Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi


Avtoyükvuran və elektrokar (akumlyatorla işləyən motorlu araba) maşınları və cərəyandoldurma məntəqələri üçün yanğın təhlükəsizlik tədbirləri



Yüklə 406 Kb.
səhifə13/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
tic mues teh qay

4.6. Avtoyükvuran və elektrokar (akumlyatorla işləyən motorlu araba) maşınları və cərəyandoldurma məntəqələri üçün yanğın təhlükəsizlik tədbirləri

4.6.1. Elektrokarların akumlyator batareyaları bu məqsədlər üçün nəzərdə tutulan xüsusi doldurucu stansiyaların otaqlarında doldurulmalıdır. Bu otaqlar qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olmalıdır.

4.6.2. Cərəyandoldurma stansiyaları və təmir emalatxanaları üçün ayrılmış otaqların döşəmələri beton əsaslar üzərində tam üfüqi vəziyyətdə qələviyə (turşuya) davamlı örtükdə olmalıdır.

4.6.3. Cərəyandoldurma stansiyaların və doldurulmuş batareyaların saxlanılması üçün nəzərdə tutulan otaqların havadəyişmə qurğusu daima işləməlidir.

4.6.4. Cərəyandoldurma məntəqəsinin havadəyişmə qurğusunu ümumi havadəyişmə qurğusuna qoşmaq qadağandır.

4.6.5. Qazlar otağın yuxarı zonasında olduğu kimi aşağı zonasından da sovrulub çıxarılmalıdır.

Bununla belə yuxarı zonada qazların sovrulması daha çox intensiv olmalıdır.

4.6.6. Cərəyan otaqlarının isidilməsində kolorifer qurğularından istifadə edilməsi tövsiyyə edilir. Otaqda yuxarı temperatur həddi 30°S-dən yüksək olmamalıdır.

4.6.7. Akumlyatorların saxlandığı otaqların qapılarında «Cərəyandoldurma», «Yanğın təhlükəlidir», «Odla daxil olmamalı», «Siqaret çəkmək qadağandır» sözləri yazılmalıdır.

4.6.8. Havadəyişmə qurğusunun işi dayandırılan zaman, doldurma cərəyanının şəbəkədən ayrılması nəzərdə tutulmalıdır.

4.6.9. Cərəyan stansiyaları otaqlarında akumlyator və digər cihazları təmir etmək, qələvi turşulu akumlyatorları yanaşı bir yerdə qoymaq, habelə nasaz elektrokarların doldurulmasına yol vermək qadağandır. Cərəyan stansiyası otaqlarında yalnız doldurulmaqda olan elektrokarlar olmalıdır.

4.6.10. Avtoyükvuranların və elektrokarların dayanacağına qarajlarda və xüsusi ayrılmış meydançalarda icazə verilir. Nasaz nəqliyyatın işə buraxılmasına icazə verilmir.

4.6.11. Otağın daxilində yanar yüklərin, habelə yanarqablaşdırmada olan yüklərin yerlərinin dəyişdirilməsi üçün avtoyükvuranlardan istifadə edilməsinə icazə verilmir. Yanar toz olan otaqlarda istifadə edilən elektrokarların işəsalma qurğularının toz keçirməyən mühafizə sistemi olmalıdır.

4.6.12. Avtoyükvuranlar və elektrokarlar elə yerləşdirilməlidir ki, keçid yollarını, nəqliyyat yollarını, çıxış yollarını və yanğınsöndürmə vasitələrinin qarşısını tutmasın. Yanğın baş verdiyi hallarda nəqliyyat vasitələri anbar otaqlarından çıxarılmalıdırlar.




Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin