Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığorta edənlər, tibbi sığorta təşkilatları, tibb müəssisələri
və qanunvericilikdə müəyyən olunmuş qaydada fərdi tibbi fəaliyyətlə məşğul olan şəxslərdir. İcbari tibbi
işləyən vətəndaşlar üçün – mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və
qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
Könüllü tibbi sığortada sığorta edənlər - vətəndaşlar və vətəndaşların mənafeyini ifadə edən hüquqi
şəxslərdir. Tibbi sığorta sistemindəki tibb müəssisələrinə xüsusi razılığı olan müalicə-profilaktika, elmi-
tədqiqat müəssisələri, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi yardım göstərən digər
hüquqi şəxslər daxildirlər. Tibbi sığortanın subyektləri arasındakı mübahisələr qanun-vericilikdə
Tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir. Tibbi sığorta
müqaviləsi-qanunvericilikdə müəyyən olunmuş qaydada sığorta edənlə tibbi sığorta təşkilatları arasında
bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın
maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı
sazişdir. Tibbi sığorta müqaviləsi ilk sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir. Tibbi
sığorta müqaviləsinin forması və bağlanma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Tibbi sığortanın ayrı-ayrı növlərinə aid qaydalar və icbari tibbi sığorta münasibətlərinin şamil
edilmədiyi şəxslərin kateqoriyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Tibbi sığorta şəhadətnaməsi – sığorta olunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan
Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə
bağlayan digər dövlətin ərazisində tibbi sığorta proqramında göstərildiyindən
az olmayan həcmdə tibbi
yardım almağa təminat verən sənəddir. İcbari və könüllü tibbi sığorta müqaviləsinin subyekti olan
vətəndaşlar tibbi sığorta şəhadətnaməsi almalıdırlar. Tibbi sığorta şəhadətnaməsi sığorta olunanın özündə
olur və tibb müəssisəsinə müraciət edərkən təqdim olunur. Tibbi sığorta şəhadətnaməsinin forması və
onun tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Maddə 6. Sığorta edənin hüquq və vəzifələri
Sığorta edənin hüquqları aşağıdakılardır:
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tibbi sığorta müqaviləsi bağlamaq və
ya onu ləğv etmək;
tibbi sığorta təşkilatmı sərbəst seçmək;
tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək.
Sığorta edənin vəzifələri aşağıdakılardır:
İcbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək;
sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına
məlumat vermək;
sığorta haqlarının tam məbləğdə və vaxtında ödənilməsi barədə müvafiq icra hakimiyyəti
orqanına məlumat vermək.
Tibbi sığorta müqaviləsində sığorta edən üçün digər vəzifələr də nəzərdə tutula bilər.
Maddə 7. Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları
Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları aşağıdakılardır:
tibbi sığorta şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş hüquqlardan
istifadə etmək;
tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi
sığorta sisteminə daxil olan tibb müəssisələrindən hər hansı birini və həkimi seçmək;
profilaktik yardım da daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində icbari tibbi
sığorta proqramındakından az olmayan həcmdə tibbi yardım almaq;
icbari tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək;
tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti,
eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq;
sığorta edənə, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta müqaviləsinin şərtlərindən
asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla,
qanunvericilikdə müəyyən olunmuş qaydada iddia qaldırmaq;
könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən sığorta
haqqının bir hissəsini geri almaq.
Vətəndaşların tibbi sığorta ilə bağlı mənafeyini müvafiq icra hakimiyyəti orqanı, tibbi sığorta təşkilatları,
həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir. Azərbaycan Respublikasından
kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının tibbi sığortası Azərbaycan Respublikasının
tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.
Maddə 8. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin
Dostları ilə paylaş: