267
сборнике стихов «Моабитская тетрадь», написанном сражавшимся во время
второй мировой войны в рядах советской армии и сидевшем в немецком
плену в застенках Моабита Мусой Джалилом. В статью включено и
посвящённое Мусе Джалилу стихотворение С.Вургуна, считавшего Джалила
вершиной татарской поэзии.
Ключевые слова:
Муса Джалил, Самед Вургун,
стихотворение,
родина, татарская литература
XX əsr tatar ədəbiyyatında
lirik şeirlər, epik poemalar, librettolar,
felyetonlar, publisistik əsərlər və s. müəllifi kimi şöhrət tapmış Musa Cəlil öz
əməlləri ilə qəhrəmanlıq, dözüm və Vətənə sədaqət simvoluna çevrilmişdir. Onun
lirikası tatar poeziyasının zirvəsi hesab olunur. 38 illik qısa ömründə ölməz əsərlər
yaradan Musa Cəlil Tatar ədəbiyyatı nümayəndələrinin ilham mənbəyi olmuşdur.
Bütün ömrünü ədəbiyyata həsr edən Musa Cəlil hələ 10 yaşında
ikən şeir
yazmağa başlamışdır. Təəssüf ki, bu şeirlər dövrümüzə qədər gəlib çatmamışdır.
Şair əsərlərini doğma dili olan tatar dilində yazırdı. Çox da böyük oxucu kütləsinə
sahib olmayan şair tezliklə popıulyarlıq qazandı. Musa Cəlilin fikirləri, ədəbi
üslubu
həm müasirlərinə, həm də özündən sonra gələn ədəbiyyatşünaslara öz
təsirini göstərmişdir.
Alman faşistləri o zamankı Sovetlər birliyinə hücum edərkən, hamı kimi
tatar xalqının mərd oğlu, şair Musa Cəlil də cəbhəyə yollanmış və almanlara qarşı
həm odlu-alovlu şeirləri, həm də süngüsü ilə qəhrəmancasına vuruşmuşdur.
Qələbəyə inam,
düşmənə nifrət, vətənpərvərlik, xalqlar dostluğu kimi yüksək
ideyaları özündə əks etdirən şeirlər yazan Musa Cəlil əsir düşmüş, bir ilə yaxın
Moabit zindanında saxlanılmış, nəhayət, 1944-cü ilin yanvar ayında edam
olunmuşdur. Faşistlər
ona cismən qalib gəlsələr də, mənən qalib gələ bilmədilər.
Musa Cəlilin özü doğma vətəni Qazana qayıtmasa da, Moabit həbsxanasında
yazdığı nəğmələrinin yurduna gəlib çıxmasının qarşısını heç kəs ala bilməmişdi.
Mübariz şair həmin şeirlərini yazdığı dəftərdə onu tapan şəxs üçün belə bir
vəsiyyət etmişdir: “Sən ey tatar dilini bilən və bu dəftərçəni oxuyacaq dostum!
Bunu tatar xalqının tanıdığı şair Musa Cəlil yazmışdır. Onu ölüm cəzasına
məhkum edəcəklər. O öləcək. Lakin onun zindanda yazdığı 115 şeir qalacaq. Əgər
bu dəftərçə sənin əlinə düşsə, səliqəylə,
diqqətlə üzünü köçür, onu qoru və
müharibədən sonra Qazan şəhərinə xəbər ver, onları tatar xalqının həlak olmuş
şairinin son şeirləri kimi çap etdir. Bu, mənim vəsiyyətimdir. Musa Cəlil. Dekabr.
1943”.
Bu dəftərdəki şeirlər məlum olandan sonra
böyük şairin odlu-alovlu
nəğmələri milyonların qəlbinə yol tapmış, şairə dünya şöhrəti qazandırmışdır. Bu,
1941-ci il iyunun 22-də "Vətənin keşiyində" adlı şeirində, –