Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi



Yüklə 406 Kb.
səhifə23/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   23
tic mues teh qay

Nişanın nömrəsi

Məna məzmunu

Təsviri

1.

Ehtiyatlı olun!

Asanalışan maddə.






2.

Ehtiyatlı olun!

Partlayış təhlükəli.






3.

Ehtiyatlı olun!

Yeyici maddə.






4.

Ehtiyatlı olun!

Zəhərli maddə.






5.

Ehtiyatlı olun!

Elektrik gərginliyi.






6.

Ehtiyatlı olun!

Radioaktivlik.








Qeyd:

Təhlükə nişanları aşağıdakı formaya malik olmalıdır:



    • sarı rəngdə bərabər tərəfli üçbucaq;

    • haşiyəsi qara rəngdə olan, zirvəsi yuxarıya doğru yönələn bərabər tərəfli üçbucaq;

    • simvolik olaraq qara rəngdə olan üçbucaq;

Sarı siqnal rəngi nişanın sahəsinin ən azı 50% əhatə etməlidir. Təhlükəsizlik tədbirlərinin məlumat vərəqəsi yanğın baş verdiyi hallarda adamların həyatı üçün təhlükə törədən partlayış-yanğın təhlükəli qiymətli malların saxlanıldığı anbar binaların qapılarının bayır tərəfində asılmalıdır. Əgər anbarda yanğın cəhətdən təhlükəli maddələr, yaxud qaz dolu balonlar saxlanılmırsa, belə anbarlarda yanğın təhlükəsizlik tədbirlərin məlumat vərəqəsi asılmır.

Təhlükəsizlik tədbirlərinə dair rəqəmli kodlar yerli Yanğın Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmış qaydada obyekt rəhbəri tərəfindən saxlanılan məmulatların, maddələrin, materialların, yanğın təhlükəsini xarakterizə edən texniki sənədlərin öyrənilməsindən sonra doldurulur.

Yanğın təhlükəsizliyi tədbirlərinin kodları ilə anbarın işçiləri, mühafizəçiləri, könüllü yanğın dəstəsinin üzvləri və yanğının söndürülməsinə cəlb edilən digər xidməti heyət tanış edilməlidir.

Təhlükə nişanı yanğın, partlayış, zəhərləmə, radioaktiv şüalanma cəhətdən təhlükəli olan məmulat, maddə və materiallara aid cədvəlin qrafasında göstərilir.



Məmulat vərəqəsinin «V» indeks qrafasında tonla yanar materialların və yanarlığından asılı olmayaraq, ədədlə qaz dolu balonların saxlanılmasına icazə verilən miqdarı göstərilir.
Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin