TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə47/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   43   44   45   46   47   48   49   50   ...   141
DƏRSLİK

C. 
Personal 
Hər bir doğuşda yenidogulmuşların reanimasiyasını tam həcmdə bacaran heç olmasa bir şəxs – reanimasiya tədbirlərinin 
rəhbəri iştirak etməlidir. 


29 
D. 
Sənədləşdirmə 
Aparılan reanimasiya dəqiq sənədləşdirilməlidir: 

yenidoğulmuş uşağın inkişaf tarixində; 

Yenidoğulmuş uşağın reanimasiyası protokolunda (ağciyərlərin köməkçi ventilyasiyası aparılan andan) (Əlavə №2-yə 
bax) 
Uşağın reanimasiyası doğulduqdan dərhal sonra, vəziyyətinin Apqar şkalası ilə birinci dəfə qiymətləndirilməsini gözləmədən 
başlanmalıdır. Reanimasiya tədbirlərinin başlanması, həcmi və ardıcıllığı üçün əsas meyar: 
► 
tənəffüs 
► 
ürəkdöyünməsi 
► 
dəri örtüklərinin rəngi 
Reanimasiyanın həcmi və vacibliyi haqqında qərar qəbul edilərkən, Apqar şkalası ilə qiymətləndirmə istifadə oluna bilməz. 
Apqar şkalası daha çox doğulmuş uşağın ümumi vəziyyətinin və aparılan reanimasiyanın effektliliyinin göstəricisidir. 
Aparılan reanimasiya tədbirlərinin həcmindən asılı olmayaraq, hərəkətlərin dəqiq ardıcıllığına riayət etmək lazımdır: 
► 
uşağın ümumi vəziyyətini qiymətləndirmək 
► 
qərar qəbul etmək 
► 
tədbirlərə başlamaq 
Bu tədbirlərin ardıcıllığı bir dövr təşkil edir: 
Hər dövrə 30 saniyə vaxt ayrılır, sonra yeni dövr başlanır. 
Doğulduqdan dərhal sonra Apqar-taymerin işə salınma vaxtı qeyd edilməli və yenidoğulmuşun vəziyyəti qiymətləndirilməlidir: 

uşaq vaxtında doğulub 

nəfəs alır və ya ağlayır 

əzələ tonusunun vəziyyəti 
Əgər dölyanı sular təmizdirsə, uşaq vaxtında doğulubsa, nəfəs alır və ya ağlayırsa, onun yaxşı əzələ tonusu varsa, ona adi 
qulluq lazımdır. 
REANİMASİYANIN İLK ADDIMLARI 
Aktivlik, müntəzəm tənəffüs olmadıqda və ya mərkəzi sianoz olduqda: 

uşaq isti əskidə isidilmiş reanimasiya stolunun üzərinə qoyulur; 

isti əski ilə qurulanır və sonra əski dərhal qurusu ilə dəyişdirilir, başına papaq geyindirilir; 

hestasiya yaşının 28 həftəsinə qədər doğulan yarımçıq yenidoğulanları, doğulduqdan dərhal sonra qurulamadan, 
boğaza qədər polietilen kisəyə salmaq və şüalandırıcı istilik mənbəyinin altına qoymaq lazımdır 

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin