Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə132/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   128   129   130   131   132   133   134   135   ...   431
Anjuman Boku (6)

 
 
Azərbaycanın dünya ədəbiyyatına bəxş etdiyi görkəmli nümayəndə, dahi şair 
və mütəfəkkir Nizami Gəncəvi əsrlərdir ki maraqla oxunan, öyrənilən və aktual 
qalan, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini 
zənginləşdirən ecazkar söz sənəti incilərini ərsəyə gətirmişdir. Nizaminin əsərləri 


278 
ölkəmizdə və xaricdə qabaqcıl kitabxana və muzeylərin ən dəyərli resurslarından 
hesab edilir. Nizami irsi Azərbaycan ədəbiyyatının zənginliyini sübut edən 
mükəmməl dil, ədəbiyyat və mədəniyyət nümunəsidir. Mütəfəkkir şairin doğma 
şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri 
ucaldılmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və 
Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. 2006-cı 
ilədək dövriyyədə olan 500 manatlıq əsginaslarda Nizami Gəncəvinin portreti əks 
olunmuşdur. Sovet dövründə şairin yubileyi münasibəti ilə müxtəlif poçt markaları 
və açıqcalar da buraxılıb.
Dünya ədəbiyyatının klassiklərindən olan Nizaminin əsərləri öz təsirliyi, 
bədii obrazları, dramaturji əsası və son dərəcə melodikliyi ilə seçilir. Bunun təbii 
nəticəsidir ki, onun həyat və yaradılığı haqqında müxtəlif bədii və sənədli filmlər 
çəkilmişdir. Poemaları və lirikası əsasında Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət 
Əmirov, Cahangir Cahangirov, Əfrasiyab Bədəlbəyli və digər görkəmli 
bəstəkarlarımız ölməz musiqi əsərləri yaratmışlar.
Bakı 
metropolitenin bir 
stansiyası 
Nizaminin 
adını daşıyır. 
Metropoliteninin şöhrətini dünyaya tanıtdıran rəmzlərdən biri sənətkarın adını 
daşıyan bu stansiyadır. Stansiya təkcə Azərbaycan memarlığının deyil, eləcə də 
dünya təsviri sənəti və metro inşaatı sahəsində də öz unikallığı ilə seçilir. Dünya 
şöhrətli Mikayıl Abdullayevin kaşı daşlarından işlədiyi Nizaminin portreti və onun 
ölməz “Xəmsə”sinin motivləri əsasında işlənmiş 18 panno bu gün ölkəmizə gələn 
turistlərin də diqqətini özünə cəlb edən nadir sənət nümunəsidir.
2021-ci ildə dahi mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi 
tamam oldu. Bu münasibətlə 5 yanvar 2021-ci il tarixində qüdrətli söz və fikir 
ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər 
aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna 
əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilməsi 
haqqında Sərəncam imzalamışdır. 
Nizami ilə bağlı bu günə qədər ədəbiyyatşünaslar, tarixçilər, filosoflar, 
rəssamlar, heykəltəraşlar, musiqiçilər və.s tədqiqatlar aparmış, onun poeziyası və 
ədəbiyyatdakı uğurları haqqında bir çox dəyərli fikirlər irəli sürmüş, ölməz əsərlər 
yaratmışlar. Lakin bütün tədqiqatçılar Nizamini öz tədqiqat predmetlərinə uyğun 
dəyərləndirib təqdim etmişlər.
Paralel olaraq Nizami irsini bu hüdudlardan kənara çıxaran və fərqli formada 
təqdim edən sahələrdən biri kimi biblioqrafiyanı xüsusi vurğulamaq lazımdır. 
Məlum həqiqətdir ki, hazırda informasiya cəmiyyətində yaşayırıq. İnformasiya 
cəmiyyətində insan amili və informasiyanın keyfiyyətinin dəyişməsi ən mühüm 
məsələdir. İnformasiya həm şəxsi resurs, həm də əsas iqtisadi resurs hesab edilir. 


279 
Bu gün informasiya cəmiyyətində informasiya yeganə mənalı mənbə kimi qəbul 
edilir. Ənənəvi istehsal amilləri, yəni təbii ehtiyatlar, əmək və kapital itmir, arxa 
plana keçir. Bu istehsal amilləri bilik vasitəsilə əldə edilə bilən resurslardır. Burada 
məlumatın keyfiyyəti də önəmlidir. 
İnformasiya cəmiyyətinin ən xarakterik xüsusiyyəti ötürülən və əldə edilən 
informasiyanın həcmindəki radikal artımdır. Son 30 ildə dünyada istehsal edilən 
informasiyanın ümumi həcmi əvvəlki 5000 ildə istehsal olunan məlumatdan 
çoxdur. Bu gün yüksək tirajlı gündəlik qəzetin həftəlik sayındakı məlumat, XVII 
əsrdə orta insanın bir ömür boyu əldə edə biləcəyi məlumatdan daha çoxdur. 
Sözü gedən şəraitdə görkəmli mütəfəkkir Nizami Gəncəvi ilə bağlı ərsəyə gələn 
informasiya resurslarının həcmi də sürətlə artmaqdadır. Lakin kəmiyyətin çoxluğu 
heç də həmişə keyfiyyətdən xəbər vermir. Artan bu sənəd kütləsi içərisində ən 
sanballı və faydalı olanları seçmək və informasiya tələbatçılarına çatdırmaq isə 
sənədlərlə 
istifadəçilər 
arasında vasitəçilik funksiyasını yerinə yetirən 
biblioqrafiyanın öhdəsinə düşür.
İnsanlar təhsil və iş prosesində, qərar qəbul edərkən, hər hansı bir fəaliyyəti 
icra edərkən istiqamətləndirici, faydalı və problem həlledici məlumatlara ehtiyac 
duyurlar. Bu məlumatları ehtiva edən mənbələr soraq nəşrləri və sənədlər haqqında 
məlumatı özündə əks etdirən biblioqrafiyalardır. Bu nəşrlər əvvəldən axıra kimi 
oxunmaq üçün deyil, fərdin xüsusi tələbatlarına uyğun məlumatları ehtiva edən 
bölmələr üçün istifadə olunur.
Biblioqrafiya insan tələbatlarının müəyyən vasitələrlə ödənilməsini 
asanlaşdırmaq ideyasının praktiki nəticələrindən biridir. İstifadəçilər özlərinə lazım 
olan mövzularda sənədlərin adlarını və biblioqrafiyadan istifadə etməklə bu 
sənədlərin məzmunu ilə bağlı məlumatları bilməyə ehtiyac duyurlar. Əslində 
biblioqrafiyanın əsas məqsədi müəyyən vasitələrlə insanların həyatını 
asanlaşdırmaq ideyasıdır. Biblioqrafiya istifadəçilərin kitabxana kitabxana gəzərək 
vaxt itirməsinin qarşısını alır, işin lap əvvəlində istinadların müəyyən edilməsində 
problemlərin ortaya çıxmasının qarşısını alır, rahatlıq və asanlığı təmin edir, vaxt 
itirilməsinin qarşısını alır, əmək və pula qənaət edir. 
Xüsusilə son əsrdə nəşriyyat biznesinin inkişafı, sənədlərin çoxalması 
insanın hansısa mövzu və ya müəllif haqqında hər şeyi bilməsini mümkünsüz edib. 
Beləliklə, hər bir mövzu üzrə müxtəlif aspektlərdə hazırlanmış biblioqrafiyalar 
tədqiqatı asanlaşdıran və səmərəli edən əsas mənbələrə çevrilmişdir.
Biblioqrafik mənbələr birbaşa informasiyanı çatdırmayan lakin axtarılan 
məlumatı təklif edən müxtəlif növ informasiya mənbələrinin mövcudluğu barədə 
xəbərdar olmağa imkan verən ikinci dərəcəli mənbələrdir. 


280 
Biblioqrafiya 
əhatə 
etdiyi 
informasiya 
mənbələrinin 
təsviri 
məlumatlarını/biblioqrafik identifikasiyasını verən və istifadəçini orijinal mənbəni 
əldə etmək üçün istiqamətləndirən resurslardır.
Biblioqrafiya çap və ya elektron ola bilər. Çap formasında olan biblioqrafik 
resurslar adətən müxtəlif tipli və növlü biblioqrafik vəsaitlərdən ibarətir. Bunlar 
ehtiva etdikləri informasiya mənbələrinin biblioqrafik identifikasiyasını verir. 
Verilənlər bazaları da elektron biblioqrafiya və/ və ya kataloqların elektron 
versiyasıdır. Bəzi verilənlər bazaları istifadəçiləri yalnız biblioqrafik informasiya 
ilə təmin etdikləri halda digərləri xülasə və/ və ya tam mətni də təqdim edir. 
Biblioqrafiya xüsusiyyətləri, tərtib metodları, vaxt və əhatə dairəsi 
baxımından müxtəlif növlərə ayrılır. 
Azərbaycan milli biblioqrafiyası çox zəngin vəsaitlər sisteminə malikdir və 
bu sistem xalqımızın mədəni-mənəvi sərvəti olan müxtəlif növ məqsəd və oxucu 
istiqamətli çap əsərlərini özündə əks etdirir. Biblioqrafik vəsaitlər sisteminin sabit 
və uzunmüddətli tərkib hissələrindən biri də şəxsi biblioqrafik informasiya 
mənbələridir. 
Şəxsi biblioqrafik göstəricilərin tərtibində M.F.Axundov adına Azərbaycan 
Milli Kitabxanası və AMEA-nın Mərkəzi Elmi Kitabxanasının xidmətləri 
böyükdür. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının çoxşaxəli 
biblioqrafik fəaliyyətinin mühüm istiqamətini şəxsi elmi-köməkçi xarakterli 
biblioqrafik vəsaitlərin tərtibi və nəşri təşkil edir. 
Şəxsi biblioqrafik vəsaitlər mühüm informasiya potensialına malikdir. Belə 
vəsaitlər elm, mədəniyyət, incəsənət, iqtisadiyyat, siyasət, tibb, texnologiya və 
digər sahələrin tanınmış şəxsiyyətlərinə həsr olunur, onların həm öz əsərləri, həm 
də haqqında yazılmış əsərlər haqqında biblioqrafik informasiya verir. Bir şəxs 
haqqında o zaman şəxsi göstərici tərtib edilə bilər ki, həmin şəxs zəngin 
yaradıcılığa malik olsun.
Şəxsi biblioqrafiyanın bilavasitə obyekti müəyyən şəxsin 
əsərləri və onun haqqında ədəbiyyatdır.
Şəxsi biblioqrafik göstəricilərin yaradılması sahəsində artıq respublikamızda 
kifayət qədər təcrübə qazanılmışdır. İlk olaraq Azərbaycan Milli Elmlər 
Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycanın elm və 
mədəniyyət xadimləri” seriyası ilə 1965-ci ildən bu günə kimi çoxsaylı şəxsi 
biblioqrafik göstəricilər tərtib olunub nəşr edilmişdir. 2006-cı ildə M.F.Axundov 
adına Azərbaycan Milli Kitabxanasında “Azərbaycanın görkəmli şəxsiyyətləri” 
seriyasının əsası qoyulub.
Şəxsi biblioqrafik vəsaitlər içərisində öz mükəmməl tərtibat və metodikasına 
görə geniş informasiya potensialına malik olan biblioqrafik vəsaitlərdən biri də 
dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr edilmiş informasiya mənbəyidir. 
Zəngin Nizami irsinin tədqiqində, təbliğində və tələbatçılara çatdırılmasında sənəd 


281 
və informasiya bazası kimi biblioqrafik mənbələrin də xüsusi rolu olmuşdur. 
Ümumbəşəri yaradıcılığa malik Nizami Gəncəvi irsi ədəbi-bədii mənbələrlə 
yanaşı, biblioqrafik informasiya mənbələrində də əks etdirilmişdir. Bu mənbələrin 
yaradılmasının ilkin özəyi isə Nizami irsinin zənginliyi və bu irsə daim diqqət və 
sevgi olmuşdur. 
Nizami irsi uzun zamandan bəri dünya elmi-ədəbi fikrinin diqqət 
mərkəzindədir. Ölkəmizdə dahi şairin əsərləri dəfələrlə nəşr olunmuş, ədəbi irsinin 
öyrənilməsi və tanıdılması sahəsində xeyli iş görülmüş, çox sayda tədqiqatlar 
meydana gətirilmiş, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin 
elmi tənqidi mətni hazırlanmışdır. Bu proseslərin intensiv şəkil almağa başlaması 
əsasən Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ərəfəsinə təsadüf 
edir. Dahi şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı ilk qərar 
1939-cu ildə qəbul edilmiş, lakin İkinci Dünya müharibəsi səbəbindən yubileyin 
yalnız 1947-ci ildə keçirilməsi mümkün olmuşdur. O illərdən etibarən Nizaminin 
dövrü, həyatı və yaradıcılığı ilə bağlı yeni-yeni araşdırmalar aparılmışdır 
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik 
yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 23 dekabr 
2011-ci ildə Sərəncam imzalamışdır. 
Nizami Gəncəvi haqqında ilk biblioqrafik göstərici Azərbaycan Dövlət Kitab 
Palatası tərəfindən 1947-ci ildə şairin 800 illiyi münasibətilə nəşr edilmişdir. 
“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” adlı bu göstəricinin müəllifi görkəmli 
biblioqraf-alim Əliheydər Qəhrəmanov idi. 1983-cü ildə nizamişünas Rüstəm 
Əliyev şairin anadan olmasının 840 illiyi münasibətilə Azərbaycan, rus, fars, 
ingilis, fransız, alman və ərəb dillərində “Nizami: Qısa biblioqrafik məlumat” adlı 
vəsait tərtib etmişdir. 
Milli Kitabxana tərəfindən oxuculara təqdim olunan “Nizami Gəncəvi” adlı 
fundamental elmi-köməkçi biblioqrafik göstərici şairin həyat və yaradıcılığına dair 
çap olunan materialların 1828- ci ildən 2012-ci ilədək olan dövrünü əhatə edir. 
Göstəricidə Nizami Gəncəvinin həyat və yaradıcılığının əsas tarixləri, 
aforizmləri, görkəmli şəxsiyyətlərin Nizami haqqında fikirləri, şairin kitabları və 
dövri mətbuatda çap olunmuş əsərləri, haqqında kitablar, monoqrafiyalar, 
avtoreferat və dissertasiyalar, dövri mətbuatda çap olunan məqalələr toplanmışdır. 
Dövri mətbuat məqalələri isə eyni zamanda Nizami Gəncəvi bədii ədəbiyyatda, 
incəsənətdə, dünya meridianlarında bölmələrinə ayrılmışdır. Vəsaitdə ədəbiyyat 
bölmələr daxilində xronoloji qaydada əlifba sırası ilə verilmışdır. 
Göstəricidə azərbaycan, rus və xarici dillərdə dərc olunmuş ədəbiyyat öz 
əksini tapmışdır. Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə sonda 
Nizami Gəncəvinin əsərlərinin, haqqında yazmış müəlliflərin və şairin sözlərinə 
musiqi bəstələmiş bəstəkarların əlifba göstəricisindən ibarət köməkçi aparat tərtib 


282 
edilmişdir. Biblioqrafiya mütəxəssislər, tədqiqatçılar, kitabxanaçılar, tələbələr və 
geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 
Nizami irsini əks etdirən xüsusi biblioqrafik mənbələr respublikamızda 
keçən əsrin 40-cı illərindən tərtib olunmağa başlamışdır. Xüsusi biblioqrafik 
mənbələrlə yanaşı, ümumi biblioqrafik informasiya mənbələrində də Nizami 
yaradıcılığı, onun haqqında, əsərlərinin təkrar nəşrləri əks olunmuşdur. Bu 
biblioqrafik mənbələr XX əsrin 20-30-cu illərindən etibarən nəşr edilməyə 
başlamışdır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 dekabr 2011-ci ildə 
dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin 
keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: 2011-ci ildə 
dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri 
Nizami Gəncəvinin 870 illiyi tamam olmuşdur. Azərbaycan Respublikasının 
Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami 
Gəncəvinin 870 illiyinin keçirilməsi haqqında Sərəncamına əsasən Milli Kitabxana 
tərəfindən tərtib olunmuş “Nizami Gəncəvi” fundamental biblioqrafik göstərici 
şairin yubileyinə həsr edilmişdir. M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanası tərəfindən tərtib olunmuş bu elmi-köməkçi xarakterli biblioqrafik 
göstərici şairin həyat və yaradıcılığına dair çap olunan materialların 1828-ci ildən 
2012-ci ilədək olan dövrünü əhatə edir. AMEA-nın müxbir üzvü, professor 
Teymur Kərimli “Nizami Gəncəvi” biblioqrafik göstəricisinə yazmış olduğu “Dahi 
Azərbaycan şairi və mütəfəkkiri” adlı oçerkə belə bir epiqraf vermişdir: “Nizami 
Gəncədən doğdu, Azərbaycan göylərinə qalxdı və bütün dünyaya işıq saçdı” 
[4]
Haqqında bəhs ediyimiz bu elmi-köməkçi xarakterli şəxsi biblioqrafik 
göstərici də bu sərəncama əsasən M.F.Axundov adına Azərbaycan Milli 
Kitabxanası tərəfindən 2012-ci ildə yüksək bədii tərtibatla tərtib olunaraq çap 
edilmişdir. Biblioqrafik göstəricinin maraqlı və oxunaqlı bölmələrindən olan 
“Nizami Gəncəvinin aforizmləri” adlı hissədə şairin əsərlərində işlətdiyi hikmətli 
şeir parçaları verilmişdir.
“Görkəmli şəxsiyyətlər Nizami Gəncəvi haqqında” bölməsində Azərbaycan 
xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyev, Xalq yazıçısı Mirzə İbrahimov, akademik Həmid Araslı, şair, filosof 
Əlişir Nəvai, rus şərqşünası Y.E.Bertels, Azərbaycan şairi və mütəfəkkiri 
Məhəmməd Füzuli, xalq şairi Səməd Vurğun və digər görkəmli şəxsiyyətlərin 
dərin məzmunlu fikirləri verilmişdir.
Nizami Gəncəviyə həsr olunmuş növbəti vəsait Milli Kitabxana tərəfindən 
2021-ci ildə nəşr olunmuş Nizami Gəncəvi – 880 adlı daycestdir. Daycest - 
(“digest”- ingilis dilindən tərcümədə “xülasə”, “toplu” mənasını verir) çap 
olunmuş dövri nəşrlər haqqında qısa xülasədən ibarət siyahı və ya çap kataloqu 


283 
kimi də izah edilir. Daycestlərin hazırlanması müəyyən bir mövzu və ya 
kitabxanaçıları daha çox narahat edən hər hansı aktual məsələ ilə bağlı daha dərin 
və ətraflı tədqiqat aparmağa, müxtəlif mənbələrdə çap olunmuş materialların 
(əsasən dövri nəşrlər) qısa xülasəsini əks etdirməklə onu geniş ictimaiyyətin 
diqqətinə çatdırmağa xidmət edir. 
Təqdim olunan daycestdə - Nizami Gəncəvi haqqında 2017-2021-ci illərdə 
(may ayına qədər) dövri mətbuat səhifələrində dərc edilmiş 150-dən artıq məqalə 
araşdırılmış və seçmə yolu ilə istifadəçilərin diqqətinə çatdırılmışdır. Burada hər 
bir məqalənin biblioqrafik təsviri, mənbənin yerləşdiyi veb sayt yəni linki və qısa 
annotasiyası verilmişdir. Daycestin hazırlanmasında əsas məqsəd geniş istifadəçi 
kütləsini görkəmli şairin həyat və yaradıcılığı, ölməz irsi haqqında dərc olunmuş 
materiallarla tanış etməkdən ibarətdir. Daycestdə məqalələr illər üzrə, daxildə isə 
əlifba ardıcıllığı ilə verilmişdir 
Demək olar ki, ölkəmizdə Nizami Gəncəvi ilə bağlı nəşr olunan bütün 
ədəbiyyatı əhatə etməsini və Milli Kitabxana tərəfindən nəşr olunmasını nəzərə 
alsaq bu biblioqrafik göstəricilərin ən etibarlı mənbə olduğunu deyə bilərik. Milli 
Kitabxana tərəfindən Nizami Gəncəvinin biblioqrafiyasının maksimum səviyyədə 
mükəmməl hazırlanması məqsədi ilə silsilə tədqiqat və tərtib işləri aparılmışdır. 
Milli Kitabxana tərəfindən Böyük Azərbaycan şairi Nizami Gəncəvi adlı 
elektron məlumat bazası da yaradılaraq kitabxananın veb saytında E-məlumat 
bazası bölməsində yerləşdirilmişdir. Azərbaycan və ingilis dillərində olan bu baza 
kitabxananın malik olduğu və əldə etdiyi informasiya resursları əsasında tərtib 
edilmişdir. Baza yaradılarkən müvafiq materiallar, yaradıcılıq məhsulları 
toplanılaraq müvafiq şöbələrdə işlənilmiş və bazaya əlavə edilmişdir.
Nizami 
Gəncəvi adlı elektron məlumat bazası
nda ona aid rəsmi sənədlər, kitablar, dövri 
nəşrlər, rəsmi sənədlər, həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxslərin 
Nizami haqqında fikirləri, əsərləri, aforizmləri və haqqında yazılan əsərlər, 
fotoqalareya, videoqalareya və.s. yerləşdirilmişdir. Bu materiallar tam mətni ilə 
təqdim olunmuşdur.
Bütün bunlar Milli Kitabxananın istifadəçilərinə informasiya axtarışı üçün 
rahatlıq, operativ və dəqiq informasiya əldə etmək imkanı, interaktiv biblioqrafik 
məlumatlanma, sorğuların onlayn ödənilməsi və s. kimi xidmətlərdən 
faydalanmağa şərait yaratmışdır. 

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin