III FƏSİL
Tibbi sığorta təşkilatlarının fəaliyyəti
Maddə 12. Tibbi sığorta təşkilatı
Tibbi sığorta təşkilatı — mülkiyyət formasından asılı olma-yaraq tibbi sığortanı həyata keçirmək üçün
qanunvericilikdə müəyyən olunmuş qaydada xüsusi razılıq almaqla fəaliyyət göstərən və müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən zəruri nizamnamə fonduna malik olan – sığorta
təşkilatıdır. Tibbi sığorta təşkilatları səhiyyə sisteminə daxil deyil. Müvafiq icra hakimiyyəti orqanı və
tibb müəssisələri tibbi sığorta təşkilatının təsisçiləri ola bilməzlər. Tibbi sığorta təşkilatından vergi
tutulması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq tənzimlənir. Tibbi sığorta
təşkilatının yaradılması, yenidən təşkili və ləğv olunması qanunvericilikdə müəyyən olunmuş qaydada
həyata keçirdir.
Maddə 13. Tibbi sığorta təşkilatının hüquq və vəzifələri
Tibbi sığorta təşkilatının hüquqları aşağıdakılardır:
tibbi sığorta müqavilələri üzrə tibbi yardım və xidmətlər göstərilməsi üçün tibb müəssisəsini
seçmək;
tibb müəssisələrinin akkreditasiyasında iştirak etmək;
tibbi xidmətlər üçün tariflərin müəyyənləşdirilməsində iştirak etmək;
tibb müəssisələri tərəfindən müqavilənin şərtlərinin pozulduğu hallarda tibbi xidmətlərə çəkilən
xərcləri qismən ödəmək;
tibb müəssisəsinin və (və ya) tibb işçisinin təqsiri üzündən sığorta olunana vurulmuş zərərin
ödənilməsi üçün qanun-vericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək;
zərərin sığorta olunan tərəfindən vurulduğu hallar istisna olmaqla, vətəndaşın sağlamlığına
vurulmuş zərər üçün cavabdeh olan fiziki və ya hüquqi şəxslərdən qanunvericilikdə müəyyən
olunmuş qaydada sığorta olunana tibbi yardım göstərilməsinə sərf olunmuş xərclərin
ödənilməsini tələb etmək. Tibbi sığorta təşkilatı sabit fəaliyyətini təmin etmək məqsədilə
Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada ehtiyat fondu yarada
bilər. Tibbi sığorta təşkilatının vəzifələri aşağıdakılardır: tibbi sığorta olunanlara tibbi sığorta
proqramına uyğun tibbi yardım göstərilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş qaydada
fəaliyyət göstərən tibb müəssisələri ilə müqavilələr bağlamaq;
tibbi sığorta müqaviləsinin qüvvəyə mindiyi andan sığorta olunana tibbi sığorta şəhadətnaməsini
vermək;
tibb müəssisələrinə tibbi xidmətin haqqını müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə
ödəmək;
könüllü tibbi sığorta müqaviləsində nəzərdə tutulmuşsa, sığorta haqlarının bir hissəsini sığorta
olunana qaytarmaq;
müqavilənin şərtlərinə uyğun olaraq tibbi yardımın həcminə, müddətinə və keyfiyyətinə nəzarət
etmək;
sığorta olunanın mənafelərini müdafiə etmək.
Dostları ilə paylaş: |