4.8. Soyuducu qurğular
4.8.1. Hər müəssisədə soyuducu maşın və qurğuların düzgün və təhlükəsiz istismar edilməsinə cavabdeh şəxs təyin edilməlidir.
4.8.2. Soyuducu qurğulara xidməti qulluq göstərilməsinə xüsusi hazırlığı olmayan şəxslər buraxılmır. Şəxsin müstəqil olaraq işə buraxılması müəssisə üzrə verilən sərəncamla həyata keçirilir.
4.8.3. Ammonyaklı qurğuların aparatlar və maşınlar bölməsinin otaqlarında soyuducu maddə (soyutma prosesini gücləndirən kimyəvi məhlul) buxarların tərkibini təyin edən ən azı iki cihaz (qazanalizatoru) qurulmalı və onlar sovurma-buraxma havadəyişmə qurğusunu və kompressorları ayıran qurğulara birləşdirilməlidir.
4.8.4. Soyuducu maddə ilə (ammiakla) dolu balonlar xüsusi anbarlarda saxlanılmalıdır. Bunları maşın şöbələrində saxlamaq qadağandır.
4.8.5. Soyuducu aqreqatların və soyuducu kameraların otaqlarının vəzifə təyinatından başqa qeyri ehtiyaclar üçün istifadə edilməsinə yol verilmir.
4.8.6. Soyuducu kameraların yanğına qarşı zonalarında deşiklər açılmasına, boruların keçirilməsinə, dayaqların qoyulmasına, yanar materialların yapışdırılmasına icazə verilmir.
4.8.7. Soyuducu aqreqatlarını soyuducu kameraların dəhlizlərində yerləşdirilməsi qadağan edilir. Duzlu su vasitəsilə soyudulan kameraların soyuducu qurğuların yerləşdirilməsinə yalnız bayıra çıxış yolu olan maşın bölmələrində icazə verilir.
4.8.8. Maşın və aparat şöbələrinin havadəyişmə sistemləri başqa otaqların havadəyişmə sistemləri ilə birləşməməlidir.
4.8.9. Maşın və aparat şöbələrində qəza işığı daima saz vəziyyətdə saxlanılmalıdır.
4.8.10. Soyuducu maddələri (ammonyaklı) qaldırıcıların (liftlərin) şaxtalarında yerləşdirmək qadağandır.
4.8.11. Ammiaklı soyuducu qurğuların maşın və aparat şöbələrini partlayışdan mühafizə edən elektrik avadanlığı daima nəzarət altında olmalı və texniki cəhətdən saz vəziyyətdə saxlanılmalıdır;
4.8.12. İstismar və təmir prosesində soyuducu kameraların layihədə nəzərdə tutulmuş yanmaz, yaxud çətin yanan istilik izolyasiyasını yanar istilik izolyasiyası ilə dəyişilməsinə icazə verilmir.
4.8.13. Maşın və aparat bölmələri otaqlarının istismarı zamanı yüngül detalların (panel, pəncərə, qapılar və s.) dəyişilməsinə yol verilmir.
4.8.14. Təzyiq altında olan avadanlığı təmir etmək, işləyən nasos və kompressorlarda kipkəcləri taxmaq və bərkitmək, aparatlarda və boru kəmərində təzyiqi azaltmaqan başlıqları (flanslar) sıxlaşdırmaq qadağandır.
4.8.15. Maşın və aparat bölmələrinin avadanlıqlarının profilaktik baxışı zamanı işıqlandırılması məqsədi üçün 12V gərginlikdən çox olmayan partlayış mühafizəli səyyar lampalardan istifadə edilməsinə icazə verilir.
4.8.16. Sistemin doldurulmasını sürətləndirmək məqsədi ilə soyuducu maddə ilə (ammiak) dolu balonların qızdırılması qadağan edilir.
4.8.17. Kompressor qurğuları binalarında metal tarada sürtgü materiallarının, ən çox bir iş növbəsi tələbatı miqdarında saxlanılmasına yol verilir.
Dostları ilə paylaş: |