Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi


Elektrik qurğularının istismar edilməsi



Yüklə 406 Kb.
səhifə7/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   23
tic mues teh qay

3.5. Elektrik qurğularının istismar edilməsi

3.5.1. Ticarət, ictimai iaşə müəssisələrində, bazalarda və anbarlarda istifadə edilən elektrik şəbəkələri və elektrik avadanlıqları qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməlidir.

3.5.2. hər müəssisədə elektrik qurğularının istismarı vəziyyətinə cavabdeh şəxs təyin edilməlidir. Xırda ticarət və ictimai iaşə müəssisəsinin rəhbəri elektrik avadanlığının və elektrik şəbəkəsinin texniki istismarını və texniki qulluğunu ixtisaslaşdırılmış təşkilatlarla müqavilə yolu ilə təmin etməlidir.

3.5.3. Elektrik qurğularının vəziyyətinə cavabdeh olan şəxslər borcludurlar:

3.5.3.1. Elektrik avadanlıqlarının və elektrik şəbəkələrinin vaxtında profilaktiki baxışını və planlı-xəbərdaredici təmirinin təşkili, habelə yanğın və alışma törədə bilən hallarının vaxtında aradan qaldırılmasını təmin etmək;

3.5.3.2. Zonaların və ətraf mühit şəraitinin yanğın və partlayış təhlükəli təsnifatından asılı olaraq kabel, elektrik naqillərinin, mühərriklərinin, işıqlandırıcılarının və digər elektrik avadanlıqlarının düzgün seçilməsinə nəzarət etmək;

3.5.3.3. Qısa qapanmalardan, artıq yüklənmələrdən, artıq daxil və atmosfer gərginliklərindən və s. pozuntulardan mühafizə aparatlarının saz olmasına müntəzəm surətdə nəzarət etmək.

3.5.3.4. Bütün elektrik qurğularının yanğın və alışmaya gətirib çıxaran təhlükəli amillərdən mühafizəedici aparatı olmalıdır.

3.5.5. Əriyən qoruyucu taxtalar kalibrləşdirməli və damğasında taxmanın nominal cərəyanı göstərilməlidir. Avtomatların və əriyən taxmaların nominal cərəyanı, cərəyan yükünə uyğun olmalıdır.

3.5.6. Məftil və naqillərin, uc və şaxələrinin birləşdirilməsi, yanğın baxımından təhlükəli olan keçici müqavimətin törənməməsi üçün qaynaq, lehim və ya xüsusi sıxaclar vasitəsi ilə həyata keçirilməlidir.

3.5.7. Müvəqqəti elektrik şəbəkələrinin qurulmasına və istismar edilməsinə yol verilmir. Tikinti və müvəqqəti təmir-quraşdırma işlərinin aparıldığı yerlərdə işıq cihazlarını qidalandıran çıraqban (ilüminasiya) qurğuları və elektrik şəbəkəsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qurulmalıdır.

3.5.8. Gəzdirilən elektrik işıqlandırıcıları qoruyucu şüşə qapaqlarla və metal torla təchiz edilməlidir. Belə elektrik işıqlandırıcıları və digər gəzdirilən və ya səyyar elektrik aparatları üçün mis damarlı, rezin izolyasiyalı qılafda olan, ətraf mühitə davamlı, elastik naqillər tətbiq edilir. Gəzdirilən işıqlandırıcıların qoşulmasında ştepsel razetkası olan şaxəli qutulardan istifadə edilməsi nəzərdə tutulmalıdır.

3.5.9. Yanar dam örtüyü olan anbarların, habelə meşə materialları və yanar materiallar qalaqlarının üstündən elektrik enerjisinin hava ötürücü xəttlərinin çəkilməsinə və çöl elektrik xəttlərinin qurulmasına icazə verilmir.

3.5.10. Yanar materialların, yanar qablaşdırmada olan malların 1000V gərginlikli elektrik ötürücüsü hava xəttlərinə 17 metr məsafədən yaxın yığılmasına icazə verilmir.

3.5.11. Yanar materialların və ya yanar qablaşdırmada olan malların mövcud olduğu ticarət və anbar otaqlarında, habelə köməkçi otaqlarda və sənaye, kitab mağazalarının piştaxtalarında elektrik işıqlandırıcıları (lampalar) qapalı, yəni şüşə qapaqlı olmalıdır.

3.5.12. İşıqlandırıcı elektrik şəbəkəsi elə quraşdırılmalıdır ki, lampalar yanar materiallardan hazırlanmış, tikinti konstruksiyalarının səthindən ən azı 0,2 m, mağaza və anbar otaqlarındakı mallardan və taradan ən azı 0,5 m məsafədə olsunlar.

3.5.13. Elektrik mühərrikləri müntəzəm olaraq yağlanmalı və yanar tozdan təmizlənməlidir. Elektrik mühərriklərinin üstlərini hər hansı materialla örtmək qadağandır.

3.5.14. İş şəraitinə görə normal qığılcım saçan hissələri olan elektrik mühərrikləri yanar maddələrdən 1 m aralı yerləşdirilməli, yaxud yanmaz ekranla həmin maddələrdən ayrılmalıdır.

3.5.15. Elektrik qurğularının istismarı zamanı qadağan edilir.

3.5.15.1. İzolyasiyası zədələnmiş, yaxud qoruyucu xassələrini itirmiş naqillərdən və məftillərdən istifadə etmək;

3.5.15.2. Anbar və mağazalarda yemək bişirilməsi üçün məişət elektrik qızdırıcı cihazlardan istifadə etmək;

3.5.15.3. Otaqların isidilməsi üçün qeyri-standart elektrik qızdırıcı sobalardan, yaxud elektrik közərmə lampalarından istifadə etmək;

3.5.15.4. Sonluqları izolə edilməmiş elektrik naqillərini və məftillərini gərginlik altında saxlamaq;

3.5.15.5. Zədələnmiş (nasaz) rozetkalardan, şaxələndirmə qutularından, ayırıcı açarlardan (rubilniklərdən) və digər elektrik qurğu məmulatlarından istifadə etmək;

3.5.15.6. Elektrik naqillərini düyünləmək və burmaq, habelə naqilləri və işıqlandırıcıları tarım dartmaq, çıraqbanları (açıq lampadan başqa) sərbəst elektrik naqillərindən asılı vəziyyətdə saxlamaq və ya asmaq;

3.5.15.7. Paltar və ya digər əşyaların asılması üçün açar, ştepsel və diyircəkdən istifadə etmək, habelə elektrik naqilləri sahəsində kağız yapışdırmaq;

3.5.15.8. Elektrik lampalarına kağız, parça və digər yanar materiallar sarımaq;

3.5.15.9. Elektrik şəbəkəsi üçün radio və telefon məftillərindən istifadə etmək;

3.5.15.10. Elektrik cərəyanından mühafizəedici kimi kalibrləşdirilməmiş qoruyuculardan istifadə etmək;

3.5.16. Naqil və kabellərin izolyasiyasının vəziyyəti, izolyasiyalarının gərginliyə qarşı müqaviməti, birləşdirmə yerləri və qoruyucu torpaqlanmanın etibarlılığı, elektrik mühərriklərinin iş rejimi müəssisələrin elektrikləri tərəfindən xarici baxış keçirilməli və cihazlar vasitəsi ilə yoxlanılmalıdır. Elektrik qurğularının müayinəsinin nəticələri, aşkar edilən nasazlıqlar və görülən tədbirlər operativ jurnalda qeydə alınmalıdır:

3.5.17. Növbətçi işığın, avtomatik yanğınxəbərverici və söndürücü qurğuların həmçinin qidalandırılması üçün müstəqil elektrik şəbəkəsi nəzərdə tutulmalıdır.

3.5.18. Mütxəlif cərəyan qəbulediciləri yenidən hər dəfə dövrəyə qoşularkən, elektrik şəbəkəsinin buraxılış qabiliyyəti nəzərə alınmalıdır.

3.5.19. Nasaz elektrik avadanlıqları və aparatlar yanğın təhlükəsizliyi vəziyyətinə gətirilənə qədər şəbəkədən ayrılmalıdırlar.

3.5.20. İşdən sonra bağlanan və nəzarətsiz qalan bütün otaqlarda (onların təyinatından asılı olmayaraq) bütün elektrik qurğuları şəbəkədən ayrılmalıdır. Anbar otaqlarının elektrik qurğularını, binanın xaricində yanmayan divar üzərində plomblana bilən, yaxud nəzarət qıfılı ilə bağlanan ayrıca dayaq üzərində quraşdırılmış ümumi ayırıcı aparatları olmalıdır.

3.5.21. Bilavasitə ticarət zallarında və anbarlarda ütülərdən istifadə etmək qadağan edilir. Paltarların ütülənməsi üçün xüsusi otaq (yer) ayrılmalıdır. İşdən sonra ütülər saxlanılması üçün yanğın təhlükəsizliyinə cavabdeh olan şəxsə imza çəkdirməklə təhvil verilməlidir.

3.5.22. Yemək bişirilməsi üçün məişətdə tətbiq edilən elektrik qızdırıcı cihazlardan istifadə edilməsi və digər məqsədlər üçün anbarlarda və ticarət zallarında ştepsel razetkalar qurmaq qadağan edilir. Radio elektrik mallarının texniki vəziyyətini yoxlamaq üçün bu malların satıldığı mağazaların bölmələrində razetka quraşdırılmasına icazə verilir.

3.5.23. İctimai iaşə müəssisələrində və mağazalarda mövcud qəza işıqlandırıcıdan növbətçi işıqlandırma kimi istifadə edilməsinə icazə verilmir.

3.5.24. Xırda ticarət müəssisələrinin (köşk, dükan) çox böyük olmayan otaqların isidilməsi üçün fərdi elektrik qoruyucusu və saz tənzimləyicisi olan yağ elektrik radiatorlarından və qızdırıcı elektrik lövhələrdən istifadə edilməsinə icazə verilir.

3.5.25. İsitmə qurğularında hər hansı nasazlıq, habelə temperatur rejiminin pozulması, yaxud termo-tənzimləyicisinin nasazlığı aşkar edildikdə dərhal şəbəkədən ayrılmalı və bu barədə qurğunun istismarına cavabdeh olan şəxsə xəbər verilməlidir.

3.5.26. Yağ radiatorlarının, elektrik lövhələrin qidalandırılması üçün işəsalma və müdafiə qurğusu olan müstəqil elektrik şəbəkəsi nəzərdə tutulmalıdır;

3.5.27. Anbarlar, ticarət və ictimai iaşə müəssisələri elektrik enerjisinin kəsilməsi ehtimalına qarşı elektrik fənərləri ilə təchiz edilməlidir.


Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin