Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi



Yüklə 406 Kb.
səhifə3/23
tarix02.01.2022
ölçüsü406 Kb.
#45088
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   23
tic mues teh qay

2.2. Bina və otaqların saxlanılması:

2.2.1. Ticarət, anbar, istehsalat, inzibati, məişət, əlavə və köməkçi otaqlar daim təmiz vəziyyətdə saxlanılmalıdır.

2.2.2. Binaların, layihələrində nəzərdə tutulmuş ağac konstruksiyalarının odadavamlıq emalı hər il keyfiyyət cəhətdən yoxlanılmalı və lazım gəldikdə yeniləşdirilməlidir.

2.2.3. Malların saxlanılması üçün çardaq otaqlarından istifadə edilməsinə, habelə çat dartıcılarında döşənək qurub onun üzərinə hər hansı materialın yığılmasına icazə verilmir. Çardaq otaqlarının pəncərələrinə şüşə salınmalı və daim örtülü olmalıdır.

2.2.4. Çardaq otaqlarının qapıları bağlı saxlanılmalı, onların qıfıllarının açarları günün istənilən vaxtında asanlıqla götürülə bilən müəyyən edilmiş yerdə saxlanılmalıdır. Çardaq otağının qapısında açarların saxlandığı yer barədə yazılı lövhə olmalıdır.

2.2.5. Daxili divarlarda və mərtəbələrarası örtüklərdə texnoloji və qapı oyuqlarının yanğına qarşı qurğuları (yanğına qarşı qapılar, baca qapıları, su pərdələri və s.) daim işə yararlı vəziyyətdə olmalıdır. Yanğına qarşı sədlərin müxtəlif kommunikasiya qurğuları ilə kəsişdiyi yerlərdə onların və tikinti konstruksiyaları arasındakı boşluqlar kip tutulmalıdır ki, oradan yanma məhsulları keçə bilməsin.

2.2.6. Binaların tikinti konstruksiyalarının suvağının qoruyucu qatı, yaxud yanğından müdafiə örtükləri istismara yararlı vəziyyətdə saxlanılmalıdır.

2.2.7. Mallar yığılan zaman odsöndürən vasitələrin və alışmanın eynilik əlamətləri nəzərə alınmaqla maddə və materialların birgə saxlanılması qaydalarına riayət edilməlidir.

Malların rəfsiz saxlanılması zamanı onlar ştabellərə yığılmalıdır. Ştabellərin arasında keçid yollarının eni 0,8 metrdən az olmamalıdır. Anbar otaqlarında qapı oyuqlarının qarşısındakı keçid yollarının eni qapıların enindən az olmamalıdır. Keçid yollarının eni və mal yığılan yerlər döşəməyə çəkilmiş aydın görünən məhdudiyyət xəttləri ilə işarələnməlidir.

2.2.8. Bütün mağaza, ictimai iaşə müəssisələri, baza və anbar otaqları 1 saylı qoşmada göstərilən ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

2.2.9. Anbar, ticarət otaqlarında və onların ərazilərində siqaret çəkilməsi qadağan edilir. Siqaret çəkilməsinə yalnız yanğınsöndürmə vasitələri ilə təmin edilmiş xüsusi ayrılmış yerlərdə icazə verilir. Bu yerlərdə Dövlət Standartının tələblərinə əsasən, müvafiq göstərici nişanlar olmalıdır.

2.2.10. Siqaret çəkilməsi qadağan edilmiş otaqlarda və ərazilərdə gözə çarpan yerlərdə qadağanedici nişanlar asılmalıdır.

2.2.11. Çöl yanğın pilləkənləri, həmçinin binaların dam örtüyündəki təhlükəsizlik çəpərləri saz vəziyyətdə saxlanılmalıdır.

2.2.12. İstifadə edilmiş silgi materialları üçün qapağı kip bağlanan metal yeşiklər qoyulmalıdır. İş qurtardıqdan sonra yeşiklər silgi materiallarından azad edilib, təmizlənməlidir.

2.2.13. Yağ, lak, boyaqla işləyən şəxsin xüsusi geyimi bu məqsəd üçün xüsusi ayrılmış yerdə qoyulan metal şkafda saxlanılmalıdır.

2.2.14. Ticarət, ictimai iaşə müəssisələrin baza və anbarlarının binalarında qadağan edilir:

2.2.14.1. Müəyyənləşdirilmiş qaydada yenidən qurma layihəsi işlənib hazırlanmadan və Dövlət Yanğın Nəzarəti Orqanı ilə razılaşdırılmadan otaqları yenidən planlaşdırmaq və bu zaman tikinti materiallarının odadavamlılıq həddinin aşağı düşməsinə və insanların köçürülmə şəraitinin pisləşməsinə yol vermək;

2.2.14.2. Binaların (odadavamlılıq üzrə dərəcəli binalardan başqa) dəhlizlərində, pilləkən qəfəsələrində, vestibüllərdə və xollarda konstruksiyaların səthlərinə yanar materiallardan bəzək üzlüyü çəkmək;

2.2.14.3. Qığılcım tutan qurğu ilə təmin olunmayan daxili yanma mühərrikli avtomobilləri, avtomatik yük vuran maşınları və s. nəqliyyat vasitələrini istismar etmək;

2.2.14.4. Benzin, ağ neft və digər asan alışan və yanar mayelərlə otaqları yumaq;

2.2.14.5. Yanar sobaları, elektrik şəbəkəsinə qoyulmuş qızdırıcı cihazları, kassa aparatlarını, hesablama və yazı maşınlarını, radioqəbulediciləri, televizorları və s. nəzarətsiz qoymaq;

2.2.14.6. Müxtəlif mühəndis şəbəkələrinin donmuş borularını lehimləmə lampaları və açıq oddan istifadə etməklə və ya digər üsullarla qızdırmaq;

2.2.14.7. Piştaxtaları olan mağazaların ticarət zallarında mal yığmaq və saxlamaq;

2.2.14.8. Pəncərələrdə metal barmaqlıqlar quraşdırmaq; Anbarlarda qiymətli malların etibarlı qorunub saxlanılması üçün çıxarılıb taxılan, yaxud açılıb örtülən barmaqlıqların quraşdırılmasına icazə verilir.

2.2.15. Baza və anbarların ərazilərində yerləşən binalarda xidməti heyətin və digər şəxslərin yaşayışı qadağandır.

2.2.16. Tüstünün kənar edilməsi üçün zirzəmi mərtəbələrinin anbar otaqlarında quraşdırılmış pəncərə ovuqları təmiz saxlanılmalı, pəncərələrin şüşələri bütöv olmalı, pəncərə ovuqlarında və pəncərələrdə kar metal barmaqlıqların quraşdırılmasına, habelə pəncərə ovuqlarına kərpic yığılmasına yol verilmir.

2.2.17. Yanar tikililərdə küllü miqdarda qiymətli malların saxlanıldığı zaman müəssisələrin rəhbərləri həmin obyektlərin yanğına qarşı mühafizəsinin yaxşılaşdırılması sahəsində əlavə tədbirlər (ağac konstruksiyaları odadavamlı məhlulla hopdurulmalı, yanğın siqnalizasiya sisteminin qurulması, qiymətli malların saxlanılmasının məhdudlaşdırılması, mühafizə xidmətinin gücləndirilməsi) həyata keçirilməlidir.


Yüklə 406 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin