TəXİRƏsalinmaz tiBBİ yardimin əsaslari, ÜRƏk- ağCİYƏr reanimasiyasi. YeniDOĞulmuşlarin iLKİn reanimasiyasi



Yüklə 7,68 Mb.
Pdf görüntüsü
səhifə27/141
tarix24.10.2023
ölçüsü7,68 Mb.
#161148
1   ...   23   24   25   26   27   28   29   30   ...   141
DƏRSLİK

BƏDƏN TEMPERATURUNA NƏZARƏT 
Ağır klinik vəziyyətdə olan və ya tənəffüs çatışmazlığı olan yenidoğulmuşun reanimasiyası zamanı normotermiyanın təmin 
edilməsi vacibdir. Ətraf mühit temperaturunun aşağı olması uşaqlıqdankənar həyata adaptasiya olunmağa çalışan 
yenidoğulmuşun qan dövranı sistemini artıq stressə salır. Yenidoğulmuşun ehtiyatla qurulanması həmin stressi azalda 
bilər. Qurulama həm də körpənin stimulyasiyasını təmin edir və yüngül dərəcəli tənəffüs çatışmazlığı olan 
yenidoğulmuşlarda spontan tənəffüsün bərpa olunmasına yardım edə bilər. Doğuş zamanı həddən aşağı çəkili 
yenidoğulmuşlarda bədən temperaturunun normada saxlanması üçün əlavə tədbirlərə ehtiyac duyula bilər. Həmin 
tədbirlərə körpənin xüsusi plastik örtüyə bükülməsi və əlavə istilik mənbəyi olan isidilmiş normal fizioloji məhlul şüşə 
qabları, şüalandırıcı istilik cihazı və ya qızdırılmış döşəkdən istifadə daxildir.
Həddən aşağı çəkili yenidoğulmuşlar doğuşdan dərhal sonra və qurulanmadan əvvəl plastik örtüyə bükülməlidir. Bu istiliyin 
itirilməsinin qarşısını maksimal dərəcədə almağa imkan verir. Lakin həmin yenidoğulmuşların bədən temperaturu yaxından 
monitorinq edilməlidir ki, həddən artıq isidilmə baş verməsin. Yenidoğulmuşların isidilməsində məqsəd bədən 
temperaturunun 36.5 C saxlanmasıdır.
Hipoksemiya-
işemiya səbəbindən baş verən beyin zədələnməsi daha da dərinləşdirdiyi üçün hipertermiyaya yol 
verilməməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, hipotermiyanın beyin zədələnməsinin qarşısını aldığı klinik tədqiqatlarda 
göstərilib. Terapevtik hipotermiya hipoksemik-işemik ensefalopatiyası olan bəzi vaxtında və ya vaxtından əvvəl doğulmuş 
körpələrdə istifadə edilə bilər. Lakin terapevtik hipotermiya yalnız ixtisaslaşdırılmış neonatal mərkəzlərdə və reanimasiya 
tədbirləri bitdikdən dərhal sonra aparılmalıdır.
OKSİGEN 
Yenidoğulmuşlara əlavə oksigenin verilməsi faydalı ola bilər. Lakin əlavə oksigenin verilməsi bir sıra risklərlə bağlıdır. 
Oksigen çatışmazlığı toxumaların zədələnməsinə və ya ölümə səbəb ola bilər. Oksigenasiyası aşağı olan ürəyin fəaliyyəti 
az effektlidir. Kapilyar qanda oksigenin saturasiyası (SpO2) 95%-dən aşağı səviyyələrə (89-95%) yaxşı adaptasiya 
olunmuş döl və yenidoğulmuşlarda SpO2-nin bir neçə dəqiqədən çox müddətdə daha yüksək səviyyələrdə saxlanması 
oksigen toksikliyinin inkişafına gətirib çıxara bilər. Vaxtından əvvəl doğulmuş köprələr oksigen toksikliyinə daha 
həssasdırlar. Neonatal Reanimasiya proqramının 2011-ci ildəki nəşrinə əsasən vaxtında doğulmuş köprələrdə müsbət 
təzyiqli ventilyasiyanın otaq havası ilə aparılması (O2 konsentrasiyası 21%) tövsiyə edilir. Vaxtından əvvəl doğulmuş 
körpələrdə isə körpənin doğulma dəqiqəsinə uyğun olan SpO2 səviyyəsi əldə edilənədək əlavə oksigen otaq havası ilə 
qarışdırıla bilər. Yenidoğulmuşların reanimasiyasında 100%-li oksigen yalnız ürəyin qapalı masajı aparıldıqda və ya 
reanimasiya zamanı dərmanların yeridilməsi tələb olunan hallarda istifadə edilir. Müsbət təzyiqli ventilyasiya tətbiq olunan 
bütün hallarda yenidoğulmuşun sağ (pre-duktal) əlində pulsoksimetr ilə SpO2 davamlı monitorinq edilməlidir.
Dəqiqədə 5 l-dən yüksək axın sürəti ilə oksigenin verilməsi onun toxumalara çatdırılmasını daha da yaxşılaşdırmır. Əksinə, 
yüksək sürətlə verilən soyuq hava yenidoğulmuşu termal stressə məruz qoyur.
QEYD: 
Səhiyyə Nazirliyi tərəfindən 2008-ci ildə təsdiq edilmiş “Sağlam yenidoğulmuşa qulluq üzrə Klinik protokol”da 
yenidoğulmuşun normal bədən temperaturunun qoruyub saxlanması üçün aşağıdakı tədbirlərin istifadəsi qeyd edilib: 
“şüalandırıcı istilik mənbəyi (qızdırıcılı stol), yenidoğulmuş uşaq üçün əvvəlcədən qızdırılmış əski dəsti (2 əski, yorğan, 
papaq), ümumi qəbul olunmuş standartlara uyğun bina qızdırıcıları, lazımi təhlükəsizlik tədbirlərinə uyğun qızdırıcı 
vasitələr”

Yüklə 7,68 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin