269
Şairin çıxışı salondakılar tərəfindən böyük coşqu və gurultulu alqışlarla
qarşılanmışdır. Bundan riqqətə gələn şair “Bu
gün sizə söz verirəm ki, yaşımın
ötməsinə baxmayaraq, Musa Cəlilin kitabını Azərbaycan dilinə mən özüm tərcümə
edəcəyəm!”, – deyə tədbir iştirakçılarına söz versə də, çox təəssüflər olsun ki,
amansız ölüm şairə bu arzusunu yerinə yetirməyə imkan vermədi.
Böyük coşqu ilə nitq söyləyən Səməd Vurğun sonda o zaman üçün böyük
cəsarət tələb edən bir iş görür – özünə xas olan qürurla Musa Cəlilin əziz
xatirəsinə
həsr etdiyi şeirini Azərbaycan dilində oxuyur. Amansız bolşevik rejiminin türk
xalqlarına qarşı qəddarcasına münasibət bəslədiyi bir dövrdə bu cür cəsarəti yalnız
böyük Səməd Vurğun edə bilərdi və o, fürsətdən istifadə edərək,
böyük şərəflə
şeirini doğma dilində oxudu.
Elə bu səbəbdən də Səməd Vurğunun həmin şeiri Musa Cəlilin doğma vətəni
Tatarıstanda böyük maraqla qarşılanmışdır. Ə.Davıdov şeiri tatar dilinə tərcümə et-
miş və az müddətdən sonra 1954-cü ildə Qazanda çıxan “Sovet ədəbiyyatı” jurna-
lında dərc etdirmişdir [4, 44]. Sonralar (1957-ci ildə) bu şeir “Kızıl tan” (“Qızıl
səhər”) qəzetində yenidən çap olunmuşdur [5].
Azərbaycanda şairin həmin nitqinin səs yazısı qorunub saxlanılsa da, uzun
illər mətbuatda dərc olunmamışdır. Yalnız 1966-cı ildə, Musa Cəlilin anadan
olmasının 60 illiyi münasibətilə ilk dəfə “Ədəbiyyat və incəsənət” qəzeti şairin
“Mənim
şair dostum, mənim şair qardaşım” adlı nitqini və Azərbaycan dilində
söylədiyi həmin məşhur şeirini lentdən köçürərək dərc etmişdir [2]. Biz həmin şeiri
olduğu kimi yenidən təqdim etməyi məqsədəuyğun hesab edirik:
O gün ki, üstünü cəlladlar aldı,
Günahsız töküldü müqəddəs qanım.
Bizim dərdimizdir, yarımçıq qaldı
Sənin söz dastanın, həyat dastanın.
Biz səni sevirdik canla, ürəklə,
Çünki sən ürəklə sevirdin bizi.
Çalardın sazında minbir diləklə
Bizim eşqimizi, iradəmizi!
Qardaş! Sən ürəklə sevirdin bizi.
Yarandın, yaşadın şanlı bir gündə
Sözün ulduz-ulduz, çiçək-çiçəkdir.
Sina minnən xəbər kitersələr,
"Musa inde ülqən", -disələr, Sin ışınma, bəqırem!
Mondıy süzne
Duslar əytməc, sine söysələr.
270
Xatirən daima torpaq üstündə,
Yaşıl bir ot kimi göyərəcəkdir...
Sənin qəlbin kimi safdır, dümağdır
Vətən göylərinin ağ ulduzları
Adına nəğmələr oxuyacaqdır,
İdil yılğasının tatar qızları.
Mənim şair dostum, şair qardaşım!
Vüqarın böyükdür uca dağ kimi.
Sənin hünərinlə mənim də başım
Ucaldı göylərə bir bayraq kimi...
Neçə sərhəd aşır, el gəzir şeir,
Yurd salır neçə min ürəkdə, canda.
Sənə oğlum deyir, öz balam deyir,
Mənim ana yurdum Azərbaycan da!
Səməd Vurğunun həmin nitqini və oxuduğu şeirini “Ədəbiyyat və incəsənət”
qəzeti dərc etdikdən üç gün sonra Bakıda rus dilində nəşr edilən “Bakı fəhləsi”
(“Bakinskiy raboçiy”) qəzeti öz səhifəsində şairin həmin nitqindən bir hissəni dərc
etmişdir [6]. Şairin həmin nitqi zamanı oxuduğu şeiri onun sonralar nəşr edilmiş
kitablarına “Musa Cəlilə” adı ilə daxil edilmişdir [7, 223].
Musa Cəlil ölümündən sonra dövlət səviyyəsində tanındı. Xəyanətdə
günahlandırılan şairə Tatar lirikasının qayğıkeş pərəstişkarları
sayəsində layiq
olduğu ad verildi. Zaman keçdikcə, digər mükafatları və Sovet İttifaqı Qəhrəmanı
adına layiq görülən vətənpərvər üçün əsl abidə – namuslu adının qaytarılması onun
yaradıcılıq irsinə verilən ən yüksək qiymət oldu. Çünki illər keçməsinə
baxmayaraq, M.Cəlilin vətən haqqında, dostlar haqqında, sevgi haqqında şeirləri
hələ də öz aktuallığını saxlamqdadır.
Zaman keçəcək, nəsillər bir-birini əvəz edəcək. Onlar Musa Cəlilin odlu
nəğmələrini də, böyük Səməd Vurğunun ona həsr etdiyi məşhur şeirini də həmişə
əzəmətlə səsləndirəcək, onları ümumtürk birliyinin təntənəsinə çevirəcəklər.
Dostları ilə paylaş: