THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
33
KOSMİK GEODEZİYA MƏLUMATLARI ƏSASINDA ACINOHUR NEFT-QAZ PERSPEKTİVLİ RAYONUNUN GEODİNAMİK ŞƏRAİTİNİN ÖYRƏNİLMƏSİ Məryəm Əfqan qızı Mirzoyeva, Günel Rəfael qızı Sadiqova AMEA Neft v ə Qaz İ nstitutu, AMEA Geologiya v ə Geofizika İ nstitutu Bak ı , Az ə rbaycan meryem-2020@bk.ru, gsadigova@yahoo.com Elmi rəhbər: y.e.f.d. Aynur Zamanova Açar sözlər: geodinamika, deformasiya, GPS monitorinq
Acınohur struktur zonası əvvəllər aparılmış geoloji-axtarış tədqiqatları
nəticəsində perspektivli neft-qaz rayonuna aid edilmişdir. Lakin bu günə kimi
aparılmış tədqiqatlara baxmayaraq rayonun neft-qazlılığına aid bir çox mə-
sələlər öz həllini tapmamışdır. Acınohur çökəkliyinin mürəkkəb quruluşunu
nəzərə alaraq burada axtarış istiqamətlərində yeni metodik yanaşmalara, bu
ərazinin geoloji quruluşuna, karbohidrogenlərin əmələ gəlmə şəraitinə aid
müasir metodlarla əlavə kompleks tədqiqatların həyata keçiriləsinə ehtiyac
var.
Son illərdə Azərbaycanın neft-qaz perspektivli rayonlarının geodinamik
şəraitini qiymətləndirmək üçün kompleks geofiziki tədqiqatlar aparılmışdır
[Azərbaycanın Geologiyası, 2015,214-340]. Yer qabığı deformasiyalarının
tədqiqi üçün GPS monitorinq işləri, Yer səthinin şaquli hərəkətlərinin öyrə-
nilməsi məqsədi ilə yüksək dəqiqlikli nivelirləmə və yüksək dəqiqlikli qravi-
metrik ölçmələr, radiometrik və qamma-spektrometrik tədqiqatları qeyd
etmək olar.
Təqdim olunan tezisdə Acınohur neft-qaz perspektivli rayonunun əra-
zisində Yer qabığı deformasiyalarının tədqiqi məqsəd ilə Gəmiqaya-Acıbulaq
struktur zonasında aparılmış ölçü işlərinin nəticələrindən bəhs olunur. Seçil-
miş profillər üzrə ölçmə nəticələri emal olunmuş və hər bir məntəqə üzrə yer
qabığının üfüqi hərəkət sürətləri hesablanmışdır. İki məntəqə arasındakı de-
formasiyanın orta qiyməti məntəqələrdə üzrə GPS sürətləri əldə olunduqdan
sonra bu məntəqələr arasındakı sürətlər fərqini aralarındakı məsafəyə böl-
məklə hesablanır (Şək.1 a).
Bu qayda ilə Katex-Şəki, Şəki-Qəbələ, Qəbələ-Yevlax, Yevlax-Borsunlu,
Borsunlu Dəllər, Dəllər-Katex və Borsunlu-Şəki GPS məntəqələri arasında
yer qabığı deformasiyalarının orta qiyməti hesablanmışdır. Nəticələr göstərir
ki, Gəmiqaya-Acıbulaq struktur zonasında yer qabığı deformasiyalarının orta
qiyməti şimal-qərbdən cənub-şərqə doğru azalır. Beləki, şimal-qərbdə Dəllər
və Katex GPS məntəqələri arasında deformasiyanın orta qiyməti ~7.1 × 10
-8
/il, cənub-şərqdə Qəbələ-Yevlax GPS məntəqələri arasında isə bu qiymət
~0.5 × 10
-8
/il təşkil edir. Gəmiqaya-Acıbulaq struktur zonası yaxınlığında isə