Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi



Yüklə 406 Kb.
səhifə5/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   23
tic mues teh qay

3.3. İsitmə

3.3.1. Ticarət, ictimai iaşə müəssisələri, bazalar və anbarlar mərkəzi isitmə sistemləri avadanlıqları ilə təchiz edilməlidirlər.

3.3.2. Mərkəzi isitmə sistemi olmayan ictimai iaşə müəssisələrində, anbarlarda və ticarət otaqlarında iş şəraiti üzrə müsbət temperaturun tələb olunduğu hallarda sobaların qurulmasına icazə verilir. Lakin sobaların odluqları köməkçi otaqda yerləşdirilməlidir.

3.3.3. Ticarət, ictimai iaşə müəssisələri, baza və anbarların rəhbərləri isitmə sistemlərinin istismarına və texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdehlik daşıyan şəxsləri əmrlə təyin etməlidirlər.

3.3.4. İsitmə mövsümü başlamazdan əvvəl qazanxanalar, kalorifer qurğular, isitmə cihazları diqqətlə yoxlanılmalı və təmir edilməlidir. Nasaz isitimə qurğularını istismar etmək qadağandır.

3.3.5. Ocaqçılar yanğın-texniki minimum proqramı üzrə təlim keçməlidirlər.

3.3.6. Sobaların qaz yanacağına keçirilməsi və qaz avadanlıqlarının istismar edilməsi qanuna müvafiq aparılmalıdır.

3.3.7. Mağaza, anbar və ictimai iaşə müəssisəsində sobaların yandırılması, isitmə qurğularının istismarı yanğın təhlükəsizliyi qaydalarını bilən və ona ciddi əməl edən, xüsusi olaraq bu iş üçün ayrılmış şəxslər tərəfindən həyata keçirilməlidir.

3.3.8. Binaların yana bilən tikinti konstruksiyalarından yanğına qarşı normativ aralığı (boşluğu) olmayan qazan, soba və digər isitmə qurğularının istismar edilməsinə yol verilmir.

3.3.9. Hava qızdıranlar və isitmə cihazları elə yerləşdirilməlidir ki, onlara baxılıb və təmizlənməsi üçün sərbəst yaxınlaşma təmin edilmiş olsun.

3.3.10. Soba ilə mallar, piştaxtalar, şkaflar və digər avadanlıqlar arasındakı məsafə — 0,7 metrdən, odluq dəliyindən isə — 1.25 metrdən az olmamalıdır.

Qazanxana maye yanacaqla işlədiyi hallarda, hər odluğun yanında qum dolu altlıq, yanacaq kəmərində isə ən azı iki ventil qoyulmalıdır, bunlardan biri ocağa, digəri isə yanacaq çəninə yaxın olmalıdır.

Ticarət və ictimai iaşə müəssisələrinin binalarına bitişik quraşdırılan bərk yanacaqla işləyən qazanxanaların maye yanacaqla işləyən qazanxanalara çevrilməsinə icazə verilmir.

Qazanxana otaqlarında yanacaq sərfi üçün qoyulan çənin tutumu 1 kub.m. artıq olmamalıdır.

3.3.11. Bərk yanacaqla işləyən qazanların tüstü boruları etibarlı qığılcım söndürən avadanlıqla təmin edilməli və bu, ayda ən azı 3 dəfə təmizlənməlidir.

3.3.12. Qazanxana otaqlarında qadağan edilir:

3.3.12.1. Qaz qurğusunun istismarı ilə əlaqədar olmayan işlər aparmaq, kənar şəxsləri qazanxanaya buraxmaq və onlara qazanların işinə müşahidə etmələrini tapşırmaq;

3.3.12.2. Boru kəmərlərinin birləşdirmə yerlərindən və odluqlardan maye yanacağın axmasına və qaz sızmasına yol vermək;

3.3.12.3. Qaz odluqlarına sönmüş odluqlar vəziyyətində yanacaq vermək;

3.3.12.4. Ocağın rejiminə nəzarət edən avtomatik-nəzarət qurğuları nasaz olduğu zaman işləmək;

3.3.12.5. Qabaqcadan hava üfləmədən qazanxana qurğularını yandırmaq;

3.3.12.6. Qazanların və buxar borularının üzərində pal-paltar, ayaqqabı, mal və sair yanar materiallar qurutmaq;

3.3.12.7. Hava-isitmə sisteminin jalüzlərini yanar materiallarla tutmaq;

3.3.12.8. Xüsusi hazırlıq keçməmiş şəxsləri, habelə sərxoş vəziyyətdə olan şəxsləri qazanxana qurğularında işə buraxmaq.

3.3.13. Hər sobanın odluq gözünün qabağında taxta döşəmənin üzərinə ən azı 50x70 santimetr ölçüdə metal təbəqə vurulmalıdır.

3.3.14. Çardaqlarda tüstü kanallarının keçdiyi boruların və divarların bütün səthinə diqqətlə tikinti məhlulu sürtülməli və ağardılmalıdır.

3.3.15. Mağazada, anbarda, ictimai iaşə müəssisəsində və ya digər otaqlarda işin qurtarmasına ən azı 2 saat qalmış sobaların yandırılması dayandırılmalıdır.

3.3.16. Tüstü bacalarının və tüstü borularının təmizlənməsi isitmə mövsümü başlanmazdan qabaq və bütün isitmə mövsümü ərzində hər 3 aydan bir qurumdan təmizlənməlidir. Fasiləsiz işləyən sobaların və ocaqların tüstü boruları hər 2 aydan bir təmizlənməlidir.

3.3.17. Bərk yanacaq (torf, kömür, odun və s.) bunun üçün uyğunlaşdırılmış otaqlarda, yaxud xüsusi ayrılmış otaqlarda saxlanılmalıdır.

3.3.18. Sobaların istismarı zamanı qadağan edilir:

3.3.18.1. Yanacağı bilavasitə sobaların ocaq gözlüyünün qabağında yığmaq;

3.3.18.2. Otaqda gündəlik tələbatdan artıq yanacaq ehtiyatı saxlamaq:

3.3.18.3. Sobaları alışdırmaq üçün benzin, ağ neft, dizel yanacağından və asan alışan yanar mayelərdən istifadə etmək;

3.3.18.4. Sobaların üstündə və onların yanında odun, paltar və digər yanar materiallar qurutmaq;

3.3.18.5. Müvafiq olaraq uyğunlaşdırılmamış sobaların kömür, kakos və ya qazla yandırmaq;

3.3.18.6. Qapısı açıq halda sobanı yandırmaq;

3.3.18.7. Ventilyasiya və qaz kanallarından sobaların və pilətələrin tüstü yolları kimi istifadə etmək;

3.3.18.8. Tüstü borularına radioqəbuledicilərin, televizorların, ildırımqəbuledicilərin antennalarını bərkitmək;

3.3.18.9. Tikintilərin yaxınlığına sönməmiş kül və kömür tökmək. Onların üzərinə su səpilməli və onlar üçün xüsusi ayrılmış təhlükəsiz yerə tökülməlidirlər.


Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin