2. Yanğın təhlükəsizliyinin ümumi tələbləri
2.1. Ərazinin saxlanılması;
2.1.1. Baza, anbar, ticarət və ictimai iaşə müəssisələrinin ərazisi daim təmiz vəziyyətdə saxlanılmalı, iş qurtardıqdan sonra qablaşdırma və yanar materiallardan təmizlənməlidir. Tullantılar, qablaşdırma materialları müntəzəm olaraq xüsusi ayrılan çəpərlənmiş sahələrə yığılıb, vaxtlı-vaxtında daşınıb aparılmalıdır.
2.1.2. Bütün bina və qurğulara sərbəst yaxınlaşma imkanı təmin edilməlidir. Yanğın su mənbələrinə gedən yollar və keçidlər, habelə yanğın inventarlarına və avadanlıqlarına yanaşma yolları həmişə azad olmalıdır. Binalar arasında yanğına qarşı ara məsafələrdə material, avadanlıq, qablaşdırma materialları yığmaq, nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməsinə icazə verilmir. Qış mövsümündə yollar, keçidlər, su hovuzları və yanğın su hidrantlarının qapaqları müntəzəm olaraq qardan və buzdan təmizlənməlidir.
2.1.3. Ticarət mallarını anbarın qarşısındakı meydançada (rampalarda) saxlanılmasına icazə verilmir. Rampalara boşaldılıb-yığılan mallar, anbarın iş vaxtının sonuna yaxın yığışdırılmalıdır.
2.1.4. Yanğın avtomobillərinin hərəkətinə maneə törədən ayrı-ayrı yol sahələrinin təmiri üçün (yaxud başqa səbəblər üçün) bağlanılması barədə müəssisə rəhbəri, yaxud obyektin yanğına qarşı vəziyyətinə cavabdehlik daşıyan şəxs, dərhal yanğın təhlükəsizliyi xidmətinə xəbər verməlidir. Yolların təmiri dövründə obyektdə müvafiq yerlərdə keçidlərin istiqamətlərini göstərən göstəricilər qoyulmalı, yaxud təmir sahələri üzərindən nəqliyyat üçün keçid qurulmalıdır;
2.1.5. Obyekt daxili dəmir yollarının üzərindəki nəqliyyat keçidləri həmişə yanğın avtomobillərinin keçib getməsi üçün daim azad olmalı və relslərin başlıq səviyyəsində döşənək sərilməlidir. Keçid yollarında vaqonların dayanması qadağandır.
2.1.6. Obyektlərin ərazilərində müvəqqəti bina və qurğuların tikilməsinə icazə verilmir.
2.1.7. Ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların ərazilərində tonqal qalamaq, tullantı və qablaşdırma materiallarını yandırmaq qadağandır.
2.1.8. Baza, anbar, ticarət və ictimai iaşə müəssisələrinin əraziləri gecə vaxtı işıqlandırılmalıdırlar;
2.1.9. Kənd yerlərində olan bazaların (anbarların) ərazisində yanğın haqqında siqnal verən qurğu olmalıdır.
Dostları ilə paylaş: |