Tibb Universitetində yeni əczaçılıq laboratoriyası açılıb Macarıstanın Azərbaycandakı səfiri Tibb Universitetində olub


Prezident təqaüdünə layiq ğörülmüş tələbələrimiz



Yüklə 12,95 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix02.01.2022
ölçüsü12,95 Mb.
#1025
1   ...   28   29   30   31   32   33   34   35   36
Prezident təqaüdünə layiq ğörülmüş tələbələrimiz


http://www.amu.edu.az

30 noyabr 2015-ci il

Sarımsaq


ƏSRLƏRDİR Kİ, SARIMSAĞIN

 

içərisində olan “allicin” maddəsi 



bəşəriyyəti xəstəliklərə qarşı bəşəriyyəti qoruyur. I Dünya Müharibəsi 

zamanı yaralara infeksiya düşməsini əngəlləmək üçün istifadə edilən 

sarımsaq II Dünya Müharibəsində da oxşar şəkildə yaraya mikrob dü-

şüb qanın zəhərlənməsinə yol açmasını qarşısını almaq üçün istifadə 

edilmişdir. Sarımsaq həm çiy halda, həm də xörəklərdə bişirilmiş halda 

istifadə olunur. Əsas cəhətlərindən biri infeksiyaya qarşı müqavimətli olma-

sıdır. Bu baxımdan o həzm və nəfəs orqanları, ağciyər üçün daha faydalıdır.

Soğan


SARIMSAQ

  ilə eyni ailəyə mənsub olan soğan xüsusilə, həşərat və 

heyvan sancmaları zamanı dezinfeksiya edici olaraq istifadə edilir. 

Hər mətbəxdə mütləq tapılan və antibakteriyal xüsusiyyəti ilə tanı-

nan soğan təxmin edə biləcəyimizdən daha çox xəstəlikdən qoruyur. 

Minlərlə ildir ki, alternativ tibdə müxtəlif xəstəliklərin müalicəsində 

istifadə edilir. Soyuq qəbulu bronxit və öskürəyə qarşı təsirlidir, 

bəlğəm sökdürücü xüsusiyyəti var. Ayrıca soğanın tərkibindəki 

maddələr bir çox bəlğəm aparıcı dərmanın ana maddəsidir. Öskürək 

üçün əzilmiş soğan, su və bal qarışdırılaraq təbii bir dərman əldə edilə 

bilər.

Zəncəfil


ZƏNCƏFİL

 tək ədviyyat deyil, zəncəfil həm də müalicəvi bitkidir. 

Zəncəfili üyüdülmüş və çiy (zəncəfil kökü) şəklində istifadə etmək 

olar. Zəncəfilin müalicəvi xüsusiyyətləri olduqca çoxdur. Bu bitki, 

daha doğrusu onun kökü iltihab əleyhinə, antibakterial, ağrısaz-

laşdıran, tonuslaşdırıcı, spazmolitik və s. xüsusiyyətlərinə malik-

dir.

200 ildən artıqdır ki, zəncəfil alternativ tibb sahəsində əsas maddə 



kimi istifadə edilir. Antibakteriyal və iltihab əleyhinə xüsusiyyətləri 

ilə tanınır. Nizamlı istehlak edildikdə qan dövranını niazmlayır, qan 

şəkərini tənzimləyir, ürək sağlamlığını dəstəkləyir və ağrı kəsici olaraq 

da rolunu yaxşı həyata keçirir.

Sarıkök

 

SARIKÖKÜN



 cəlbedici rəngi orqanizmi bakteriyalardan qoruyur. Dəri 

xəstəliklərinə yaxşı təsir etdiyi üçün yüngül kəsikləri yaxşılaşdırdığı 

söylənilir. Daxili orqanlarımızdan qaraciyər, ürək və həzm siste-

mi orqanlarına faydalı olduğu səbəbindən istehlak edilməsi tövsiyə 

edilir. Bu ədviyyatın tibbi xüsusiyyətləri özünü əsrlər boyu yavaş-ya-

vaş göstərməyə başlamışdır. Sarıkökün bilinən ən köhnə xüsusiyyəti 

iltihab aradan qaldırıcı olmasıdır. Təbii bir antiseptik və antibakterial 

olan sarıkök dəridəki kəsik və yanıq kimi yaralanmalarda da dezenfek-

siya edici olaraq istifadə edilə bilər.

Bal


 

BAL


 virus əleyhinə, antiseptik, iltihab əleyhinə və antibakteriyel xüsusiyyəti 

var. Bəzi növ bakteriyaların böyüməsinə mane olduğu məlumdur. Güclü 

antibakterial və iltihabəleyhinə xüsusiyyətlərə görə xüsusən cökə balı 

soyuqdəymə xəstəlikləri zamanı çox yaxşı müalicəvi effekt verir.

Bal təbii immunostimulyatordur - o, insanın immunitetini gücləndirir, 

orqanizmin xəstəliklər və infeksiyalara qarşı olan davamlılığını artı-

rır. Xüsusən bu uşaqlar və yaşlı insanlar üçün çox vacibdir. Lakin balın 

yüksəs allergik xüsusiyyətlərinə görə onu 3 yaşından kiçik olan uşaqlar və 

allergik xəstəlikləri olan böyüklər qəbul etməməlidir.

Yaşıl çay

Norsvestern Universitetinin tədqiqatçılar qrupu 

YAŞIL ÇAYIN

 içində 

olan bəzi maddələrin orqanizmə zərər verməyən antibiotik xüsusiyyət 

göstərdiyini bildirib. Yaşıl çay immunitet sistemini gücləndirir, infek-

siyalara qarşı orqanizmin müdafiə sistemini dəstəkləyir. Güclü an-

tioksidant xüsusiyyətlərinə malik olan yaşıl çay insanın orqanizmini 

müxtəlif zərərli maddələrdən (şlaklar, toksinlər, sərbəst radikallar və 

s.) təmizləyir və nəticədə insanın immun sistemi möhkəmlənir, xərçəng 

xəstəliklərinin inkişaf etmə ehtimalı azalır, insan cavanlaşır.

Yüksək hərarətlə müşayiət olunan müxtəlif iltihabı xəstəliklər və 

soyuqdəymələr zamanı yaşıl çay yaxşı tərlədici effekt göstərir ki, bunun 

nəticəsində insan orqanizmi intoksikasiya ilə uğurla mübarizə aparır. Bundan əlavə alimlərin 

fikirinə görə, yaşıl çay güclü mikrob əleyhinə təsirə malikdir.




Yüklə 12,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin