Azərbaycan və Özbəkistan Respublikalarında keçirilən elmi konfranslarda
Dilçilik İnstitutunun əməkdaşları fəal iştirak etmişlər:
07-13 fevral 2020-ci il tarixində AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk
dilləri şöbəsinin əməkdaşları Özbəkistan Elmlər Akademiyasının Dil, Ədəbiyyat
və Folklor İnstitutunda böyük özbək şairi Əlişir Nəvainin 579 illik yubileyi ilə
bağlı konfransda iştirakı. Məqalələr “Alisher Navoyi va XXI ASR” toplusunda çap
olunmuşdur.
Həmin ilin 11 fevral tarixində böyük özbək şairi Əlişir Nəvainin adını
daşıyan Səmərqənd Dövlət Universitetində "Türkologiya" jurnalının təqdimatı.
27 mart 2022-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri
şöbəsinin Qazaxıstanın Əhməd Yasəvi Universiteti, Türkiyənin Qazi Universiteti
və Özbəkistanın Daşkənd Universitetinin “Elm Günü”nə həsr olunmuş “Türkoloji
onlayn konfrans”ı.
11 may, 2022-ci il. Özbəkistan Respublikası Fərqanə Dövlət Universitetində
“Filoloji təlim məsələləri: yenilikçi nəticələr və onların həlli” mövzusunda
beynəlxalq elmi konfrans. İnstitutun əməkdaşları Füzuli Mustafayev, Vəfa
Abdullayeva-Nəbiyeva, Svetlana Novruzova, Sevinc İsmayılova, Qüdsiyyə
Qəmbərova, Rəxşanə Babazadə, Güntəkin Binnətova, Elnurə Hüseynova və
başqaları bu konfransda fəal iştirak etmiş, məruzələrlə çıxış etmişlər.
25 may, 2022-ci il. Özbəkistanın Səmərqənd şəhərində
hibrid formatda
konfrans: Институт стран Азии и Африки МГУ имени М.В.Ломоносова;
Самаркандский государственный университет имени Ш.Рашидова; При
поддержке Международного института центральноазиатских исследований
(МИЦАИ).
Mövzu:
«Историко-kультурная центральность Центральной Азии и
наследие больших и малых караванных дорог»
Konfransda institutun əməkdaşı Aysel Əhmədovanın “The role of the Great
Silk Road in the cultural life of old uyghurs” (“Böyük İpək Yolunun qədim
uyğurların mədəni həyatındakı rolu”) mövzusunda çıxışı təşkilatçılar tərəfindən
yüksək qiymətləndirilmişdir.