38
“dilin gülzarı”, “ipə-sapa düzülməmiş incilər”, “hakim fikirlər”, “xalq məktəbi”,
“ruhun təbibi”, “təcrübənin barı” kimi adlar verilmişdir” [3, 475]. Türklərin qədim
abidələri olan daş kitabələrdə, “Kitabi-Dədə Qorqud” eposunda, “Oğuznamələr”də
xalqımızın nadir söz inciləri qorunub saxlanılmış, günümüzədək gəlib çatmışdır.
Atalar sözü
dədə-babalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat
devizi etdiyi hikmətli və ibrətamiz sözlərdir.
Mövzu müxtəlifliyi ilə yanaşı, bitmiş
fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlər kimi özünü
göstərir. Atalar sözləri xalqın həyatda sınaqdan çıxardığı müdrik və nəsihətamiz
fikirlərin məcmusu kimi də diqqəti cəlb edir. Əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyan
atalar sözlərinin əsas xüsusiyyəti həcmcə kiçikliyi, mənaca
hikmətli və nəsihətamiz
olmasıdır. Bitkin fikir ifadə edən atalar sözləri həm həqiqi, həm də məcazi mənada
işlənir.
Atalar sözləri xalq düşüncəsinin ifadəsi olub, olduqca müxtəlif mövzuları
özündə ehtiva edir. Türk xalqlarının şifahi xalq ədəbiyyatına nəzər saldıqda onlar
arasında bir çox uyğunluqlar, ortaq cəhətlər özünü göstərir. Bu baxımdan
yanaşdıqda özbək və Azərbaycan xalqlarına məxsus folklor nümunələrində də belə
müqayisə və paralellər aparmaq mümkündür. Əlbəttə, türk xalqlarının folklorunda
özünü göstərən ortaq xüsusiyyətlər həddindən artıq çoxdur və bu deyilənləri ayrı-
ayrı janrlar üzərində izləsək, çox irihəcmli monoqrafiyalar yazmaq olar. Bu
məqalədə, konkret olaraq, özbək-Azərbaycan atalar sözləri arasında
ümumi
cəhətlər tədqiqat mövzusu kimi götürülmüşdür.
Özbək-Azərbaycan atalar sözləri mövzu əhatəsinə görə çox genişdir. Əgər
Azərbaycanda atalar sözlərinə aid kitabların tərtibində əlifba sırası əsas
götürülürsə, özbək atalar sözlərinə aid kitablarda mövzu baxımından sistemli
tərtibat əsas götürülür. Əlbəttə, atalar sözlərinin mövzular üzrə tərtibatı uğurlu bir
yanaşma kimi dəyərləndirilə bilər. Məsələn: “Vətən və vətənpərvərlik”,
“Comərdlik və xudbinlik”, “Halalıq və tekinexo''rlik (müftəxorluq)”, “Yaxşılıq və
yamanlıq”, “Yaxşı so'z və yaman so'z” və s.
Özbək və Azərbaycan atalar sözlərinin müqayisəsində bir sıra cəhətlər özünü
göstərir. Belə ki, birinci tip atalar sözlərində tam qarşılıqlar müşahidə olunur.
Onlarda ancaq dil ünsürlərinin cüzi fərqi müşahidə edilir. İkinci tip atalar
sözlərində isə qismən qarşılıqlar özünü göstərir. Bunlarda eyni anlamlar bir çox
hallarda fərqli sözlərlə ifadə olunur. Üçüncü tip atalar sözlərində isə qarşılıqlar
müşahidə edilmir.
Öncə birinci tip atalar sözləri üzərində müqayisə və paralellər aparaq. Onu
da deyək ki, belə nümunələr yetərincədir. Məsələn: “Vatanga kelgan – imonga
kelar” [4, 5] – “Vətənə gəldim – imana gəldim” [1, 231]; “Axtargan topar” [4, 12]
– “Axtaran tapar” [1, 28]; “Baliq boshidan sasir” [4, 23] – “Balıq başından iylənər”
[2, 104]; “It hurar, karvon o'tar” [4, 32] – “İt hürər, karvan keçər” [1, 140]; “Aql
39
bozorda sotilmas” [4, 61] – “Ağıl bazarda satılmaz” [2, 24]; “Aql
aqldan quvvat
olar” [4, 61] – “Ağıl ağıldan üstündür” [2, 24]; “Ahmoq ahmoqni topar” [4, 62] –
“Axmaq axmağı tapar” [2, 85].
Yaxud xalq arasında çox işlək olan aşağıdakı nümunə xüsusilə diqqəti cəlb
edir. Özbək atalar sözü: “El kuchi – sel kuchi” [4, 10]. Eyni ifadənin tam qarşılığı
olan Azərbaycan atalar sözü isə belədir: “El gücü – sel gücü” [1, 99]. Göründüyü
kimi, hər iki örnək tam adekvat kimi həm özbək, həm də Azərbaycan dilində
işləkdir. Dil, üslub baxımından da eyni olan hər iki nümunədə həm ritm, ahəng və
qafiyə, həm də ellipsis (şəkilçi düşümü) paralel olaraq işlənmişdir.
“Atalar sözəri və məsəllərin istifadə etdiyi mənbələrdən biri də folklorun
epik və lirik janrlarıdır... “Yaxşılıq elə, at dəryaya, balıq bilməsə də, Xaliq bilər”
kimi atalar sözünün də nağıllardan qaynaqlandığını ehtimal etmək olar” [3, 479].
Bu baxımdan yanaşdıqda
Dostları ilə paylaş: