşaqlardakı kimi aparılır.
1.
Kompressiya olunacaq yer
– iki döş giləsi arasındakı xətdən 1 barmaq eni qədər aşağıdadır (bax şəkilə).
2.
Kompressiya etdikdə döş sümüyünün xəncərəbənzər çıxıntısına təzyiq etməyin.
3.
Hər kompressiyada döş qəfəsi azı döş qəfəsinin hündürlüyünün üçdəbiri dərinliyinə qədər sıxılmalı (körpə- lərdə
təqribən 4 sm) və hər kompressiyadan sonra döş qəfəsindən əli çəkmədən onun yenidən genişlənməsi- nə (tam yerinə
qayıtmasına) imkan verilməlidir.
4.
Başı stabil saxlayın.
5.
Xilasedicilər iki nəfər və çox olduqda “Döş qəfəsini əhatə etmə texnikası” – hər iki əlin baş barmağı ilə olu- nan
kompressiya. Xilasedici bir yaşadək uşaqlarda döş qəfəsini əlləri ilə tam əhatə etdiyindən kompressi- yaların dərinliyini və
göstərilən təzyiqi tənzimləyə bilir.
Bu üsul seçim üsuludur. Bu üsulla kompressiya etdikdə damarlarda daha yük- sək
sistolik qan təzyiqi yaranır və qan dövranı daha yaxşı bərpa olunur:
-
hər iki əlin 4 barmağı onurğanı təsbit etmək üçün kürək altına salınır;
-
uşağın döş qəfəsi əllərlə tam əhatə olunur və döş sümüyünə ritmik basılır;
-
kompressiya olunacaq yerə baş barmaqların ucları yanbayan, çox kiçik körpələr- də isə,
üst-
üstə qoyulur.
6.
Xilasedici tək olduqda döş qəfəsinin kompressiyası bir əlin iki barmağı (orta-adsız və ya orta-şəhadət ) ilə aparılır.
Bu üsuldan iri bədənli uşaqlarda, xilasedicinin barmaqları qısa olduqda, tək yardım
göstərildikdə və ya göbək venasına inyeksiya etmək üçün üçüncü xilas- edici cəlb
edildikdə istifadə olunur:
» orta-
adsız və ya orta-şəhadət barmağın ucları sıxılma nöqtəsində saxlanılır;
» ikinci əllə onurğa hərəkətsiz saxlanılır (təsbit edilir);
» döş sümüyünə yalnız şaquli istiqamətdə ritmik təzyiq edilir.
* Körpələrdə (yenidoğulmuşla bir yaş arasında olan uşaq) nəbz 5–10 saniyə ərzində aydın təyin edilmirsə və ya dəqiqədə
60-
dan az olduqda ürək-ağciyər reanimasiyasını (ÜAR) 30:2 nisbətində başlayın. İkinci xilasedici gələrsə ÜAR-ı 15:2
nisbətində davam edin.