Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi



Yüklə 406 Kb.
səhifə21/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   ...   15   16   17   18   19   20   21   22   23
tic mues teh qay

9. Yanğın baş vermə halında hərəkət

9.1. Yanğın baş verdiyi hallarda, ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların rəhbərlərinin, yerli yanğından mühafizənin, könüllü yanğın dəstəsinin hərəkətləri, birinci növbədə adamların təhlükəsizliyinin və onların köçürülməsinin təmin edilməsinə yönəldilməlidir. Yanğın haqqında adamlara xəbər verilməsi üçün daxili radioyayımdan, həyəcan zənglərindən və digər səsli siqnallardan istifadə edilə bilər.

9.2. Hər bir fəhlə və qulluqçu yanğın yaxud alışma aşkar etdikdə aşağıdakı qaydada hərəkət etməlidir:

9.2.1. Bu haqda dərhal yanğın təhlükəsizliyi xidmətinə xəbər verməli;

9.2.2. İş yerində mövcud olan yanğınsöndürmə vasitələri ilə (odsöndürənlər, daxili yanğın kranı, stasionar yanğınsöndürmə qurğular və s.) yanğının mənbəyini söndürməyə başlamalı;

9.2.3. Obyekt rəhbərinin yanğın yerinə çağırılması üçün müvafiq tədbirlər həyata keçirməli.

9.3. Yanğın yerinə gələn obyektin rəhbər nümayəndəsi, yaxud digər vəzifəli şəxslər borcludurlar:

9.3.1. Yanğın xidmətinin çağırılıb-çağırılmadığını yoxlamaq;

9.3.2. Yanğın haqqında müəssisənin, anbarın, bazanın rəhbərinə xəbər vermək;

9.3.3. Yanğın təhlükəsizliyi xidmətini qarşılamaq üçün yanaşma yollarını və su mənbələrinin yerləşdiyi yerləri yaxşı bilən şəxsi ayırmaq;

9.3.4. Avtomatik (stasionar) yanğınsöndürmə sisteminin qoşulmasını yoxlamaq;

9.3.5. Yanğının söndürülməsi ilə məşğul olmayan adamları binadan, yaxud təhlükəli zonadan kənar etmək;

9.3.6. Aadamların həyatı üçün təhlükə yaranan hallarda, bütün mövcud qüvvə və vasitələrdən istifadə etməklə onların dərhal xilas olunmasını təşkil etmək;

9.3.7. Lazım gəldiyi hallarda qazdan xilasetmə, tibbi və digər xidmət orqanlarını çağırmaq;

9.3.8. Yanğının ləğv edilməsi ilə əlaqədar olmayan bütün işləri dayandırmaq;

9.3.9. Elektrik enerjisini ayırmaq, yük daşıyan qurğuları dayandırmaq, qaz kommunikasiyalarının yolunu qapamaq, havadəyişmə qurğusunu dayandırmaq, tüstünü kənar edən sistemi işə salmaq və yanğının yayılmasının qarşısını ala bilən digər tədbirləri həyata keçirmək;

9.3.10. Yanğının söndürülməsində iştirak edən şəxslərin yıxılması, elektrik cərəyanından zədə alması ehtimalının aradan qaldırılması və yanmaqdan mühafizə edilməsi üzrə tədbirlərin həyata keçirilməsini təmin etmək;

9.3.11. Yanğının söndürülməsi ilə bərabər eyni vaxtda yüksək temperatur təsiri altında uçub-dağılmaq təhlükəsinə məruz qalan binanın konstruktiv elementlərini soyutmaq.

9.4. Yanğın təhlükəsizliyi xidmətinin bölmələrinin yanğın yerinə gəldiyi zaman yanğının söndürülməsi işinə rəhbərlik edən müəssisənin, bazanın, anbarın nümayəndəsi yanğının mənbəyi, yanğının ləğv edilməsi üçün görülən tədbirlər, anbar və zirzəmilərdə yanğın təhlükəli partlayıcı materialların, qaz dolu balonların mövcudiyyəti, yanğının söndürülməsində iştirak edən və köməyə ehtiyacı olan adamların mövcudiyyəti haqqında bütün lazımi məlumatları yanğından mühafizənin böyük rəisinə verməlidir.

9.5. Müəssisənin nümayəndəsi yanğınsöndürmə qərargahının (ştabının) tərkibinə daxil edildiyi hallarda o aşağıdakıları həyata keçirməlidir:

9.5.1. Yanğınsöndürmə rəhbərini yanan obyektin spesifik xüsusiyyətləri üzrə təlimatlandırmaq, habelə partlayış təhlükəli və zəhərli maddələr, qazla dolu balonlar, gərginlik altında olan elektrik qurğuları barədə məlumatlandırmaq;

9.5.2. Yanğının söndürülməsi və əmlakın köçürülməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi üçün qərargahı işçi qüvvəsi və mühəndis texniki heyətlə təmin etmək;

9.5.3. Yanğın söndürülən zaman istifadə oluna biləcək vasitələrin daşınıb gətirilməsi üçün nəqliyyat vasitələri vermək;

9.5.4. Yanğınsöndürmə rəhbərinin göstərişinə əsasən müxtəlif kommunikasiyaların ayrılmasını və ya istiqamətini dəyişmək, asanalışan və yanar mayelərin çənlərdən sovrulub çıxarılmasını və s. təşkil etmək;

9.5.5. Yanğının söndürülməsi ilə əlaqədar mühəndis texniki heyətin hərəkətlərini tənzimləmək.

9.6. Obyektdə baş verən hər bir alışma və yanğın hadisəsi üzrə obyekt rəhbərliyi tərəfindən yanğının baş verməsinə və yayılmasına şərait yaradan bütün vəziyyətlər aydınlaşdırılmalıdır.

9.6.1. Dövlət Yanğın Nəzarəti Orqanının nümayəndələrinin iştirakı ilə yanğının baş verməsinə səbəb olan vəziyyətin, şəraitin və səbəbin aydınlaşdırılması üzrə komissiya yaradılmalıdır.

9.6.2. Obyektin yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin, onların yerinə yetirilməsinə cavabdeh şəxslərin, habelə gələcəkdə yanğın hadisəsinə yol verilməməsi üçün həyata keçiriləcək tədbirlərin siyahısını işləyib hazırlamalı və bu tədbirlərin, habelə verilən əmr və göstərişlərin siyahısı yerli Dövlət Yanğın Nəzarəti Orqanına təqdim edilməlidir.

9.6.3. Müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğın xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vasitələr, yanacaq sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri verilməlidir.




Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin