Tibb bacisi iXTİsasi üZRƏ NÜmunəVİ test suallari


Kəskin damar çatışmazlığı olan xəstə xərəkdə hansı vəziyyətdə nəql edilməlidir?



Yüklə 440,72 Kb.
səhifə53/564
tarix07.04.2022
ölçüsü440,72 Kb.
#54917
1   ...   49   50   51   52   53   54   55   56   ...   564
2019-04-23 11-51-27

Kəskin damar çatışmazlığı olan xəstə xərəkdə hansı vəziyyətdə nəql edilməlidir?


  1. Sağ tərəfi üstə

  2. Yarımoturaq vəziyyətdə

  3. Oturaq vəziyyətdə

  4. Başın səviyyəsi aşağı vəziyyətdə

  5. İstənilən vəziyyətdə

Kəskin damar çatışmazlığı zamanı beyinə gedən qanın miqdarı kəskin azaldığı üçün xəstədə bayılma, kollaps baş verir.Ona görə də beyinə gedən qanın həcmini artırmaq üçün xəstəni xərəkdə, başı aşağı vəziyyətdə nəql edirlər.Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq .Səh. 43. “ Təhsil”Bakı 1998.

  1. Götərilənlərdən hansı palata tibb bacısının səlahiyyətinə aid deyil?


  1. Sutkalıq sidiyi və bəlğəmi ölçmək

  2. Səhər və axşam xəstənin temperaturunu ölçmək

  3. Nəbzi saymaq

  4. Tənəffüsü saymaq

  5. Həkimin təyinatına dəyişiklik etmək

Palata tibb bacısı həkimin müalicə və gigiyena təyinatlarını yazır və dəqiq yerinə yetirir, həkim xəstəni müayinə etdikdə bu prosesdə iştirak edir, xəstənin vəziyyəti haqqında ona məlumat verir, bundan sonra xəstələrə nə kimi qulluq edilməsi barədə həkimdən göstərişlər alır, lakin həkimin xəstəyə verdiyi təyinatı dəyişməyə tibb bacısının ixtiyarı yoxdur. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bcısının məlumat kitabı ”. Səh. 87, “ Çıraq ” 2008


  1. Sidik ifrazının azalması necə adlanır ?

  1. Nikturiya

  2. Poliuriya

  3. Anuriya

  4. Opsouriya

  5. Oliquriya

Sutkalıq sidik miqdarının 500ml-dən az olması oliquriya, 2l və daha cox olması poliuriya, hec olmaması anuriya, gecikmiş sidiyin xaric olması opsouriya, gecə sidiyin çox ifraz edilməsi isə nikturiya adlanır.

Ədəbiyyat: C.N.Hacıyev, R.Y.Əliyev. Xəstələrə qulluq .Səh.223 “Təhsil”Bakı1998




  1. Yüklə 440,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   564




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin