3. Yanğın avtomatikası qurğuları
3.1. Yanğın avtomatikası qurğularına aşağıdakılar aiddir:
a) su və köpük yanğın söndürmənin sprinkler və drençer qurğuları;
b) qaz və aerozol yanğınsöndürmənin stansionar qurğuları;
v) yanğın və birləşdirilmiş keşikçi-yanğın siqnalizasiyasının avtomatik qurğuları;
3.2. Yanğın avtomatika qurğularını buraxan zavodların texniki sənədləşdirilməsinə əsasən, müəssisədə həmin qurğulara xidmət edən heyət üçün qurğuların istismarına dair təlimatlar işlənib hazırlanmalıdır.
3.3. Hər müəssisədə qurğuların keyfiyyətli surətdə istismar edilməsi üçün rəhbərlik tərəfindən əmrlə aşağıdakı heyət təyin edilməlidir:
3.3.1. Qurğuların istismarına, habelə xidmət göstərən operativ heyətin öyrədilməsinə cavabdehlik daşıyan vəzifəli şəxs;
3.3.2. Qurğulara texniki xidmət göstərən və onları təmir edən xidmət heyəti;
3.3.3. Qurğuların iş qabiliyyəti vəziyyətinə gecə-gündüz nəzarət edilməsi üçün operativ heyət (növbətçi).
3.4. Qurğulara öz qüvvəsi hesabına xidmət göstərmək və xidmət heyəti saxlamaq imkanı olmayan müəssisələr planlı surətdə texniki xidmətin göstərilməsi üçün ixtisaslaşdırılmış təşkilatlar ilə müqavilə bağlamalıdırlar.
3.5. Texniki xidmət və təmir işlərinin ixtisaslaşdırılmış təşkilatlar tərəfindən aparıldığı zaman bu işlərin keyfiyyətli surətdə yerinə yetirilməsinə nəzarət edilməsini, müəssisədə qurğuların istismarına cavabdehlik daşıyan vəzifəli şəxslər həyata keçirirlər.
3.6. Qurğuların istismarına cavabdehlik daşıyan vəzifəli şəxs aşağıdakıları təmin etməlidir:
3.6.1. Vaxtlı-vaxtında texniki qulluğun göstərilməsi və planlı-ehtiyat təmirlərinin aparılması yolu ilə qurğuların daima işə yararlı vəziyyətdə saxlanılmasını;
3.6.2. Operativ və xidməti heyətin öyrədilməsini, habelə mühafizə olunan otaqlarda işləyən fəhlə və qulluqçuların təlimatlandırılmasını;
3.6.3. Lazımi istismar və texniki sənədləşdirmənin işlənib hazırlanmasını;
3.6.4. Qurğuların nasazlığı və ya sıradan çıxdığı hallarda Dövlət Yanğın Nəzarəti Orqanlarına məlumat verilməsini.
3.7. Qurğunun nasazlığını aşkar edən operativ və xidməti heyət bu haqda dərhal qurğunun istismarına cavabdehlik daşıyan şəxsə xəbər verməli və aşkara çıxarılan nöqsanların aradan qaldırılması üçün tədbirlər həyata keçirməlidir.
3.8. Xidməti heyət, qurğulara texniki xidmət üzrə reqlament işlərinin və onların istismarına dair sənədləşdirmənin aparılmasına cavabdehlik daşıyırlar.
3.9. Qurğunun cərəyan mənbəyindən ayrılması ilə əlaqədar aparılan texniki xidmət, yaxud təmir işləri dövründə müəssisənin müdiriyyəti qurğuların qoruduğu binaların (aparatların) yanğın təhlükəsizliyini təmin etməli və bu barədə yanğın təhlükəsizliyi xidmətinə məlumat verməlidir.
3.10. Mexaniki zədə ala bilən yerlərdə quraşdırılan yanğın avtomatikasının sulama və xəbərverici cihazları xüsusi qurğularla mühafizə edilməlidir.
3.11. Yanğın — qəbul nəzarətedici və keşikçi yanğın nəzarət cihazları vəzifə borcuna görə siqnallarını qəbul edib, yanğın təhlükəsizliyi xidmətinin çağrılması həvalə edilmiş şəxslərin gecə-gündüz olduğu otaqlarda qurulmalıdır. Sprinkler və drençer sistemlərinin qəbul-nəzarət cihazlarının yanğın və keşikçi yanğın siqnalizasiyası sistemlərinə xidmət göstərən növbətçi heyətə qəbul cihazlarını nəzarətsiz buraxmaq, habelə növbə çəkdikləri zaman yatmaq qadağan edilir.
3.12. Dispetçer məntəqəsində və siqnalizasiyanın qəbul cihazları qoyulan otaqlarda yanğın baş verməsi və qurğunun nasazlığı haqqında həyəcan siqnallarının alındığı zaman növbətçinin hərəkət qaydalarına dair təlimat asılmalıdır.
3.13. İşə salma qurğularının, əsas və ehtiyat nasoslarının, nəzarət işəsalma klapanlarının və s. avadanlığın yerləşdiyi yanğınsöndürmə stansiyasının otağı qıfıllanmalı, açarlar isə operativ (növbətçi) və xidməti heyətdə olmalıdır. Bu otağa daxil olmaq üçün giriş yolu «yanğınsöndürmə stansiyası» sözləri yazılmış işıqlandırıcı lövhə ilə işarələndirilməlidir.
3.14. Qurğu ilə mühafizə edilən otaqlarda işləyən şəxslər üçün qurğunun işə düşməsi haqqında siqnal verilən zaman onların hərəkətinə və köçürmə qaydasına dair təlimat asılmalıdır.
3.15. Keşikçi-yanğın siqnalizasiya qurğularındakı yanğın xəbərverici cihazları bütün gün ərzində iş rejimində olmalıdır.
3.16. Yanğın avtomatikasının istismar prosesində aşağıdakılar qadağandır:
3.16.1. Yanğınsöndürmə qurğusunu avtomatik idarə etmə üsulundan əl vasitəsi ilə idarə etmə üsuluna keçirmək;
Müstəsna hallarda, yanğınsöndürmə qurğularının avtomatik idarə etmə üsulundan əl vasitəsi ilə idarəetmə üsuluna keçirilməsi tələb olunduğu zaman bu haqda obyekt rəhbərinə və yanğın təhlükəsizliyi xidmətinə xəbər verilməlidir.
3.16.2. Açılmış və nasaz sulama çiləyicilərinə mantar (probka) və pərçimlər taxmaq;
3.16.3. Nəzarət-siqnal qurğularına və cihazlarına yanaşmaq yollarını əşyalarla tutmaq;
3.16.4. Sulama çiləyicilərindən, ən azı 0,9 m. xəbərverici cihazlardan 0,6 m məsafədə materiallar yığmaq;
3.16.5. Qurğuların boru kəmərlərindən hər hansı avadanlığın asılması və ya birləşməsi üçün istifadə etmək;
3.16.6. İstehsal avadanlığını və sanitar cihazlarını qurğunun qidalandırıcı boru kəmərinə birləşdirmək;
3.16.7. Kilid armaturasını və başlıq (flyans ) birləşmələrini qidalandırıcı və bölüşdürücü boru kəmərinə birləşdirmək;
3.16.8. Nasaz xəbərverici cihazlar əvəzinə başqa tipli yaxud başqa iş prinsipli xəbərverici cihazlar qurmaq, habelə qurulduğu yerdə xəbərverici cihazın olmadığı hallarda birləşmə şleyfini qapamaq.
Dostları ilə paylaş: |