4.7. İctimai iaşə müəssisələri və şadlıq evləri
4.7.1. Nahar zallarında masaların yerləşdirilməsi yanğın baş verdiyi hallarda istehlakçıların sərbəst köçürülməsinə maneçilik törətməməlidir. İctimai iaşə müəssisələrinin istismar prosesində nahar zallarının keçid yollarında istehlakçıların hərəkətlərinə maneçilik törədən masalar, stullar və s. qoyulmasına icazə verilmir. Yanğın Təhlükəsizliyi şərtləri üzrə restoran və yeməkxanalarda adamların çıxışa tərəf köçürülməsi üçün ən azı 1,35 m enində yol qoyulmalı və ayrı-ayrı oturacaq yerlərinə yanaşmaq üçün sərbəst keçid saxlanılmalıdır.
4.7.2. İctimai iaşə müəssisələrində kütləvi tədbirlərin (teatr tamaşalarının, yeni il şənliklərinin, banketlərin, toyların və s.) keçirilməsinə müvafiq otaqda işıqlandırıcı göstərişlərlə təchiz edilmiş, ən azı 2 köçürmə çıxış yollarının mövcud olduğu zaman icazə verilir. Bu zaman aşağıdakı tədbirlərin həyata keçirilməsi zəruridir:
4.7.2.1. Yanğın Təhlükəsizliyinə cavabdehlik daşıyan şəxsi təyin etmək;
Həmin şəxs yanğın təhlükəsizliyi qaydalarına dair ictimai iaşə müəssisələrinin müdiriyyətindən təlimat alır və yanğına qarşı lazımi tədbirlərin həyata keçirilməsini təmin edir.
4.7.2.2. Tədbirdən qabaq otaqları diqqətlə gözdən keçirmək və onları yanğın təhlükəsizliyi tələblərinə müvafiq vəziyyətə gətirmək;
4.7.2.3. Müvəqqəti estradaların və səhnələrin, işıq və xüsusi aparatların qurulmasını məftil və kabellərin çəkilməsini elə təşkil etmək lazımdır ki, köçürmə şəraiti pisləşməsin;
4.7.2.4. Müvəqqəti elektrik qəbuledicilərini (elektrik musiqi alətləri, səs gücləndiriciləri, «işıq cihazları» və s.) tətbiq edildiyi zaman onların müvqqəti elektrik şəbəkəsinə qoşulmasına yol verməmək.
4.7.2.5. İşıqlandırıcı aparatların (projektorlar, sofitlər və s.) yanar materiallara yaxın 0,5 m məsafədə qurulmasına yol verilmir. Projektorlarda və sofitlərdə yanar materiallardan olan işıq filtrlərinin tətbiq edilməsi qadağandır.
4.7.3. Yeni il bayramlarının (şənliklərinin) keçirildiyi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir:
4.7.3.1. Şam ağacı bərk dayaqlar üzərində elə quraşdırılmalıdır ki, onun budaqları tavana və divarlara toxunmasın.
4.3.7.2. Yeni il şənliyi keçirilərkən şamlardan, atəşfəşanlardan istifadə etmək, şam ağacını selüloit oyuncaqlarla, odadavamlı məhlulla hopdurulmamış pambıqla bəzədilməsi qadağandır.
4.7.3.3. Şam ağacı elektrik qurğularının quraşdırılması qaydalarına riayət olunmaqla işıqlandırılmalıdır. İşıqlandırma şəbəkəsinin elektrik cərəyanından istifadə edərkən, alçaldıcı transformatorlar vasitəsi ilə 12V-luq gərginlik lampalarından istifadə olunmalı: elektrik naqilləri və işıqlandırma lampaları saz olmalı və etibarlı izolə edilməlidir, işıqlandırmada nasazlıq aşkar etdikdə (naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım olduqda və s.) dərhal onu elektrik şəbəkəsindən ayırmaq lazımdır.
4.7.4. Texnoloji avadanlıqlar, qızdırıcı cihazlar normal iş rejimində, yanğın cəhətdən təhlükəsiz olmalıdır, təhlükəli nasazlıqlar və qəza halları üçün işdə baş verə biləcək yanğının həcmini və nəticəsini məhdudlaşdıran, zəruri müdafiə tədbirləri nəzərdə tutulmalıdır.
4.7.5. İctimai iaşə müəssisələrində qadağan edilir:
4.7.5.1. Şəbəkəyə qoşulan elektrik və qaz plitələrini, qızdırıcı qənnadı şkaflarını, digər qızdırıcı cihazlarını nəzarətsiz qoymaq;
4.7.5.2. Qaz borularından və cihazlarından qaz sızmasının aşkar edilməsi üçün açıq oddan, kibritdən və s. istifadə etmək;
4.5.7.3. Mətbəx otaqlarında boş və ya yanar qazlarla dolu balonlar qoymaq və ya saxlamaq;
4.7.5.4. Köçürmə yollarında qarderoblar və bufetlər qurmaq;
4.7.5.5. Nahar zallarının divarlarını və pəncərələrin pərdələrini yanar və yandıqda zəhərləyici olan sintetik materiallarla bəzəmək.
Dostları ilə paylaş: |