4.2. Kimyəvi-məişət malların, lak və boyaların satışında yanğın təhlükəsizliyi tədbirləri
4.2.1. Kimyəvi məişət, əridicilər, lak və boya mallarının ticarəti ayrıca binalarda yerləşmiş mağazalarda aparılmalıdır. Çoxmərtəbəli mağaza binalarında həmin malların satıldığı şöbələr yuxarı mərtəbələrdə yerləşdirilməlidirlər.
4.2.2. Bir litrdən artıq tutumlu şüşə qablara doldurulmuş tezalışan və yanar mayelərin ticarətinə icazə verilmir.
4.2.3. Uşaqlara kibrit və digər yanğın təhlükəli malların satılması qadağan edilir.
4.2.4. Kimyəvi məişət malları, laklar, boyalar və əridicilər üstün olaraq ayrıca şöbələrdə, yaxud xüsusi ayrılmış yerlərdə satılmalıdır.
4.2.5. Üzərində yanğın təhlükəliliyi barədə xəbərdaredici üst yazısı olmayan malların satışı qadağan edilir. Bu malların üzərinə «Od təhlükəli» sözləri yazılmış etiket yapışdırılmalıdır. Aerozol qablaşdırmada olan yanğın təhlükəli məişət malları «Od təhlükəlidir. Odun yaxınlığında səpələməmək» sözlərindən ibarət xəbərdarlıq yazısı ilə təchiz edilməlidirlər.
4.2.6. Kimyəvi məişət mallarını, lak, boya əridiciləri və aerozol qablaşdırmada olan malları isitmə cihazlarına 0,5 metrdən yaxın məsafədə, habelə pəncərə vitrinlərində və köçürmə yollarında yerləşdirilməsi qadağan edilir.
4.2.7. Yanğın təhlükəli malların anbar otaqlarında qablaşdırılmasına icazə verilmir.
Dostları ilə paylaş: |