4. Təmir-tikinti işlərində yanğın təhlükəsizliyi tələbləri
4.1. Binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması üçün hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır.
4.2. İstehsalat avadanlıqlarının quraşdırıldığı və təmir edildiyi elektrik qaz-qaynaq və digər odla əlaqədar işlərin aparıldığı zaman yanğın təhlükəsizliyi tədbirlərinin təmin edilməsinə görə məsuliyyət həmin işlərin həyata keçirildiyi ticarət, ictimai iaşə müəssisələrinin, baza və anbarların rəhbərlərinin üzərinə düşür.
4.3. Ticarət, ictimai iaşə müəssisələri, baza, anbar və digər obyektlərin rəhbərləri və mühəndis-texniki əməkdaşları qaynaq və digər od işləri aparıldığı zaman yanğın təhlükəsizliyi qaydalarının tələblərini həm özləri yerinə yetirməli, həm də tabeçiliyində olan əməkdaşlar tərəfindən bu qaydalara ciddi riayət olunmasına nəzarət etməlidirlər. Həmin qaydalara müvafiq olaraq elektrik qaz qaynaqçıları qaynaq işlərinin aparılması üçün müəssisə rəhbərindən yazılı şəkildə icazə almalıdırlar.
4.4. Yanğın baş verməsi imkanlarının qarşısını ala bilən tədbirlər görülmədən texnoloji avadanlığı quraşdırmaq və təmir etmək, habelə od təhlükəli işlərin görülməsi qadağan edilir.
4.5. İş vaxtını dayandırmadan ticarət zallarının, binaların və sahələrin təmiri zamanı müəssisənin rəhbərliyi həmin dövr üçün yanğın təhlükəsizliyi tədbirlərini gücləndirmək planını tərtib etməlidir.
Təmir edilən sahələr yanmaz arakəsmələr, yaxud lövhələr vasitəsi ilə müəssisənin işləyən sahələrindən təcrid edilməlidir. Bir şərtlə ki, təmir edilən binalardan adamların köçürülməsi üzrə təhlükəsizlik tədbirlərinin tələbləri pozulmasın.
4.6. Müəssisənin rəhbəri (baş mühəndis, mühəndis), habelə binanın, anbarın yaxud sahənin yanğın təhlükəsizliyinə cavabdehlik daşıyan digər vəzifəli şəxslər od vasitəsi ilə, yaxud yanğın cəhətdən təhlükəli sayılan digər müvəqqəti işlərin aparıldığı yerlərdə işlər qurtardıqdan sonra 3-5 saat ərzində diqqətlə yoxlanılmasını təmin etməlidirlər.
4.7. İşləyən soyuducu qurğuların boru kəmərlərində qaynaq işlərinin aparılmasına yanğın nəzarəti orqanının nümayəndəsi ilə razılaşdırılaraq yazılı şəkildə icazə almaqla yalnız cərəyandan ayrılmış və amonyakdan azad edilmiş (hava üfürməklə) aparatlarda və boru kəmərləri sahələrində icazə verilir. Bu şərtlə ki, bütün qonşu aparatların zədələnmələrdən qorunması üçün müvafiq tədbirlər həyata keçirilsin. Bu işlər aparılan zaman pəncərələr və qapılar açıq olmalı, yaxud qəza havadəyişmə qurğuları fasiləsiz işləməlidir.
4.8. Yanar lak, yapışqan və mastika tətbiq edilməklə döşəmələrə örtük çəkilməsi və otaqların bəzədilməsi işlərinin aparıldığı zaman bilavasitə təmir-tikinti işləri ilə əlaqəsi olmayan adamların orada olmasına icazə verilmir. Bir otaqda lak, boya, mastika, yapışqan və digər yanar materiallar tətbiq edildiyi zaman eyni vaxtda elektrik-qaynaq işlərinin aparılması qadağandır.
4.9. Təmir-tikinti işləri qurtardıqdan sonra otaqlarda oksigen və yanar qazlar dolu balonların saxlanılması qadağandır. Belə balonlar onların daimi saxlandığı yerə aparılmalıdır.
4.10. Təmir edilən bina və otaqlar daim təmiz saxlanılmalıdır. Tikinti tullantıları (meşə materialları, qırıntıları, talaş, yonqar və s.) hər gün işin aparıldığı yerlərdən xüsusi ayrılmış yerlərə daşınmalıdır.
4.11. Binalar təmir edildiyi zaman taxtabənd və ayaqlıqlar köçürmə yollarında yanğın təhlükəsizliyi tələblərinə müvafiq qurulmalıdır.
4.12. Üç və daha çox mərtəbəli binalar təmir edildiyi zaman, bir qayda olaraq metal-bəndlər inventarı tətbiq edilməlidir. Binaların tikinti taxtabəndlərinin hər 40 metr perimetrinə bir nərdivan, yaxud pilləkən qurulmalıdır, bununla belə bütün bina üçün nərdivanların sayı iki ədəddən az olmamalıdır.
4.13. İstehlakçıların ticarət və ictimai iaşə müəssisələrində mövcud olduğu zaman orada açıq oddan istifadə etməklə təmir işlərinin aparılması qadağan edilir.
Dostları ilə paylaş: |