40
məna bağlılığı göz qabağındadır. Eyni sözləri digər atalar sözləri haqqında da
demək mümkündür: “Ilon ilonning quyrug'ini bosmas” [4, 32] “İlan ilanı vurmaz”
[2, 358].
Aşağıda verilən nümunələr də özbək-Azərbaycan atalar sözlərində
səciyyəvi
cəhətləri əks etdirmək baxımdan diqqətəlayiqdir. Bu örnəklər həm məzmun, həm
də forma baxımından bir-birləri ilə həmahəng səslənir. “Do'st yuzingga boqar,
Dushman – izingga” [4, 49] – “Dost
başa baxar, düşmən ayağa” [2, 277];
“Yaxshilik qilmasang, yomonlik ham qilma” [4, 37] – “Yaxşılıq yaxşılıq gətirər,
yamanlıq nəyə gərəkdir?” [2, 402]; “Do'st ming bo'lsa ham – oz, Dushman bir
bo'lsa ham – ko'p.” [4, 48] – “Dost min isə azdır, düşmən bir isə – çoxdur” [2,
278].
Təqdim edilən nümunələrdən də göründüyü kimi, özbək və Azərbaycan atalar
sözləri mövzu, məzmun, forma və sənətkarlıq baxımından
bir-biri ilə olduqca
ümumi cəhətlərə malikdir. Onlar arasında bu yaxınlıq, ortaq və ümumu cəhətlər,
heç
şübhəsiz, hər iki xalqın eyni dil ailəsinə mənsubluğu,
ədəbi-bədii düşüncə
tərzi, ortaq ədəbi-mədəni ənənələrə malik olması ilə şərtlənir. Aparılan
müqayisələr tam şəkildə olmasa da,
gəlinən nəticələr göstərir ki, özbək-
Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində müşahidə
edilən ədəbi-mədəni
əlaqələrin miqyası təkcə yazılı ədəbiyyatla məhdudlaşmır. Hər iki xalqın
ədəbiyyatı arasında ədəbi əlaqələr şifahi şəkildə yaranan folklor nümunələri
üzərində də geniş və hərtərəfli öyrənilməlidir. Özbək-Azərbaycan
folklorunda
müşahidə edilən ümumi cəhətlər bütün janrlar üzrə araşdırılsa, şübhəsiz, yeni-yeni
faktları üzə çıxaracaq, yeni tədqiqat istiqamətləri müəyyənləşdirmiş olacaqdır.
Dostları ilə paylaş: